İranın əksər hissələrinin iqlimi subtropik-kontinental, Xəzər dənizi sahilində rütubətlidir. İran və Oman körfəzilərinin sahil boyunda isə tropikdir[1] İqlimin əsas xüsusiyyətləri təkcə ölkənin coğrafi mövqeyi ilə deyil, həm də, relyefin müxtəlifliyi, ərazidə hakim olan atmosfer dövranı ilə müəyyən edilir. İqlimin əsas xüsusiyyətlərindən biri də yalnız həddən artıq yüksək yay yemperaturu deyil, deləcə də çox aşağı qış temperaturu ilə əlaqədar onun kəskin kontinentallığıdır. Qış fəslində İranın bir sıra rayonlarının iqlimi eyni enliklərdə yerləşən diğər yerlərin iqlimindən çox soyuqdur. ( Xəzərsahili zona istisna olunmaqla) . Bu isə ölkədə çoxillik subtropik bitkilərin yetişdirilməsini və il ərzində bir ərzində bir sahədən iki dəfə məhsul götürülməsini məhdudlaşdırır.
Qışda temperaturun kəskin surətdə aşağı düşməsinə Asiya materikinin daxili rayonlarından gələn soyuq kontinental hava kütləsi təsir göstərir, belə ki, bu hava kütləsinin qarşısını şimal istiqamətdə kəsə biləcək qüvvətli oroqrafikik sədd yoxdur. Nəticədə ölkədə ovalıqlar və yaylalar üçün mövsümü fərqlər nəzərə çarpır. Belə ki, qış və orta yay temperatur ampilidudası 20-25 dərcə təşkil edir. Yüksək yerlərdə və həmçinin dağlarla əhatələnən çəkəkliklərdə yağıntı əsasən qar şəklində düşür və dağlardan qidalanan İran çaylarının rejimini müəyyən edir. Ölkə iqliminin fərqli xüsusiyyətləri məşhur fransız coğrafiyaşünası E. Martona dünyanın iqlimi təsnifatında xüsusi "İran" iqlimi tipi ayırmasına əsas vermişdir. Ümumən İran iqlimini Aralıq dənizi iqlimi növlərindən biri hesab etmək olar.
30-cu paraleldən cənubda soyuq mövsümdə radiasiya balanası müsbətdir. İran körfəzi sahilində havanın orta aylıq temperaturu yüksələrək qışda müsbət 18 dərəcəyə çatır. Bununla belə, İraqla sərhəddə axan Şəttül-Ərəb çayı deltasında isə qışda bəzən zəif buz örtüyü yaranır. Körfəzin cənub-şərq sahili boyunca isə temperatur heç vaxt sıfır dərəcədən aşağı düşmür. Əgər cənub rayonları üçün yumşaq qış səciyyəvidirsə, Xəzər sahil ovalıqda isə əksinə, qışda ( mənfi 7-10 dərəcəyə qədər) şaxtalar müşahidə edilir[2]. İran yaylası daxilində də müxtəlif iqlim sahələri yaranmışdır. Yaylada iqlimin ümumiləşdirilmiş səciyyəsini dəqiq vermək mümkün olmadığı üçün onu dağlıq və düzənlik rayonlarına ayırmaq məqsədəuyğundur. Ölkənin diğər sahələrindən fərqli olaraq dağlar rayonlarda temperatur çox dəyişkəndir: qış soyuq, yay isə sərin keçir. İran yaylasının dağları ilə əhatələnən və ölkənin mərkəzi hissəsini tutan düzənliklərdə - 20 °C dərəcəyə çatan qüvvətli şaxtalar müşahidə edilir.
İqlmin mühüm xüsusiyyətlərindən biri də İran ərazisinə düşən yağıntıların miqdarında nəzərə çarpan ziddiyyətdir. Ölkə ərazisində rütubətin paylanması iki başlıca qanunauyğunluqla xarakterizə edilir. Şimal-qərbdən cənub-şərq istiqamətində illik yağıntıların azalması müşahidə edilir. Cənubi Xəzər ovalığı orta hesabla 2000 mm və daha artıq yağıntı aldığı halda, yüksək dağ-qurşaqları ilə şimal-şərq küləklərindən qorunan mərkəz və şərq əyalətlərində bu göstərici 50-100 mm-ə qədər aşağı düşür[3]
İranda ölkə üzrə yağıntıların paylanmasında iki mövsüm aydın seçilir: ilin soyuq fəslini əhatə edən rütubətli və ilin isti fəslini əhatə edən quru mövsüm.
İranda hidrotermik əmsalın hesablanması əsasında ərazinin rütubətlilik dərəcəsinə görə 4 rayon ayırmaq məqsədəuyğundur.