Soltan Hümmət oğlu Əzizov (18 dekabr 1920, Nuxa qəzası – 2009) — Azərbaycan dövlət xadimi.
Soltan Əzizov | |
---|---|
1 avqust 1975 – 24 mart 1980 | |
Əvvəlki | İnqilab Şəmiyev |
Sonrakı | Telman Orucov |
11 sentyabr 1970 – 30 iyul 1975 | |
Əvvəlki | nazirlik təsis edilib |
Sonrakı | nazirlik ləğv edilib |
28 may 1970 – 7 avqust 1970 | |
Əvvəlki | Həsən Seyidov |
Sonrakı | komitə ləğv edilib |
1962 – 1966 | |
1959 – 1962 | |
Əvvəlki | Hümmət Mustafayev |
Sonrakı | Tapdıq Mustafayev |
1952 – 1953 | |
Əvvəlki | Hüseynqulu Tağızadə |
Sonrakı | Fərrux İsmayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 dekabr 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 2009 |
|
|
Təltifləri |
1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yolverdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdi. 1962-ci ilin iyul ayında Ağdam RPK-nın növbəti plenumunda Soltan Əzizov işdən azad edilir və Tapdıq Mustafayevin bu vəzifəyə seçilir.[1]
Meyvə, Tərəvəz, Çay Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonralar sovxozlar naziri, tədarük naziri vəzifələrində işləmişdir. Qeyd olunub ki, S. Əzizovun xidmətləri yüksək qiymətləndirilmişdir. O, Lenin ordeni, üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni, bir çox medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuş, dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü seçilmişdir. Şəki şəhərində küçələrdən birinə S. Əzizovun adı verilmişdir.[2]