Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi - Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni və pedaqoq professor Bülbülün 100 illik yubileyi ərəfəsində, xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılan beynəlxalq musiqi müsabiqəsi.[1]
Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi | |
---|---|
Janr | Vokal müsabiqəsi |
İstehsalçı |
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bülbül Fondu Beynəlxalq Musiqi Xadimləri İttifaqı |
İstehsalçı ölkə | Azərbaycan |
Dil |
Azərbaycanca İngiliscə Rusca |
Mövsüm sayı | VII |
Buraxılış sayı | VII |
İlk buraxılış | 1997 |
Sonuncu buraxılış | 2022 |
İstehsal | |
Çəkiliş yeri |
Azərbaycan Dövlət Filarmoniyası Heydər Əliyev Sarayı Gəncə Dövlət Filarmoniyası |
Veriliş | |
Kanal |
Azərbaycan Televiziyası Mədəniyyət TV İctimai Televiziya Lider TV |
www.byulbyul.az |
İlk dəfə 1997-ci ildə keçirilib.[1] İlk dəfə keçirilməsinə baxmayaraq, müsabiqəyə fərqli ölkələrdən 60-a yaxın iştirakçı toplanıb. İlk müsabiqənin münsiflər heyətinə Beynəlxalq Musiqi Xadimləri İttifaqının Sədri, SSRİ-in Xalq artisti, professor və akademik İrina Arxipova sədrlik edib. Müsabiqənin Təşkilat Komitəsinin sədri, həmin dövrdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri olan, xalq artisti, professor Polad Bülbüloğlu olmuşdur.
20 avqust 1997-ci ildə Azərbaycanın məşhur opera müğənnisi Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev sərəncam imzalayır. Sərəncama əsasən yubiley tədbirlərinin əsasənı Bülbülün adını daşıyan Beynəlxalq Müsabiqə təşkil edir və hazırlanması və keçirilməsi üçün Təşkilat Komitəsi yaradılır. Komitəyə sədr, həmin dövrdə baş nazirin müavini olan Elçin Əfəndiyev təyin edilir. Təşkilat komitəsinin üzvləri isə həmin ildə Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənov, Bakı şəhər İcra hakimiyyətinin başçısı Rəfael Allahverdiyev, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının mədəniyyət naziri Polad Bülbüloğlu, Azərbaycan Respublikasının təhsil naziri Lidiya Rəsulova, Azərbaycan Respublikasının mətbuat və informasiya naziri Sirus Təbrizli, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri Nizami Xudiyev, Azərbaycan Elmlər Akademiyasının prezidenti Fərəməz Maqsudov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Tofiq Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, xalq artistləri Zeynəb Xanlarova və Xuraman Qasımova təyin edilir.[1] Azərbaycan vokal sənəti tarixində keçirilən ilk beynəlxalq müsabiqə eyni zamanda təşkilat komitəsinə dövrünün dövlət xadimləri və görkəmli nümayəndələrinin cəlb edilməsi ilə də tarixə düşür.
19 noyabr 1997-ci il tarixində ilk dəfə I Beynəlxalq müsabiqəyə start verilir və müsabiqə həmin il dekabrın 1-nə qədər davam edir. İlk dəfə keçirilməsinə baxmayaraq müsabiqədə Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə, Özbəkistan, Ukrayna və Cənubi Koreyadan 68 vokalçı iştirak edir. Müsabiqənin Təşkilat Komitəsinin sədri, həmin dövrdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri çalışan, xalq artisti Polad Bülbüloğlu olur.
Daha sonra müsabiqə 2000, 2005, 2007, 2010, 2012, 2018 və 2022-ci illərdə keçirilir.
Müsabiqə hər keçirildiyi il Azərbaycan Dövlət Filarmoniyasında keçirilir. Müsabiqəyə 18 yaşdan 35 yaşa (daxil olmaqla) qədər iştirakçılar buraxılır. Müsabiqədə yalnız opera müğənniləri, məzunlar, orta və ali musiqi təhsili müəssisələrinin tələbələri iştirak edə bilərlər. Seçmə mərhələsi iştirakçıların təqdim etdiyi video yazılar əsasında həyata keçirilir. Müsabiqənin I və II turunda çıxışlar fortepiano ilə müşayiət olunur. Bütün əsərlər yarış iştirakçıları tərəfindən digər turlarda təkrarlanmamaqla, mütləq əzbərdən və original dilində ifa olunur. Hər bir əsər yalnız bir dəfə ifa oluna bilər. Bütün ariyalar original dildə, original açarda olmalı və əzbərdən ifa olunmalıdır.
Müsabiqə 3 əsas turdan ibarətdir:
İştirakçılar opera, kantata və ya oratoriyadan (iştirakçının seçimi əsasında) ariya oxumalıdırlar.
Bu turda iştirakçılar müxtəlif operadan aria (iştirakçının seçimi əsasında) oxumalıdırlar. Daha sonra Bülbülün repertuarından Azərbaycan bəstəkarlarının əsərlərindən birini ifa etməlidirlər:
İştirakçının səs tipindən asılı olaraq müxtəlif tonallıqlarda ifaya icazə verilir. İfalar mütləq Azərbaycan dilində olmalıdır.
Müsabiqənin son turu III turdur və iştirakçı simofonik orkestr ilə müşayiət olunur. Bundan öncə isə iştirakçı, dünya opera repertuarından hər hansı biri olmaqla, 3 fərqli ariyanı hazırlamalı və göndərməlidir. Münsiflər heyəti ifa üçün təklif olunan siyahıdan 2 ariya seçir və iştirkaçını 3-cü tura qəbul edir.