İran prezidenti — İran xalqı tərəfindən seçilmiş dövlət başçısı.
İran İslam Respublikasının Prezidenti | |
---|---|
رئیسجمهور ایران | |
Vəzifədədir Məhəmməd Müxbir (i.e) 19 may 2024-cü ildən | |
Başçılıq edir | İran |
Müraciət forması | Cənab Prezident[1] |
Rəsmi iqamətgahı | Saadabad sarayı |
Səlahiyyət müddəti | 4 il, iki dəfə |
Vəzifənin təsis tarixi | 4 fevral 1980 |
Vəzifədə birinci | Əbülhəsən Banisədr |
Rəsmi saytı | president.ir |
Vikianbarda əlaqəli mediafayllar |
İranda prezident 4 illik seçilir. Bir nəfər ard-arda iki dəfədən artıq prezident seçilə bilməz.
İran prezidenti hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirləri təyin edir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir. Prezidentin ikinci vəzifəsi ola bilməz.
O, istefaya getmək istəyəndə dini rəhbərə müraciət etməlidir.
Dini rəhbər istefanı qəbul edənədək prezident öz vəzifəsində qalmalıdır.
Prezident istefaya gedəndə və ya başqa səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilməyəndə dini rəhbərin razılığı ilə onu müvəqqəti olaraq birinci vitse-prezident əvəz edir.
1979-cu ildə şahın devrilməsi ilə nəticələnən islam inqilabından sonra İranda yaradılan prezident postunu indiyədək səkkiz nəfər tutub:
1979-cu ilin fevralında baş verən İran İslam İnqilabından sonra şah Məhəmməd Rza Pəhləvi devrilmiş, Pəhləvilər ailəsi isə İrandan sürgün edilmişdir. İranı həmin dönəmdə müvəqqəti olaraq İslam İnqilabı Şurası idarə edirdi. 1979-ci ilin 30 martında "Monarxiya rejimi əvəzinə İranda islam dövlətinin qurulması ilə razısınızmı?" sualı ilə referendum baş tutmuşdur. Seçicilərin 99,30 faizi bu referenduma "hə" demişdir. Bundan sonra İslam inqilabının lideri Seyid Ayətullah Ruhullah Xomeyni yeni Konstitusiyanın hazırlanması ilə bağlı Ekspertlər Şurasının yaradılması və həmin orqana seçimlərin baş tutması ilə bağlı tapşırıq vermişdir. Şura 1979-cu ilin oktyabrında yeni Konstitusiya layihəsini təqdim etmişdir. Ruhullah Xomeyni və İranın Baş naziri Mehdi Bazərgan isə onu təsdiqləmişdir. Həmin ilin 2 dekabrında "İslam Konstitusiyasının lehinəsinizmi?" sualı ilə baş tutan referendumun nəticələrinə əsasən seçicilərin 99,50 faizi "hə" demişdir və Konstitusiya layihəsi qəbul edilmişdir. Konstitusiyaya əsasən İslam İnqilabının Ali Rəhbəri dövlət başçısı, prezident və baş nazir isə hökumət başçısı olaraq müəyyən edilmişdir. Baş nazir vəzifəsi sonradan, 1989-cu ildə ləğv edilmişdir.
(1933–2021) سید ابوالحسن بنیصدر |
138 gün |
(1979–1980) | ||||||
22 iyun 1981-ci ildə İslam Şurası Məclisi impiçment elan edib. | ||||||||
(1933–1981) محمدعلی رجائی |
(1980–1981) | |||||||
30 avqust 1981-ci ildə terror hücumu nəticəsində öldürülüb. | ||||||||
(1939—) علی خامنه ای |
6 gün |
(1980–1981) | ||||||
305 gün |
||||||||
(1934–2017) اکبر هاشمی رفسنجانی |
352 gün |
(1980–1989) | ||||||
(1943—) محمد خاتمی |
(1982–1992) | |||||||
(1956—) محمود احمدینژاد |
(2003–2005) | |||||||
(1948—) حسن روحانی |
(1989–2005) | |||||||
(1960–2024) ابراهیم رئیسی |
290 gün |
(2019–2021) | ||||||
19 may 2024-cü ildə vertolyot qəzası nəticəsində ölüb. | ||||||||