İpək Yolu İqtisadi Kəməri

Kəmər və Yol Təşəbbüsü[1][2] (abr. KYT[1]; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R),[3] əvvəlki adı ilə Bir kəmər, bir yol[4] (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası.[5][6] Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir.[7] O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir.[8][9][10]

Kəmər və Yol Təşəbbüsü
KYT və ya BRI
Yaranma tarixi 2013 (11 il əvvəl) (2013)
2017 (2017) (Forum)
Fəaliyyət göstərdiyi yer Ümumdünya
Qurucusu  ÇXR
yidaiyilu.gov.cn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır. Bu ad Qərb vilayətlərinin Mərkəzi Asiyadan keçən məşhur tarixi ticarət yolları boyunca davam edəcək olan avtomobil və dəmir yolu nəqliyyatı üçün təklif olunan quru yollarına istinaddır. Əlavə olaraq, buradakı "yol" sözü "XXI əsrin Dəniz İpək Yolu"nun qısaltmasıdır. Bu ad HindSakit okeanları üzərindən Cənub-Şərqi Asiyadan Cənubi Asiyaya, Yaxın ŞərqəAfrikaya gedən dəniz yollarına istinaddır.[11] Kəmər və Yol Təşəbbüsünün infrastruktur investisiyalarına nümunələr limanlar, göydələnlər, dəmir yolları, avtomobil yolları, hava limanları, su bəndləri, kömürlə işləyən elektrik stansiyaları və dəmiryolu tunelləridir.

Təşəbbüs 2017-ci ildə Çin Konstitusiyasına daxil edilmişdir. Çin hökuməti bu təşəbbüsü "regional əlaqələri gücləndirmək və daha parlaq bir gələcəyi əhatə etmək üçün bir cəhd" adlandırır. Layihənin nəticələnmə hədəfi 2049-cu ildir. Bu tarix Çin Xalq Respublikasının (ÇXR) əsasının qoyulmasının yüz illiyinə təsadüf edir. Təşəbbüs əsasən ABŞ da daxil olmaqla iştirakçı olmayan ölkələrdən olan bəzi müşahidəçilər bunu sinosentrik beynəlxalq ticarət şəbəkəsi üçün bir plan olaraq şərh edirlər. Buna cavab olaraq Amerika Birləşmiş Ştatları, YaponiyaAvstraliya 2019-cu ildə Mavi Nöqtə Şəbəkəsi təşəbbüsünə, ardınca isə 2021-ci ildə G7-nin Daha Yaxşı Dünya Qurmaq təşəbbüsünə start vermişdir. 2019-cu ildə Birləşmiş Krallığın İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi tərəfindən aparılan bir araşdırmada "BRI"-nin 2040-cı ilə qədər dünya ÜDM-ni illik 7,1 trilyon dollar artıracağı proqnozlaşdırılmışdır.

Azərbaycan İpək Yolu İqtisadi Kəmərinin Orta dəhlizində yerləşməkdədir. 4.256 km dəmir yolu və 508 km dəniz yolunu əhatə edən bu dəhliz ÇinQazaxıstan sərhəddindən Azərbaycana (Xəzər dənizi ilə) və buradan da GürcüstanTürkiyəyə qədər uzanır.[12]

Maraqlı tərəflər Fars körfəzi-Qara dəniz beynəlxalq nəqliyyat və tranzit dəhlizinin Kəmər və Yol təşəbbüsünün bir hissəsi ola biləcəyini də istisna etmirlər. Buna baxmayaraq, Ermənistanın cənubdakı Sünik mərzi ilə İran arasında birbaşa dəmir yolu əlaqəsi yoxdur, funksional M2 avtomobil yolu isə yüksək ərazilərdə yerləşir və qış mövsümündə istifadəsi çətinləşir. Bu magistralın GorusQafan şəhərləri arasındakı bir hissəsi Azərbaycanın beynəlxalq cəhətdən tanışmış hüdudları daxilinə düşdüyündən 2020-ci ilin dekabrından Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.[2]

  1. 1 2 Şərifli, Yunis. "Azərbaycan və "Kəmər və Yol" Təşəbbüsü: regional nəqliyyat mərkəzi olma yolunda". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 13 iyun 2020. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2021.
  2. 1 2 Hüseynov, Rusif. "Ermənistan üçün yeni nəfəs? Şimal-Cənub dəhlizi". Topçubaşov Mərkəzi (az.). 14 sentyabr 2021. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2021.
  3. "Wǒ wěi děng yǒuguān bùmén guīfàn "Yīdài Yīlù" chàngyì Yīngwén yì fǎ" 我委等有关部门规范"一带一路"倡议英文译法 [Regulations on the English translaton of "Belt and Road" Initiative by our Commission and related departments]. ndrc.gov.cn (çin). Milli İnkişaf və İslahat Komissiyası. 11 may 2019. 11 may 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2021.
  4. "İlham Əliyev Pekində 2-ci "Bir kəmər, bir yol" Forumunda iştirak edir". President.az (az.). Azərbaycan Respublikası Prezidentinin Administrasiyası. 26 aprel 2019. 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2021.
  5. "Belt and Road Initiative". World Bank. 19 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2019.
  6. "Overview – Belt and Road Initiative Forum 2019". 17 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2020.
  7. "The pandemic is hurting China's Belt and Road Initiative". The Economist. 4 June 2020. ISSN 0013-0613. 19 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2020.
  8. "President Xi proposes Silk Road economic belt". China Daily. Astana. Xinhua News Agency. 7 September 2013. 9 March 2020 tarixində arxivləşdirilib.
  9. "President Xi Jinping Delivers Important Speech and Proposes to Build a Silk Road Economic Belt with Central Asian Countries". Ministry of Foreign Affairs of the People's Republic of China. 7 September 2013. 17 October 2020 tarixində arxivləşdirilib.
  10. "Chronology of China's Belt and Road Initiative". People's Daily. Xinhua News Agency. 24 June 2016. 25 June 2016 tarixində arxivləşdirilib.
  11. Kuo, Lily; Kommenda, Niko. "What is China's Belt and Road Initiative?". The Guardian. 5 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2018.
  12. Calabrese, John. "Setting the Middle Corridor on track". Middle East Institute (az.). 18 noyabr 2019. 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]