İsa Musayev

İsa Həsən oğlu Musayev (27 noyabr 1912, Naxçıvan8 fevral 1976, Naxçıvan) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1960).

İsa Musayev
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyorurejissoru
Fəaliyyət illəri 1929–1976
Təhsili Bakı Teatr Məktəbi
Amplua dram, faciə, komediya
Teatr Naxçıvan Dövlət Musiqili Dram Teatrı,
Quba Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1960 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
"Şərəf nişanı" ordeni

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İsa Musayev 27 noyabr (bəzi mənbələrə görə 25 dekabr[1]) 1912-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Yeddinci sinfi bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuş, lakin 1927-ci ildə təhsilini yarımçıq qoyaraq Bakıya gəlmiş, burada Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsil almışdır. Təhsilini bitirdikdən sonra yenidən Naxçıvana qayıtmış və teatrda aktyorluq fəaliyyətinə başlamışdır.[2]

İsa Musayev teatrda ilk dəfə Səməd Mövləvinin rejissorluğu ilə hazırlanmış "Sabirin məhkəməsi" pyesində Sabir obrazını yaratmışdır.[3] 1930–1940 və 1943–1976-cı illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktyorlarından olmuşdur. O, 1940–1943-cü illərdə təyinatla Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında aktyor və rejissor işləmişdir.[4]

İsa Musayev 1942-ci ildən ÜİK(b)P üzvü olmuş[1], 1943-cü ildən Naxçıvan MSSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi işləmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir.[5]

Peşəkar aktyorluq fəaliyyəti dövründə dramatik, faciə, həm də komediya rollarının ifaçısı kimi tanınan İsa Musayev 8 fevral 1976-cı ildə Naxçıvanda vəfat etmişdir.[6][7]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Мусаев, Иса Гасан оглы // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 3. КетчерНежданова. М.: Советская энциклопедия. 1964. стб. 1012. 41 300 экз.
  2. Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. səh. 229.
  3. Иса Мусајев. Бакы: «Ишыг» нәшријјаты. Азәрбајҹан Театр Ҹәмијјәти. 1974. сәһ. 2.
  4. İlham Rəhimli. İsa Musayev // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 140–141. ISBN 978-9952-8021-9-1.
  5. 1 2 Musayev İsa Həsən oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 72.
  6. 1 2 Мусајев Иса Һәсән оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 95.
  7. Musayev İsa Həsən oğlu // Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 55. ISBN 5-8066-1468-9.