İsrail–Malayziya münasibətləri

İsrail–Malayziya münasibətləriİsrailMalayziya arasında ticarət və mədəni əlaqələr. Hal hazırda bu iki ölkənin rəsmi diplomatik münasibətləri yoxdur.

İsrail–Malayziya münasibətləri
İsrail və Malayziya
 İsrail  Malayziya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsrail Xarici İşlər Naziri Moşe Sharet 1956-cı ildə, Malayziya Federasiyasının müstəqilliyini elan etməsindən bir il əvvəl Kuala-Lumpuru ziyarət etdi. O, İsrail konsulunu qəbul etmək təklifinin ev sahibi tərəfindən "istinasız olaraq xoşniyyətli" qəbul edilməsini təsvir etdi. 1957-ci ildə Malayziya BMT-yə üzv olmaq üçün müraciət edərkən İsrail Malayziyanın təşkilata üzv olmasının lehinə səs verdi. 1960-cı illərin əvvəllərində Malayziya İsrailin yüksək səviyyəli münasibətləri rəsmiləşdirmək cəhdlərini rədd etdi. Səbəb kimi yerli radikal islam müxalifəti və ərəb təzyiqinin Malayziyanı İsrail ilə münasibətdə narahat vəziyyətə saldığını bildirdi. 1990-cı illərin əvvəllərində İsrail və Fələstin arasındakı danışıqlar sürətləndiyindən, Malayziyanın Baş naziri Mahathir Məhəmməd İsraillə diplomatik münasibətlər qurmağa qərar verdi. Beynəlxalq Ticarət və Sənaye Naziri Chua Jui Menq 1994-cü ildə İsrail bazarının tədricən sonda Malayziya sərmayəsinin hədəfinə çevrilə biləcəyini bildirdi[1].

1981–2003-cü illərdə Malayziyanın Baş naziri Mahathir Mohamad müxaliflərini sionizmin tərəfdarı olmaqda, sionistləri Malay dövlətçiliyinə xələl gətirməkdə və İslamı məhv etməkdə günahlandırdı[2]. Mahathir müvafiq olaraq 1993, 1997 və 1999-cu illərdə İsrailin baş nazirlərinə — İshaq Rabin, Benyamin Netanyahu, Ehud Barak məktub göndərdi. 2012-ci ildə bu məktubların məzmunu İsrail Dövlətinin tanınmasına doğru irəliləyən Mahathir hökumətinə qarşı iddiaları ləğv etmək üçün açıqlandı[3]

Ticari əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

1971-ci ildə Malayziyanın İsrailə ixracı 11 milyon Malayziya dollarını keçmişdir. Əks istiqamətdə isə ixracat cəmi 2 milyon Malayziya doları etmişdi. Malayziya 1974-cü ildə İsrail ilə ticarətı qadağan etdir. Israel-Asia Centerə görə İsrail və Malayziya arasında ticarət birbaşa deyil, Sinqapur və ya Tayland kimi vasitəçi ölkələr vasitəsi ilə həyata keçirilir.

2000–2001 illər arasında İsrailin Kiryat Qatdakı Intel Kompüter Çip Zavodundan Malayziyaya ixracat 600–700 milyon dollar təşkil etmişdir[4]. İsrailin Sənaye, Ticarət və Məşğulluq Nazirliyinin 2002-ci ildə İsrailin İndoneziya və Malayziya ilə ticarət əlaqələrinə dair hesabatında, Malayziya şirkətləri ilə iş aparmaqda maraqlı olan israillilərə tövsiyə edildi: "Onlar geniş ictimaiyyətə açıqlanmayana qədər ticarət və ticari münasibətlərdə heç bir münaqişə yoxdur." . Eyni hesabatda İsrail Intel fabrikinin 1999–2002 illəri arasında İsraildən Malayziyaya edilən bütün ixracatın 98 % -nə nəarət etdiyi ifadə edildi. Beləliklə 1999-cu ildə İsrailin Malayziyaya ixracı 107 milyon dollar əşkil etdiş (bunun 5.3 milyon dolları Intel məhsulları). Həmin il İsrail Malayziyadan 23.6 milyon dollar dəyərində mal alır. 2000-ci ildə İsrailin Malayziyaya ixracı, Intel məhsulları xaric (4.7 milyon dollar) 732 milyon dollar olur. İsrailə isə həmin il Malayziyadan 25,9 milyon ABŞ dolları dəyərində mal ixrac edilir. 2001-ci ildə İsrail Malayziyaya Intel çipləri xaricində (4.7 milyon dollar) 615.5 milyon dollar mal satır. İsrail Malayziyadan 26,3 milyon dollar dəyərində mal idxal etdir[5]. İsrail Mərkəzi Statistika Bürosunun verdiyi məlumatlar göstərir ki, İsrail ilə Malayziya arasında ticarət 2008 və 2011 arasında əhəmiyyətli dərəcədə dəyişkən olmuşdur. 2008-ci ildə İsrailin Malayziyaya ixracı 30,2 milyon dollara çatdığı halda, İsrail Malaziyadan 100.6 milyon dollar dəyərində mal idxal etmişdir. 2009-cu ildə İsrail Malayziyaya 116.8 milyon dollar dəyərində mal ixrac etdi və əvəzində 68.5 milyon dollar dəyərində mal idxal etdi. 2010-cu ildə İsrailin Malayziyaya ixracatı ildə 798 milyon dollara, idxal isə 85 milyon dollara yüksəldi. 2011-ci ildə İsraildən Malayziyaya ixrac 716.4 milyon dollara, idxal isə 93.6 milyon dollara çatdı[6]. Avropa Komissiyasının hazırladığı hesabatda göstərilir ki, 2010-cu ildə Malayziya İsrailin ən vacib ticarət tərəfdaşları arasında 15-ci yeri tutur və həmin il bütün İsrail ticarətinin 0,8% (667.6 milyon avro) təşkil edir[7].

2012-ci ilin oktyabr ayında Malayziya hökuməti İsrailə gedən zəvvar turistləri üçün kvotanı artırdı və qalma müddətini isə 10 gündən 21 günə çoxaltdı[8].

  1. Nair, Shanty. Chapter 7: Malaysia and the Palestinian issue in the 1990s // Islam in Malaysian Foreign Policy. London: Routledge. 1997. səh. 252. ISBN 0-203-42538-3. İstifadə tarixi: 5 March 2012.
  2. Von der Mehden, Fred R. Chapter 3: Political interaction // Two Worlds of Islam: Interaction Between Southeast Asia and the Middle East. Gainesville, Florida: University Press of Florida. 1993. ISBN 0-8130-1208-2. 24 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 March 2012.
  3. "DPM: Release of letters proves our stand on Israel". The Star (Malaysia). Kuala Terengganu. 2012-03-02. 2019-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-05.
  4. "Quick Facts & Figures: Malaysia & Israel-Malaysia Relations". Israel–Asia Center. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-16.
  5. Gonen, Ehud. "Israel Trade With Indonesia And Malaysia" (ivrit). Ministry of Industry, Trade and Labor (Israel). 2012-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-16. נציגים רשמיים משתי המדינות אמרו לנו מספר פעמים כי אין התנגדות לסחר ולקשרים עסקיים כל עוד אלו נעשים בפרופיל נמוך.
  6. "Table D 1.–Trade Countries–Imports and Exports". Israel Central Bureau of Statistics. 2012. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-15.
  7. "Israel's Trade With Main Partners (2010)". European Commission. 2017-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-14.
  8. "Malaysia relaxes rules on Israel tours". 2013-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-07.