İpək Yolu Beynəlxalq Musiqi Festivalı

İpək Yolu Beynəlxalq Musiqi Festivalı Bədii rəhbəri professor Firəngiz Əlizadə olan 2010-cu ildən etibarən keçirilən festival.

Şəkidə “İpək yolu” Festivalı 12 dəfə (2010-2023) keçirilib. Bu festival onlarla ölkədən musiqiçiləri öz ətrafında toplayır və incəsənət bayramıdır. Burada müxtəlif xalqların folklor ənənələrinin zəngin palitrası təqdim olunur, simfonik və kamera musiqisi konsertləri səslənir, opera və balet tamaşaları nümayiş olunur, elmi konfranslar keçirilir, yerli musiqi məktəblərinin və incəsənət kollecinin şagirdləri üçün ustad-dərsləri təşkil olunur. Festival çərçivəsində rəssamların sərgisi, milli geyimlərin defilesi, çoxsaylı görüşlər, bu qədim şəhərin tarixinə və mədəniyyətinə həsr olunmuş yeni nəşrlərin təqdimatı keçirilir.

Tədbirlər açıq havada, tarixi abidələr fonunda keçirilir və bunlar səslənən musiqi, nümayiş olunan tamaşalar üçün dekorasiyalara çevrilir.

Dünyanın 40-a qədər ölkəsindən Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalına məşhur kollektivlər, görkəmli musiqiçilər, musiqişünas-alimlər təşrif buyurmuşdur.[1][2]

  1. Haqqımızda – İpək Yolu (silkroad-az.com)
  2. Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı başa çatıb | Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti (sheki-ih.gov.az)