İrina Valeryevna Şeyxlislamova (rus. Ирина Валерьевна Шайхлисламова; tatar. İrina Şəyxelislamova; 6 yanvar 1986[1], Yemanjelinsk, Çelyabinsk vilayəti[2]), əsasən İrina Şeyk kimi tanınır — Rusiya modeli.[3][4]
İrina Şeyk | |
---|---|
Doğum tarixi | 6 yanvar 1986[1] (38 yaş) |
Doğum yeri | |
Uşağı | 1 |
Partnyorları |
|
Fəaliyyəti | model[d], aktrisa |
Vikianbarda əlaqəli mediafayllar |
İrina, 6 yanvar 1986-cı ildə Rusiyanın Yemanjelinsk şəhərində anadan olmuşdur. Onun mənşəcə volqa tatarı olan atası şaxtaçı olmuş və pnevmoniyadan dünyasını dəyişmişdir. Anası Olqa bağçada musiqi müəlliməsi olmuş və övladlarını yetişdirmək üçün iki yerdə işləmişdir. İrina, YEmajelinskda yerləşən 4 saylı məktəbi bitirdikdən sonra Çelyabinsk İqtisadiyyat Kollecinə daxil olmuş və marketinq üzrə təhsil almışdır. Təhsil aldığı müddətdə zahiri gözəlliyi ilə diqqət çəkən İrina karyerasına məhz təhsili ərəfəsində Svetlana model agentliyində başlayıb.
Onun əsas karyerası 2004-cü ildə Çelyabinskda təşkil edilmiş gözəllik yarışmasında birinci yer tutması ilə başlamışdır. Bundan sonra o əvvəlcə Avropada, daha sonra isə Amerikada fəaliyyətini davam etdirib. 2007-ci ildə İrina, İntimissimi brendinin siması olmuş və 2009-a kimi bu brendi təmsil etmişdir. 2009-cu ildə həmin brendin reklam çarxına çəkilmiş, daha sonra isə səfir kimi təmsil etmişdir. 2007-ci ildən bəri həm də dünyanın ən məşhur fotoqrafları ilə işləmişdir, Sports Illustrated Swimsuit Edition-un üz qabığına düşə bilmiş ilk Rus modeldir. Armani Exchange, Lacoste, Bolero və s. tanınmış şirkətlərin siması olmuşdur. models.com-da dünyanın ən cazibədar modeli siyahısında 14-cüdür.
2009–2015-ci illərdə dünya şöhrətli futbolçu Kriştiano Ronaldo ilə yaxın münasibətləri olub.[5] Daha sonra aktyor Bredli Kuper ilə tanış olmuşdir.[6] Cütlüyün 2017-ci il təvəllüdlü qızları var.[7] Onlar 2019-cu ilin iyununda ayrılıblar.[8]
Filmlər
Musiqi videoları
Videooyunlar