İran bayrağı

İran bayrağıİran İslam Respublikasının dövlət bayrağı

İran bayrağı
Təfərrüatlar
İstifadəsi Milli bayraqdəniz bayrağı
Proporsiya 4:7
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İndiki variantlar 29 iyul 1980-ci ildən mövcuddur və İranın İslam İnqilabının əvvəlindən indiyədək yaşadığı dəyişiklikləri özündə əks etdirir.

Bayraq 3 (yaşıl, ağ və qırmızı) bərabər ölçülü üfüqi zolaqlardan ibarətdir. Yaşıl rəng İslam, həyat və sevinc rəmzi, ağ rəng - sülh və qırmızı rəng isə igidlik və müharibədə tökülmüş qanın rəmzidir. Bu rənglər əvvəldən bəri İran bayrağında mövcud olmuşdur.

Hətta şahların bayrağında da bu rənglərdən istifadə olunmuşdur. Lakin onun mərkəzində qədim İranın rəmzi olan şir ilə qılınc təsvir olunardı. İran İslam İnqilabından sonra isə şir təsviri Allah sözü ilə əvəz olundu.

Bu söz 4 ayparadan və mərkəzdən yerləşən qılıncdan ibarətdir. Bununla yanaşı, yaşıl və qırmızı zolaqlarda 22 dəfə "Allahu-Əkbər" ifadəsi yazılmışdır. Bu, həm də inqilabın baş verdiyi günə, yəni İran təqvimi ilə 11-ci ayın 22-ci gününə işarədir.

Qacar Dövlətinin bayrağı. 1907-1979 illərdə (İslam İnqilabına qədər) indiki İran ərazisində dövlət Bayrağı