İoşima

İoşima (yap. 硫黄島, ing. Iwo Jima) — vulkan məşəlli ada. Kazan adalarına qrupuna daxildir. Bəzən Bonin adalarına daxil edirlər. Tokiodan 1200 km cənubda yerləşir. Ada şimaldan cənuba 8 km, şərqdən qərbə 4 km məsafədə uzanır. Sahil xəttinin uzunluğu 22 km-dir. Ən hündür nöqtəsi Suribati dağıdır (169 m). Dağ sönmüş vulkandır. Adada daimi əhali yoxdur ancaq burada Yaponiyaya məxsus olan dəniz müdafiə qüvvələri yerləşir.

İoşima adası
yap. 硫黄島
Ümumi məlumatlar
Sahəsi 23,16 km²
Hündür nöqtəsi 169 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
24°47′ şm. e. 141°19′ ş. u.HGYO
Ölkə  Yaponiya
Akvatoriya
İoşima adası xəritədə
İoşima adası
İoşima adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada İvoşima döyüşü ayəsində dünyada məşhurdur. Döyüş Yponiya ilə ABŞ arasında 1945-ci ilin fevral-mart aylarında baş vermişdir.

İoşima adası əvvəllər İvo olaraq adlanırdı. 1946-cı il islahatlarına qədər ada İvoşima olaraq xəritələrdə göstərilirdi[1] Adada müdafiəni təşkil etməyə gəlmiş yapon zabitləri adanı səhvən "İvoşima" adlandırırlar. Bununlada bu ad İkinci Dünya müharibəsi sonrası bu ad rəsmiləşir. Ancaq bu adla bağlı adanın keçmiş sakitləri dövlətə öz etirazlarını bildirir. Məsələ Yaponiya Coğrafiya İnstutu tərəfindən müşafirə edilir. 8 iyun 2007-ci ildə adanın adı rəsmi olaraq Iōtō.[2].

Adanın koordinatları 24°47′ şm. e. 141°19′ ş. u.HGYO. Adanın sahəsi təqribi olaraq 21 km²-dir. Ən hündür nöqtəsi Surubati dağıdır. Zirvə adanın cənub qutaracağında yerləşir. Hündürlüyü 169 metrdir. İoşima vulkanik ada üçün olduqca hamardır. İoşima Bonin adaları qrupuna daxildir. Adadan cənubda Marian adaları yerləşir.

Ada 1945-ci ilə qədər Tokio prefekturafına daxil idi. 1943-cü ilin iyun ayında aparılan siyahırya alınmaya görə adada 1018 nəfər (533 kiçi və 485 qadın) yaşayır. Əhali 6 yaşayış məntəqəsində, 192 təsərrüfatda yaşayırdı. Adanın əsas gəliri kükürd, şəkər qamışı yetişdirilməsi və balıqçılıqdan əldə olunurdu.İkinci Dünya müharibəsinin əvvəllərində adanın cənubuna yapon qüvvələri yerləşdirilir. 1944-cü ildə adada ABŞ qüvvələrindən müdafiə məqsədi ilə tədbirlər görülməyə başlanılmışdır. Həmin ilin iyulunda adanın mülki əhalisi köçürülmüşdür. Bundan sonra heç vaxt daimi əhaliyə malik olmamışdır. ABŞ qüvvələri adanı ələ keçirkəm məqsədi ilə 1945-ci ilin 19 fevralından 26 marta qədər adada əməliyyat keçirmişdir.

Adada Yaponiya özünümüdafiə qüvvələrinə məxsus olan aerodrom vardır. Uçuş-eniş zolağı 2650 metr uzunluğa və 60 metr enə malikdir. Bu hava limanı vastəsi ilə təyyarələr burada eniş edir, yanacaq doldurur və ya təmirə dayanır. Adadan Yaponiya hərbi dəniz qüvvələri hərbi baza kimi istifadə edir. Adada 400 nəfərlik yapon əsgəri yerləşdirilmişdir[3]. İki uçuş-eniş zolağı isə istifadəsizdir. Onlar adanın cənubunda yerləşir. Mülki şəxslərin adaya girişi qadağandır. Adada rəsmi olaraq yerli əhali yoxdur.

  1. Greimel, Hans. "Yaponiya İvoşimanın adını dəyişir". USA Today. 20 iyun, 2007. 2007-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-24.
  2. "«İoşima» adının «İoto» ilə əvəzlənməsi barədə fərman". Yaponiya Coğradfiya İnstitutu. 18 iyun, 2007. 2012-02-26 tarixində arxivləşdirilib.
  3. Greimel, Hans. "Japan changes name of Iwo Jima". USA Today. 20 iyun, 2007. 2007-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-24.