İsa Qasımov

İsa Qasımov (15 noyabr 1975, Yemişanlı, Qutqaşen rayonu) — Azərbaycan alimi, UNESCO-nun Azərbaycandakı "İKT əsaslı yanaşmalar vasitəsilə müəllimlərin peşəkar inkişafının gücləndirilməsi" kafedrasının rəhbəri və professoru. Azərbaycanda daha çox universitet-sənaye əməkdaşlığı, texnoparkların (biznes inkubatorların) qurulması, sahibkarlıq, o cümlədən startapların və biznes təşəbbüskarlığının inkişafı və texnologiyaların transferi və elmin kommersiyalaşdırılması üzrə fəaliyyəti ilə tanınır.[1][2] 5 dərs proqramı, 60-a yaxın elmi əsərin müəllifidir.

İsa Qasımov
Doğum tarixi 15 noyabr 1975(1975-11-15) (49 yaş)
Doğum yeri
Uşağı 2
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti alim, sahibkar
Elmi dərəcəsi
  • Coğrafiya elmləri namizədi[d] (2005)
Elmi adı

Qasımov İsa Hüseyn oğlu 15 noyabr 1975 tarixində Qəbələ rayonunun Yemişanlı kəndində anadan olmuşdur. 1983–1993 illərdə Yemişənli kənd orta məktəbində təhsil almışdır. 1993-cü ildə Bakı Dövlət Universitetinə daxil olmuş, coğrafiya fakültəsinin iqtisadi və sosial coğrafiya kafedrasında bakalavr üzrə təhsil almışdır. 1997-ci ildə bakalavr üzrə təhsilini bitirdikdən sonra təhsilinə həmin universitetdə magistr dərəcəsi üzrə davam etmiş və 1999-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1999–2002 AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqtisadi və sosial coğrafiya şöbəsində doktorantura üzrə təhsil almış və akademik B. Ə. Budaqovun elmi rəhbərliyi ilə "Şəki-Zaqatala iqtisadi rayonunun təbii sərvətlərinin iqtisadi-coğrafi qiymətləndirilməsi" mövzusunda işlədiyi dissertasiya işini 2005-ci il yanvarın 26-da müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 12 aprel 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadi coğrafiya ixtisası üzrə dosent elmi adı verilmişdir. Hazırda İqtisadi İslahatlar və Elmi-Tədqiqat İnstitutunda "Texnoloji innovasiyalar iqtisadiyyatı" ixtisası üzrə "Azərbaycanda regional sahibkarlığın inkişafı üçün innovasiyaların stimullaşdırılması və texnoparkların yaradılması mexanizmlərinin işlənməsi" mövzusunda elmlər doktorluğu işi üzrə çalışır.

O "İdeyadan Bizensə İnnovasiya və Akselerasiya iX Proqramı" (Stanford Universiteti Peşəkar İnkişaf Mərkəzi və Qlobal İnnovasiya Katalizatoru, 22 yanvar–18 mart 2020); "Yüksək səviyyəli elm-texnologiya-innovasiya siyasəti və strateji inkişafı" (STEPI, Koreya Respublikası, 11–30 oktyabr 2018.); "Silikon Vadisinə keçid" (ABŞ, San-Fransisko, 21–25 avqust 2017), "İnnovasiya və sahibkarlığının biznes inkubatorlarda inkişafı" (EDI, Hindistan, 04 yanvar–12 fevral 2016); "Ali təhsil və gələcək karyera proqramı" (ABŞ, 28 yanvar–18 fevral 2012-ci il) və digər çoxsaylı beynəlxalq peşəkar inkişaf proqramlarının məzunudur.[3][4][5][6]

Ailəlidir. 2 övladı var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İsa Qasımov əmək fəaliyyətinə 2000-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzərin Ekoloji Problemləri İdarəsində mütəxəssis vəzifəsində başlayıb. 2005-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında fəaliyyətini davam etdirmiş və 2013-cü ilə kimi baş müəllim, dosent, kafedra müdiri, direktor müavini, direktor əvəzi kimi vəzifələrdə çalışmışdır. 2006–2017-ci illərdə Qafqaz Universitetinin Pedoqoji fakültəsində baş müəllim, dosent, 2006–2010-cu illərdə isə həmin universitetin İctimaiyyətlə Əlaqələr Şöbəsinin, 2010–2013-cü illərdə isə Karyera Planlama və Praktika Mərkəzinin müdiri kimi fəaliyyət göstərmişdir. 2013-cü ildə Qafqaz Universiteti Texnoparkının direktoru vəzifəsinə təyin olunmuş və 2017-ci ilə kimi bu vəzifəni tutmuşdur.[7]

2017-ci ilin fevral ayında Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru vəzifəsinə təyin edilib. Daha sonra AMEA Yüksək Texnologiyalar Parkına da dəvət edilmiş və burada şöbə müdiri vəzifəsini icra etmişdir. 2019-cu ildə İsa Qasımov əmək fəaliyyətinə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunda davam etmişdir.[7]

2019-cu ilin dekabr ayından 2023-cü ilin sentyabr ayına kimi Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Məkəzinin direktoru vəzifəsində çalışmışdır. Həmin ilin noyabr ayından əmək fəaliyyətinə Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru kimi davam etmişdir. Bununla yanaşı, o, BMU-nin Sənaye mühəndisliyi kafedrasının dosentidir.

border=none Əsas məqalə: Yeni Fikir

O, Yeni Fikir MMC-nin, o cümlədən "Yeni Fikir" startap müsabiqəsi və "Smart Bridge (Texnologiya, Biznes, İnnovasiya)" layihələrinin təsisçisidir. "Yeni Fikir" startap müsabiqəsində 1000-dən çox startap layihəsinin qiymətləndirilməsində iştirak etmiş, o cümlədən 100-ə yaxın startapın ümumi inkişafına, onlardan 40 startapa isə inkubasiya xidmətləri və toxum investisiya dəstəyi də vermişdir.[8][9] ITV-də yayımlanan Biznes Azərbaycan proqramında aparıcı İlkin Manafovun təsisçi İsa Qasımovla bağlı "Sizin şirkət Azərbaycanda startap mühitinin inkişafı ilə maşğuldur, paralel olaraq Siz startaplara həm də investisiya yatırırsınız" fikrinə İsa Qasımov aşağıdakı kimi cavab vermişdir:[10]

" Biz tərəfdaşlarımızla birlikdə startaplara investisiya yatırırıq. Amma biz əsasən startapları formalaşdırmaq və onları inkişaf etdirməklə məşğuluq. "

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Climate Campaigners layihəsinin Azərbaycan üzrə elmi koordinatorudur. "İnnovasiya sahibkarlığı və texnoparklar" kitabının, 5 dərs proqramı, 60-a yaxın elmi əsərin müəllifidir.[11]

Elm və innovasiya

[redaktə | mənbəni redaktə et]

İsa Qasımov Azərbaycanda texnologiyanın transferi və elmin kommersiyalaşdırılması üzrə elmi tədqiqat aparmışdır.[12][13] O Azərbaycanda innovasiya sahibkarlığının inkişafı yönündə elmi fəaliyyət göstərir.[14]

Coğrafiya və iqtisadiyyat

[redaktə | mənbəni redaktə et]

İsa Qasımov Azərbaycan ərazisində su eroziyası və subasma hallarının torpaqların istifadəsinə təsiri, qlobal istiləşmə şəraitində Azərbaycanda ehtimal olunan problemlər və həlli yolları haqqında elmi araşdırma aparmışdır. Xəzər hövzəsinin təbii qaz ehtiyatlarının səmərəli istifadəsi problemləri, Azərbaycan ərazisində sel əmələ gətirən amillər və təbii fəlakət riskinin azaldılması yolları, təbii sərvətlərin düzgün iqtisadi-coğrafi qiymətləndirilməsinin ərazidə yaşayan əhalinin həyat tərzinə təsiri kimi mövzularda elmi fəaliyyət göstərmişdir.

  1. ""Hindlilər innovasiyalara çıxış yolları kimi baxır"- Müsahibə". Xəbərlər.az (az.). 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-09.
  2. ""Sahibkarlığın inkişafı üçün geniş layihələr icra edirik" – İsa Qasımov". Teleqraf.com (az.). 2015-11-26. 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-09.
  3. yeniavaz.com. "Azərbaycanlı alim Koreyada keçirilən təlimlərdə ölkəmizi təmsil edib - FOTOLAR". www.yeniavaz.com (ingilis). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
  4. MektebGushesi. "Bakı Mühəndislik Universitetinin əməkdaşı Silikon Vadisində" (az.). 2017-10-02. 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
  5. ""Hindistan innovativ modelinin öyrənilməsi Azərbaycan üçün faydalı olacaq"". Xəbərlər.az (az.). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-11.
  6. "İsa Qasımov: Biliklər iqtisadiyyatının və intellektual mülkiyyətin inkişafı başlıca hədəf olmalıdır". www.anl.az. İstifadə tarixi: 2022-12-11.
  7. 1 2 "İsa Qasımov – Yeni Fikir Müsabiqəsi". yenifikir.az. 2023-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-02.
  8. """Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib"". Azərbaycan müəllimi (az.). 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  9. "Smart Bridge" layihəsi (İsa Qasımov) - ARB 24 (Gündəm) (ingilis), 2023-01-19 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2023-01-19
  10. "Yenifikir-in təsisçisi Isa Qasimov Ilkin Manafov ilə Biznes Azərbaycan proqramında. Yeni Fikir nə edir? Bilik öyrədir, yoxsa biliyi dəyərə çevirir?... | By Yenifikir | Facebook". www.facebook.com (ingilis). 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.
  11. ""İnnovasiya sahibkarlığı və texnoparklar" kitabının təqdimatı olub". azertag.az (az.). 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.
  12. "Elmin populyarlaşdırılması istiqamətində müzakirələr aparılıb". azertag.az (az.). 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.
  13. ""Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması" mövzusunda onlayn seminar keçirilib - FOTOLAR". nuhcixan.az (az.). 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.
  14. "Dəyirmi masa: "Elmin populyarlaşdırılması üçün nə etməli?"". news.unec.edu.az (az.). 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.