İndoneziya — dünyada böyük arxipelaq dövlətidir. Arxipelaq qərbdən şərqə doğru — 5120 км, şimaldan cənuba doğru isə — 1760 км uzanır. Arxipelaq daxilindən Hind və Sakit okeanı birləşdirən əsas boğazlar və dəniz yolları yerləşir. Rəsmi olaraq İndoneziya 17 804 adadan ibarətdir; onlardan 6000 məskunlaşmış, 7870 adlandırılmış və 9634 ada adsızdır. Ölkə ərazisinən əsas hissəsini 7 böyük ada və 30 arxipelaq təşkilı edir. Ən böyük adaları — Yeni Qvineya, Kalimantan (Boreneo), Sumatra, Sulavesi və Yavadır. Digər adalar yetərincə kiçik ölçüyə malikdir. Arxipelaq Sakit və Hind okeanını ayırır. Coğrafi baxımdan İndoneziya ekvatorun hər iki tərəfində yerləşmiş.
İndoneziya coğrafiyası | |
---|---|
Qitə | Asiya |
Region | Cənub-Şərqi Asiya |
Koordinatlar | 5° 00' S 120° 00' E |
Sahə |
|
Sahil xəttinin uzunluğu | 54 716 km |
Sərhədlər | 2,830 km |
Ən yüksək nöqtə | 4884 м, Caya dağı |
Ən alçaq nöqtə | 0 m, Hind okeanı |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat:
Ümumi sahə — 1 904 569 км²;quru — 1 811 569 км²;daxili sular — 93 000 км². Quru sərhədlərinin ümumi uzunluğu 2830 км, Malaziya ilə — 1782 км, Papua və Yeni Qvineya ilə — 820 км, Şərqi Timor ilə — 228 км sərhəddə malikdir. Sahil xətlərinin uzunluğu - 54 716 км. Ən hündür zirvəsi — Caya dağı (4884 м).
Sumatra, Yava, Madura və Kalimantan Zond şelf zonasında yerləşir. Coğrafiyada onları Böyük Zonda adalarında qruplaşdırırlar. İndoneziyanın şərq qurtaracağı — Yeni Qvineyanın qərbi hissəsi hesab olunur. Bu zona Saxul şelf zonasında yerləşir. Zond və Saxul şelf zonalarında dərinlik 200 metr və daha azdır. Bu iki şelf zonası arasında Sulavesi, Kiçik Zond və Molukk adaları yerləşir. Bu bölgədə dərinlik 4500 metrə çatır. [1]
Relyef demək olarki bütün adalarda — qırışıq-qayma dağlardan ibarətdir. Ərazi tektonik və eroziya proseslərinə məruz qalmış. Nəticədə ərazidə parçalanmış müstəqil massivlər meydana gəlmiş. Bu massivlərdə fəaliyyətdə olan başı qarlı vulkanlar, eləcədə cavan düzənliklər meydana gəlmiş. Sumatra adasının cənub kənarı yayla və dağ silsiləsindən ibarətdir. Paleozoyun kristallik süxurlarından təşkil olunmuş və üzəri neogenin vulkan püskürmə məhsulları ilə örtülmüş. Sahildə qərbdə bataqlaşmış düzənlik yerləşir. Cənub Şərqi Asiyanın ən böyük bataqlığı burada yerləşir. Bəzi yerlərdə eni 250 km çatır.
Malay arxipelaqının ən böyük adası — Kalimantanı qayma dağlar mərkəzdən kəsib keçir. Ən yüksək zirvə — Kinabaludur (4101 м) Sahil boyu geniş allüvial düzənliklər uzanır. Kalimantan adasında vulkan yoxdur.
Ekvator boyu uzanan adalarda iqlim il boyu eynidir. İndoneziyada iki fərqli mövsüm müşahidə olunur - rütubətli və quru. Adaların çoxunda yağıntı əsasən oktyabr və aprel ayları arasında düşür. Quraq mövsüm isə may-sentyabrda qeydə alınır.