İndoneziya mədəniyyəti

İndoneziya mədəniyyətiİndoneziya Respublikasında mədəniyyət.

İndoneziya - əhalinin çoxmillətli xarakterini nəzərə alaraq demək lazımdır ki, yüksək səviyyəli etno-mədəni müxtəliflik ilə fərqlənir. Yerli materialların və mənəvi mədəniyyətin inkişafında ən mühüm amillər müxtəlif dinlərdən - Buddizm, Hinduizm, İslam və müxtəlif paganizm növlərinin müxtəlif təsirləridir - müxtəlif dövrlərdə yerli əhali tərəfindən tətbiq edilən, xüsusən də hind, çin, ərəb və Avropa əhəmiyyətli xarici təsirlər. Müxtəlif müxtəlif irs bir və ya digər şəkildə milli sənətin demək olar ki, bütün formalarında izlənilə bilər.

Ölkəni amansızlıqla istismar edən və feodal münasibətlərini süni surətdə mühafizə edib saxlayan hollandların gəlməsi İndoneziya mədəniyyətinə, xalqın təhsilinə və digər inkişafına son dərəcə mənfi təsir göstərdi, sarsıdıcı zərbələr vurdu. Düzdür, əslində XIX əsrin əvvəllərində İndoneziyada xalq maarifi yox idi. Xarici müdaxiləçilərə satılmış hakimiyyətin özü də xalqın maariflənməsilə maraqlanmırdı. Yalnız Bataviyada bir neçə məktəb var idi ki, burada da əsasən avropalıların balaları oxuyurdular. Müsəlman məktəblərinə gəlincə qeyd etmək lazımdır ki, bu məktəblərdə yeganə bir fəndən dərs keçirilirdi ki, dərsin mənası dərk edilmədən əzbərlənilirdi, bu da quran dərsi idi. Həm də quran dərsi İndoneziya dilində deyil, xalqın başa düşmədiyi ərəb dilində tədris olunurdu. Bu dövrdə İndoneziyada əhalinin böyük əksəriyyəti (90 faizdən çoxu) islam dininə etiqad edirdi, əhalinin qalanı isə xristianlar, hindular, bütpərəstlərdən ibarət idi. Bununla bərabər, bu və ya digər etiqad edən əhali içərisində mövhumat, animist təsəvvürlər (sehrbazlıq, cinlərə etiqad, əcdadlara etiqad) olduqca geniş yayılmışdı. Belə bir şəraitdə İndoneziya xalqının həyatında ədəbiyyat mühüm rol oynayırdı. İndoneziya dastanlarında olan qəhrəmanlar, şərin qara qüvvələrinə qarşı mübarizələri haqqındakı qədim əfsanələri dastançılar, hədisçilər, nağılçılar, qiraətçilər böyük şöhrət qazanmışdılar. Bu dövrdə təmsillər də çox geniş yayılmışdı. Adətən, təmsilin əsas qəhrəmanı olan və ədaləti müdafiə edən əfsanəvi heyvan kançil (kiçik bir maral) olurdu. Çox zaman nağılların mövzusu mühüm hadisələrə və həqiqi şəxslərə həsr olunurdu. Feodal ədəbiyyatının məzmunu saray həyatını təsvir və racələri mədh etməkdən, tərifnamələrdən başqa bir şey deyildi.

Abdulla ibn Əbdülqədir Münşinin "Abdullanın tarixi" kitabının ilk litoqrafiya nəşri (1849)

Abdulla ibn Əbdülqədir Münşi (1796-1854) İndoneziya ədəbiyyatında yeni bir janrın əsasını qoymuşdu. Onun iki böyük xidməti olmuşdur. Birincisi, o öz əsərlərində ictimai problemlərə toxunmuşdur, ikincisi isə, onun əsərləri sadə dildə yazılmışdır. Onun əsas əsəri "Abdullanın tarixi" adlı avtobioqrafik romanıdır. Roman təkcə bir adamın həyatını əhatə etmir, onun ətrafında baş verən bir çox hadisələri təsvir edir. Onun səyahətinin təsviri də maraqlıdır. Lakin Münşinin nə şagirdləri, nə də ardıcılları olmamışdır. Yazıçılar canlı xalq dilindən uzaq olan və çoxlu ərəb sözləri ilə dolu, qəliz ifadəli klassik Malayya nəsrinin köhnə üsullarına riayət edirdilər. Ədalət və obyektivlik naminə demək lazımdır ki, Münşi də öz şeirlərində köhnə formaların əsiri olaraq qalmışdır. Ölkədə maariflənmə işinə az fikir verilirdi. Yadellilər bu haqda çox az düşünürdülər. Amma mətbuat tərəqqi yollarında idi. Bu məqsədlə mətbuat, ədəbi dilin yeniləşməsinə kömək etdi. İndoneziya dilində ilk qəzet XIX əsrin ortalarında Yavada çap olundu. İlk qəzetlərin dili arxaik, məzmunu isə yalnız rəsmi məlumat və xəbərlərdən ibarət idi. Lakin mətbuatda xalq dili və xalq mövzuları tədricən özünə yol açırdı. Bir də bu həqiqətdir ki, azadlığı, müstəqilliyi, müstəqil düşüncəsi olmayan xalqın elminin, təhsilinin, qüdrətli zəkalarının inkişaf etməsi də təbii olaraq qeyri-mümkün idi. Avropa dövlətləri, eləcə də Hollandiya tərəfindən ölkənin işğal olunması bütün sahələrə, o cümlədən təsviri incəsənətə və memarlığa da böyük zərbə vururdu. Ölkədə, keçmişin əzəmətli tikintilərini xatırladan, tarixini əyani şəkildə nümayiş etdirən abidələr yaradılmamışdı. Amma müstəsna hal kimi teatr sənəti yüksək dərəcədə inkişaf etmiş və hind rəqslərinin təsiri altında olan rəqs sənətindən ibarət idi. Teatr sənəti faktiki olaraq Mahabharata və Ramayana mövzusunda səhnələşdirilmiş tamaşalardan ibarət idi. Dörd növ teatr (vayyanq) var idi. Maska, kölgə, kukla teatrları və nəhayət dördüncü xüsusi növ teatr idi ki, bunda da aktyor üzərində şəkillər çəkilmiş uzun kağızı açaraq bunları izah edirdi. Müsəlman dünyasına xas olan ənənələrin qorunub saxlanması xarakterik hal idi. Belə ki, musiqi, rəqs, teatr – bütün bunlar xalqın sevimli əyləncəsi idi və elə bir kənd və ya ailə bayramı olmazdı ki, burada toplaşanların iştirak etdiyi bir növ konsert, pantomim-rəqs və ya bütöv bir teatr tamaşası göstərilməsin. Hollandların İndoneziyanı işğal etməsi nəticəsində ölkənin yüksək inkişaf etmiş bədii sənətinə də böyük zərər dəydi. Bədii sənətin bəzi növləri tənəzzül etdi, bəzi növləri isə ekzotik sənətlə maraqlanan gəlmələrin zövqünə uyğunlaşdırılmalı oldu. Lakin bütövlükdə götürsək İndoneziya əvvəllər olduğu kimi, yenə də ağac üzərində naxışların, toxuma və tikmə işlərinin, metaldan düzəldilən bədii şeylərin, qrafikanın və digər məmulatların üzərində xüsusi güllər çəkilmiş parçaların, xoş rəngli, son dərəcə zəngin haşiyələrlə hazırlanmış parçaların ən gözəl nümunələrini verirdi. İndoneziya ustalarının hazırladıqları bu nümunələr bir çox Avropa muzeylərini bəzəsə də, özünün misgin həyat tərzindən qurtuluşu hələlik mümkün deyildi. Xalqın birləşmək imkanları məhdud idi ki, bunun da səbəbləri çox dərinliklərə gedib çıxır.

Əbdül Muis (1883—1959) — İndoneziya dilində əsərlərin ilk müəlliflərindən biri

İndoneziya ərazisində VII əsrin sonu- VIII əsrin əvvəllərinə aid olan daş kitabələr, yazılı abidələr mövcuddur. Bu kitabələr, əsasən, Malayya və Yava dillərində yazılmışdır. Yava dilində ədəbiyyat da IX-XI əsrlərdə daha yüksək şəkildə inkişaf etmişdir. "Ramyana" (Hind şairi Bhattinin "Ravana vadha" eposu əsasında), "Arcunanın toyu" poemalarını misal gətirmək olar. Bu dövrdə İndoneziyada ədəbiyyatın inkişafına Hind ədəbiyyatı güclü təsir göstərmişdir. Lakin bununla belə mifologiyaya əsaslanan və tarixi inkişafı əks etdirən əsərlər də yazılmışdır. Məsələn, "Tantu Pangelaran", "Pararaton" kimi mifologiyaya istinad edən nəsr əsərlərini, Prapançanın "Naqarakertaqama" poemasını göstərmək olar. Həmzah Fansuri, Nurəddin ər – Raniri, Əbd ür – Rauf və başqalarının tarixi, didaktik və islamın təbliğinə xidmət edən əsərləri meydana gəldi. Ədəbi dil inkişaf etməyə başladı. Bu işdə Abdullah bin Əbdülqadir Münşinin rolu daha böyük olmuşdur. Onun əsərləri o dövr üçün ədəbi dil nümunələrinə çevrilmişdir.

XVI – XVIII əsrlərdə yaşayıb yaratmış ədiblərin əsərlərində maarifçilik ideyaları da təbliğ edilirdi. Məhəmməd Musa, Viləm İsgəndər Mud və başqalarının yaradıcılığında bu daha qabarıq verilmişdir. Bu dövrdə həm də İndoneziya dili də dövlət dili kimi formalaşdı. XIX əsrin sonu XX əsrin əvvəllərində daha zəngin və ziddiyyətli əsərlər yazılmağa başladı. M.Rusei, Nur Sultan İsgəndər məişət romanları, S.T.Əlişahbana maarifçi romanlar, R.Əfəndi və M.Yəmin vətənpərvər ruhlu şerlər yazdılar. Əbd ül– Muis, Asmar Hadi və başqalarının yaradıcılığında müstəmləkəçiliyə qarşı mübarizə mövzusu əsas yer tuturdu. 30-cu illərin sonunda Armayn Pane, X.B.Yasin, X.Bandaharonun əsərlərində realist ideyalar daha üstünlük təşkil edirdi. İndoneziyada mütərəqqi ədəbiyyat ancaq o müstəqillik qazandıqdan sonra daha yüksək şəkildə inkişaf etməyə başladı.

Təsviri incəsənət

[redaktə | mənbəni redaktə et]
Raden Salah (1807—1880) — Müasir İndoneziya rəssamlığının banisi

Tarixi olaraq, İndoneziyada yayılmış ən cazibədar təsviri sənət növü heykəltaraşlıqdır. Mövcud heykəllərin ən qədimi VII əsrə aiddir. Həm bu dövrdə, həm də o dövrdə heykəllərdə dini - Hindu və Buddist mövzularında hökm sürməsi, o cümlədən gündəlik həyat səhnələri də (məsələn Borubudur relyeflərində) əks olundu.

Milli rəsm məktəbinin formalaşması müstəmləkə dövründə Hollandiyanın təsiri altında baş vermişdir. Onun təsisçisi Yavalı Raden Saleh (1807-80), Hollandiyada bədii təhsil almış epik əsərlər müəllifidir. XIX əsrin digər bir böyük sənətçisi, peyzaj janrının ustası Abdullah Surjesubroto idi.

İndoneziyada milli incəsənətin gələcək inkişafına əhəmiyyətli təsir Suxarto dövründə mədəni həyatının ən görkəmli hadisə hərəkət "New Art" idi (Indon Gerakan Seni Rupa Baru.) - rəssam, qrafik rəssam və heykəltaraşlarının Assosiasiyası - nonconformists (eyni adı Indonesian verilib art) dərnək iş verilir. işləri GÜN üçün - müəlliflərin üslub böyük sıra - şok elementləri ilə - tənqidi ictimai-siyasi həqiqətləri suhartovskogo rejimi xarakterik kifayət qədər ekran, qərbləşmə İndoneziya, bəzən qeyri-ənənəvi incəsənət formaları və üsulları ilə millətçi motivləri bir yerdə prosesdir. DNI-ni mütəşəkkil bir birlik kimi dağılmasına baxmayaraq, qeyri-rəsmi liderlər Jim Supangkat və Harsono (İndoneziya Harsono) daxil olmaqla, bir çox nümayəndəsi 2000-ci ilə qədər yaradıcı fəaliyyətlərini davam etdirdi.

İndoneziyada 100-dən çox gündəlik qəzet çıxır. İndoneziya dilində "Merdeka", "Sinar xarapan", "Kompas", "Anqkatan bersencata", "Brita Buana", "Suara Kaya", "Pelita", ingilis dilində "İndonezian observer" (1950) və başqa adda qəzetlər nəşr edilir. Cakartada həmçinin dövlət radio və televiziya şirkətləri də fəaliyyət göstərir.

İndoneziyada xalq musiqisi yüksək peşəkarlıqla inkişaf etmişdi. Slendro (pentatonika növü) və peloq (tonları qeyri – bərabər olan 7 pərdəli lad) İndoneziya musiqisinin lad əsasını təşkil edir. İnkişaf etmiş heterofoniya və çoxsəslilik İndoneziya musiqisinin xarakterik cəhətlərindəndir. Orta əsrlərdə mövcud olan qamilan xalq çalğı alətləri orkestri İndoneziyanın klassik musiqisinin yüksək nümunəsidir.

Musiqi alətlərindən bonanq, qambanq, gendanq, müxtəlif sinclər (zərb alətləri), sulinq (nəfəs aləti) geniş yayılmışdır. İndoneziyanın peşəkar musiqisinə XX əsrdə Avropanın dini musiqisinin (Qriqori xorları) müəyyən dərəcədə təsiri olmuşdur. Ölkədə respublika yarandıqdan sonra bir sıra həvəskar və peşəkar musiqi kollektivləri, Cokyakarta, Cakarta radioları nəzdində kamera orkestrləri yaradılmışdır. Surakarta şəhərində konservatoriya və İndoneziyada klassik musiqi məktəbi açılmışdır. Həmin dövrdə Sucasmina, A.Pasaribu, Susbini kimi məşhur bəstəkarlar fəaliyyət göstərmişlər.

  • Nuruzadə Şubay Cavad oğlu. Asiya və Afrika ölkələrinin yeni tarixi. (XVII əsrin I yarısı və XIX əsrin 70-ci illəri). Sumqayıt, “Azəri” nəşriyyatı, 2017, 440 səhifə
  • Kuncaraningrat. (1985) Javanese culture Singapore: Oxford University Press,
  • Kathleen M. Adams. Art as Politics: Re-crafting Identities, Tourism and Power in Tana Toraja, Indonesia. Honolulu: University of Hawaii Press. 2006. ISBN 978-0-8248-3072-4.
  • Чукина, Наталья Павловна. Памятники искусства Индонезии в собрании Государственного музея Востока. — М., 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]