İran sincabı

İran sincabı və ya Qafqaz sincabı (lat. Sciurus anomalus) — Gəmiricilər dəstəsinin sincab cinsinə aid heyvan növüdür.

Qafqaz sincabı
Elmi təsnifat
Beynəlxalq elmi adı
İran sincabı

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Bədənin uzunluğu 215 – 255 mm, quyruğun uzunluğu 130 – 180 mm, pəncənin uzunluğu 50 – 60 mm, qulağın hündürlüyü isə 23 – 31 mm-dir. Xarici görünüşünə görə İran sincabı adidən fərqlənir. Bədənin üst tərəfinin ümumi rəngi qonur-boz, qaramtıl-qonur çilli, alt tərəfi isə paslı sarımtıl-qəhvəyidir. Quyruğu tünd şabalıdıdır. Qulaqları nisbətən gödək olub, uclarında adi sincablarda olduğu kimi fırçaları yoxdur. Pəncələrində 5 döyənək olur. Adi sincabların arxa ətrafları adətən ön ətraflardan 2 dəfə uzun olur. İran növündə isə bu fərq bir qədər azdır. Diş aparatının quruluşunda da fərqlər vardır. İran sincabının kəsici dişləri bir qədər qısa və zəif olub, üst çənələrində cəmi 1 yalançı kök diş var, adi sincabda onların sayı bir qayda olaraq hər tərəfdə iki ədəddir. Əmziklərinin sayına görə də fərqlənirlər. Adi sincabda 8, İran sincabında 10 əmzik olur [3].

Iran sincabı geniş areala malikdir. Bu növ iran, Suriya, Fələstin və Qafqaz ərazisində yayılmışdır.

Həyat tərzinə görə sincab gündüz heyvanlarına aiddir. K.A.Satuninin (1920) doğru olaraq qeyd etdiyinə görə məməlilərin əksəriyyəti kifayət dərəcədə gizli həyat tərzi keçirdirlər. Sincab bu ümumi qaydadan kəskin istisna təşkil edir və bütün günü fəal olur. Sincablar sığınacaqlarını koğuşlarda düçəldirlər. Koğuş olmadıqda gövdə haçalarında yarpaqlardan və budaqlardan sığınacaq qururlar. Toxum, qoz, fındıq, şabalıd, müxtəlif meyvələr, giləmeyvələr, meşə ağacları və kolların cavan pöhrələri ilə qidalanırlar [4]. İl ərzində üç dəfər çoxalır: yanvarın sonu- fevralın əvvəllərində, aprelin sonunda və iyulun ortalarından avqustun sonuna qədər. Bir nəsildə 2-4 bala olur. Xəzinə görə az miqdarda ovlansa da xəzin keyfiyəti aşağıdır və yüksək qiyməyləndirilmir.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Richard W. Thorington Jr., Koprowski J. L., Steele M. A. Squirrels of the World. Baltimor: Johns Hopkins University Press, 2012. S. 41–43. ISBN 978-1-4214-0469-1
  3. Azərbaycanın heyvanlar aləmi. III hissə. Onurğalılar. Bakı, Elm nəşriyyatı, 2004
  4. Сатунини К.А. Млекопитающие Кавказского края // Труды музея Грузии, 1920, 2, II, 223 c.