İnoue Tetsuciro (井上 哲次郎?, 25 dekabr 1856 və ya 1856, Dazayfu[d], Çikuzen əyaləti[d] – 9 noyabr 1944 və ya 1944, Koişikava-ku[d], Tokio) – Yaponiya filosofu, şairi və pedaqoqu. Şintayşi hərəkatının qabaqcılı olmuş, alman idealizmini müdafiə etmişdir.
İnoue Tetsuciro | |
---|---|
yap. 井上哲次郎 | |
Doğum tarixi | 25 dekabr 1856 və ya 1856 |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 1944 və ya 1944 |
Vəfat yeri | |
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | filosof, universitet müəllimi[d], yazıçı, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
İnoue Tetsuciro 1856-cı ildə Yaponiyanın Çikuzen əyalətində (indiki Fukuoka prefekturası) doğulmuşdur. Tokuzan Nakamuranın rəhbərliyi altında Çin klassiklərini oxumuş, 1875-ci ildə Tokio Kaysey Məktəbinə daxil olmuşdur.[2]
1880-ci ildə Tokio Universitetinin fəlsəfə fakültəsindən məzun olmuşdur. 1882-ci ildə Tokio Universitetinin dosenti olmuşdur. Həmin il "Şintayşişo" poeziya kitabının həmmüəlliflərindən biri olmuş,[3] Toyama Masakazu və Ryokiçi Yatabe ilə birlikdə Şintayşi hərəkatının qabaqcıllarından biri olmuşdur.[2] 1884-cü ildə təhsil almaq üçün Almaniyaya getmişdir. 1890-cı ildə Tokio Universitetinin professoru olmuşdur. Bütün akademik karyerasını 1923-cü ilə qədər Tokio Universitetində fəlsəfə dərsi verməklə keçirmişdir.[4] 1895-ci ildə Yaponiya Elmlər Akademiyasının üzvü olmuş, Tokio Universitetinin ədəbiyyat fakültəsinin dekanı təyin olunmuşdur.[2]
İnoue Yaponiyanın akademik dünyasına alman idelizmini gətirməsinə görə tanınır. Buddizm və konfusiçilik ilə maraqlanmış, Şərq və Qərb düşüncəsinin sintezini axtarmışdır.[4] Mədəni Tədqiqat Komitəsinin üzvü olmuşdur.[2] Milliyyətçi olmuş, xristianlığın Yaponiyanın milli siyasəti üçün təhlükə ərz etdiyini bildirmiş, imperator və ölkəyə sədaqətin vacibliyini vurğulamışdır.[4]
Əsas əsərlərinə "İnoue Hakase koronşu" (2 cild, 1894-1895) və "Sonken rombunşu" (2 cild, 1899-1901) aiddir.[4] "Şərq incəsənəti və elm", "Uzaq Şərqdə işıq" kimi jurnalları redaktə etmişdir. [2]