Şeyx Sənan (azərb. Şeyx Sənan / شیخ صنعان) — məşhur Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1914-cü ildə yazdığı dram əsəri, dörd pərdəli faciə.
Şeyx Sənan | |
---|---|
Janr | faciə |
Müəllif | Hüseyn Cavid |
Orijinal dili | Azərbaycan dili |
Yazılma ili | 1914 |
Nəşr ili | 1915 |
Vikianbarda əlaqəli mediafayllar |
Əsər sufi şeyxi Sənanın gürcü-xristian qızına duyduğu eşqi təsvir edir[1].
Dahi dramaturq Hüseyn Cavidin yazdığı "Şeyx Sənan" mənzum dramı müsəlman şeyxi Sənan və xristian gürcü qızı Xumar (Tamar) arasındakı sevgidən bəhs edir. Əsər 1912–1914-cü illərdə Cavidin Tiflis və Naxçıvanda yaşadığı dövrlərdə yazılıb. Kitab kimi 1917-ci ildə çap olunmuşdur, bundan əvvəl müxtəlif qəzetlərdə işıq üzü görmüşdür.
Şeyx Sənan böyük bir şəxsiyyət kimi sayılır, seçilir, müəyyən bir kütləyə rəhbərlik edərək Kəbəyə yola düşür, məqsəd isə islamı ayaqda saxlamaqdır. Eyni zamanda qadından qorxan Sənan hər bir şərin səbəbini qadında görür. Səbəb isə qadınları sevməməyi deyil, əksinə qadın qarşısında acizliyidir.
Tiflisdə yuxusunda gördüyü gürcü qızı Xumara rast gəlir. Xumara görə o dinindən, əqidəsindən, məqsədindən, yoldaşlarından üz döndərir. Xumar isə Sənana görə ölüm ayağında anasına verdiyi andı pozur. O söz vermişdi ki, ərə getməyəcək, monastıra yerləşəcək.
Sənan papasın "içiniz bu şarabı öyleyse" sözündən sonra Xumara olan eşqinə görə şərabı içir, papas: "pək gözəl Şeyxim al, al şu xaçı da as" deyir. Sənan heç tərəddüt etmədən xaçı asır və o bununla Xumarın eşqinə görə hər şeyə hazır olduğunu sübut edir. Tamaranın atası Platon ona 2 il domuz (donuz) otarmalı olduğunu söyləyir. Sənan razılaşır, 2 il tam donuz otarır, eşqindən məcnun olan Sənan anlayır ki, Platon öz qızını bir müsəlmanə yar etmək istəmir, çıxıb gedir. Xumar da onun ardınca gedir. Birləşirlər amma… ölüm onları bu həyatdan ayırdıqdan sonra birləşirlər…