İsa Şükürov

İsa Şükürov (31 avqust 1985, Bakı) — Azərbaycanlı jurnalist[3], teleaparıcı[4] və ShowNews.az saytının təsisçisi və baş redaktoru.

İsa Şükürov
azərb. İsa Heydər oğlu Şükürov
Doğum tarixi (38 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR —> Azərbaycan Azərbaycan
Atası Heydər Şükürov
Anası Gülnar Şükürova
Milliyyəti Azərbaycanlı
Dini İslam
Təhsili
Fəaliyyəti jurnalist, televiziya aparıcısı
Tanınır jurnalist[1], teleaparıcı[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

İsa Heydər oğlu Şükürov 1985-ci il avqust ayının 31-i Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində anadan olub.

Atası Heydər Şükürov 30-35 il əsasən ticarətlə məşğul olan kiçik sahibkar olub. Anası Şükürova Gülnar İsa qızı 35 il müəllimə işləyib. 2017-ci ildə xərçəng xəstəliyindən vəfat edib.[5][6][7]

İsa Şükürov 2003-cü ildə 157 saylı orta məktəbi əla qiymətlərlə bitirib.

Elə həmin il Bakı Dövlət Universitetinə daxil olub. Nəşriyyat işi və redaktəetmə ixtisasının bakalavr dərəcəsini 2007-ci ildə bitirən İsa Şükürov həmin il yüksək balla eyni ixtisasın magistraturasına daxil olub. 2010-cu ildə fərqlənmə diplomu ilə magistr dərəcəsinə yiyələnib.

2011-ci ildən ANS telekanalında aparıcı olaraq jurnalistikaya başlayıb.

Heç vaxt ailəli olmayıb. Subaydır.

Karyerası[redaktə | mənbəni redaktə et]

2007-ci ildə ilk iş yeri "Parabank" ASC olub. 3 il bankda çalışıb. Uğurlu bank təcrübəsi yığan İsa 3 il ərzində filial mühasibi vəzifəsinə kimi yüksəlib. Sonradan bank sektorundan uzaqlaşan İsa Şükürov ixtisası üzrə ANS telekanalında işə başlayıb.

Bunun üçün o, 2011-ci ildə ANS telekanalında imtahanlardan keçib və ANS Amerika Jurnalistika Akademiyasının məzunu olub. O, bu akademiyada Mirşahin Ağayev, Vahid Mustafayev, Sevinc Osmanqızıdan dərs alıb.

ANS-də çalışarkən qaradərili obrazında efirə çıxıb. Bununla da insanları tolerantlığa səsləyib.[8]

Elə həmin ildən ANS telekanalında "Salam, Azərbaycan" səhər verilişinin aparıcısı kimi işə başlayıb. 2012-ci ildən 3 saatlıq səhər verilişinin layihə rəhbəri olub.

2013-2017-ci illərdə Azərbaycan Respublikasının xalq artisti Aygün Kazımovanın mətbuat katibi olub.[9][10][11][12][13] Onlar qalmaqallı şəkildə ayrılıb.

Aygün Kazımovadan sonra heç bir müğənni ilə mətbuat katibi kimi çalışmaq təkliflərini qəbul etməyib.

2013-cü ildən ANS telekanalında "Şoubiz" və "Şoumən" verilişlərinin redaktoru vəzifəsində çalışıb. Eyni zamanda "Şoubiz+" verilişinin layihə rəhbəri və aparıcısı olub.

2014-cü ildən ANS telekanalından öz ərizəsi ilə işdən ayrılıb.[14][15]

2014-cü ildən Publika.az saytında şou yazarı kimi işə başlayır.[16][17][18]

2015-ci ildə ATV-də yayımlanan "Bakı vaxtı ilə" verilişinin layihə redaktoru olub.[19][20]

Həm ildən yenidən ANS telekanalında işə qayıdıb. ANS telekanalı bağlandıqdan sonra isə 2017-ci ildə jurnalistika fəaliyyətini ARB[21][22] telekanalında davam etdirib. Bir il sonra "Show News" adlı həftə içi 5 günlük şou verilişi ilə ekranlara çıxıb.[23][24] Hazırda da "Show News" verilişinin layihə rəhbəri[25] və aparıcısıdır.[26][27]

2018-ci il mart ayının 3-dən fəaliyyət göstərən[28] ShowNews.az saytının təsisçisi və baş redaktorudur.[29] "Instagram" sosial şəbəkəsində yaratdığı "Show News" səhifəsi ölkənin ən aktual və böyük izləyici kütləsi olan səhifələrindən biridir.

2018-ci ildə İsa Şükürovun rəhbəri olduğu "Show News" İnstaqram səhifəsində şairə Nazilə Səfərlinin dilindən Xoşqədəm Hidayətqızı barədə "Ərim Xoşqədəmi yox, məni aldığı üçün indi belə edir" başlıqlı yazı yayımlanması səbəbilə aparıcı X. Hidayətqızı N. Səfərlini və İ. Şükürovu məhkəməyə verib.[30][31] Nizami rayon Məhkəməsinin qətnaməsi ilə X. Hidayətqızının İ. Şükürova qarşı iddiası təmin edilib. Şükürov cərimə edilib və 1000 manat pulu Xoşqədəm Baxşəliyevanın hesabına ödəməsinə qərar verilib.[32][33][34]

Mütəmadi olaraq ən yaxın dostu tanınmış azərbaycanlı prodüsser və aparıcı Tarix Əliyevin Hər şey daxil verilişinin qonağı olur.[35]

2022-ci ildən MTV Azərbaycan telekanalında işə başlayıb. Hazırda “MTV Maqazin” verilişinin layihə rəhbəri və aparıcısıdır. [1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Röya ilə jurnalist arasında yeni qalmaqal - "Bunu yazanı boğacağam"" (az.)). axsam.az. 2015-07-13. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  2. ""Mina əlimdə böyüyən uşaqdır" - Elnarə Xəlilova - VİDEO" (az.)). day.az. 2019-10-03. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  3. ""O jurnalist deyil. Mən həmin insanı kenquru adlandırmışam."" (az.)). mediatv.az. 2015-08-17. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  4. "Röya ilə aparıcı arasında qalmaqal: "Mənim haqqımda əsl kişi danışsın…"" (az.)). axsam.az. 2014-10-13. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  5. "Aygün Kazımovanın ən yaxınına AĞIR İTKİ - O, haqqın rəhmətinə qovuşdu" (az.)). sonxeber.az. 2017-08-22. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  6. "ANS-in keçmiş aparıcısına ağır itki" (az.)). axsam.az. 2017-08-22. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  7. "ANS-in keçmiş aparıcısı valideynini itirdi" (az.)). milli.az. 2017-08-22. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  8. Şahin Cavadsoy. "Azərbaycanlı teleaparıcı tanınmaz hala düşdü…- FOTO" (az.)). milli.az. 2012-05-11. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  9. "Айгюн Кязимова продала машину стоимостью 90 тыс. долларов из-за долгов (фото, обновлено)" (rus.)). baku.ws. 2016-10-12. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  10. "Aygün Kazımovanın mətbuat katibinin mediaya açıqlaması" (az.)). azpress.az. 2016-06-18. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  11. Dilarə Zamanova. "Aygün Kazımovanın 18+ videosu yayılıb? - Açıqlama" (az.)). axar.az. 2017-01-12. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  12. Aytən Sadıqzadə. "Aygünün mətbuat katibi danışdı: O, İlqarə deyil, transseksualdır – VİDEO" (az.)). oxu.az. 2016-02-16. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  13. "Aygün Kazımova borca görə 90 minlik maşınını satdı (FOTO)" (az.)). baku.ws. 2016-10-12. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  14. "ANS-in aparıcısı işdən çıxdı" (az.)). oxu.az. 2014-11-01. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  15. Elxan. "Qovulduğu deyilən ANS-çi danışdı" (az.)). qafqazinfo.az. 2014-10-31. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  16. İsa Şükürov. "Üç məşhur bir arada - FOTOLAR" (az.)). publika.az. 2015-10-05. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  17. Mirvari Nəcəf. "Qeyri-səmimi müğənnilər kimlərdir ? - SİYAHI" (az.)). big.az. 2016-01-22. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
  18. İsa Şükürov. "Sevil və Sevinc bacıları konsertə hazırlaşır" (az.)). publika.az. 2015-07-14. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  19. "Xalq artistləri mərhum aktyordan danışacaq" (az.)). axsam.az. 2015-01-24. 2015-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  20. "Xalq artistləri mərhum aktyordan danışacaq" (az.)). metbuat.az. 2015-01-24. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  21. "İsa Şükürov - ARB TV - də ARB TV-də Fərqli yayım". 2019-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-06.
  22. ARB TV. "İsa Şükürov ilə ARB TV-də Fərqli YAYım davam edir" (az.)). Facebook. 2019-07-22. 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
  23. Teymur Məmmədov. "ARB-də "Show News" başlayır - VİDEO" (az.)). news24.az. 2018-09-21. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  24. Teymur Məmmədov. "Nazilədən jurnalistə: "Sizə təcavüz edim?" - VİDEO" (az.)). news24.az. 2018-09-21. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  25. "İsa özünə təmtəraqlı ad günü keçirdi" (az.)). ulduzumsan.az. 2019-09-04. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  26. ""Mina əlimdə böyüyən uşaqdır" – Elnarə Xəlilova – VİDEO" (az.)). realpress.az. 2019-10-03. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  27. Vüsal Rafiqoğlu. "Ulduzlar İsanın ad gününü möhtəşəm etdilər - Fotolar" (az.)). arantv.az. 2019-09-04. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  28. "Haqqımızda" (az.)). shownews.az. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  29. "Xoşqədəmlə Nazilənin məhkəməsi başladı - 100 min istəyir" (az.)). interpress.az. 2018-07-12. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  30. "Xoşqədəmlə Nazilənin məhkəməsi başladı - 100 min TƏLƏB" (az.)). femida.az. 2018-07-12. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  31. "Xoşqədəmlə Nazilənin məhkəməsi başladı; ortada küllü miqdarda təzminat davası var" (az.)). baku.ws. 2018-07-12. 2019-12-2051 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  32. "Xoşqədəm məhkəməni uddu: Nazilə Səfərli üzr istəyib, təzminat ödəyəcək" (az.)). baku.ws. 2018-07-14. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  33. "Xoşqədəm məhkəməni uddu - Nazilə üzr istəyib təzminat verəcək" (az.)). yeniavaz.com. 2018-07-14. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  34. "Xoşqədəm məhkəməni uddu: Nazilə Səfərli üzr istəyib, təzminat ödəyəcək" (az.)). azxeber.com. 2019-06-14. 2019-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  35. Xəzər Media. "Hər Şey daxil - Mina Hüseyn, Aysun İsmayılova, Elnur Həsənov, İsa Şükürov, Könül İbrahim 02.08.2019" (az.)). YouTube. 2019-08-02. 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]