Zöhrab Əsəd oğlu Məmmədov (17 fevral 1941, Qubadlı rayonu – 24 mart 2021) — Qubadlı (1980–1985) və Abşeron (1985–1990) rayon Partiya Komitəsinin birinci katibi.[1]
Zöhrab Məmmədov | |
---|---|
1985 – 1989 | |
Əvvəlki | Qəşəm Aslanov |
Sonrakı | Sadıq Murtuzayev |
1979 – 1985 | |
Əvvəlki | Məsudə Rüstəmova |
Sonrakı | Şahsuvar Yəhyayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 fevral 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 24 mart 2021 (80 yaşında) |
Vəfat səbəbi | beyin xərçəngi[d] |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
1972–1975-ci illərdə Azərbaycan SSR Tərtər rayonu Partiya Komitəsinin katibi olmuşdur. 1975–1977-ci illərdə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitənin nəznindəki Ali Partiya məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçı vəzifəsində çalışmışdır.
1979–1985-ci illərdə Qubadlı rayon KP birinci katibi vəzifəsində çalışmışdır 1985–1989-cu illərdə Abşeron rayonu KP birinci katibi vəzifəsində çalışmışdır.
1990–1991-ci illərdə Azərnəşrin redaktoru olmuşdur. AR Prezident yanında Ali Nəzarət inspeksiyasının Hacıqabul və Əlibayramlı rayonları üzrə ali nəzarət inspektoru vəzifəsində çalışmışdır. AR Əmlak Komitəsində bir sıra vəzifələrdə çalışmışır.
"Ay-Ata" ASC-nin idarə heyətinin sədri olmuşdur.
24 mart 2021-ci ildə beyin xərçəngindən vəfat etmişdir