İsrail Bayramov

İsrail (İsrayıl) Qərib oğlu Bayramov (3 may 1953, Böyük Qarakilsə rayonu) — Azərbaycan mühəndisi, Xəzər Dəniz Neft Donanmasının rəisi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzər Dəniz Neft Donanması üzrə Texniki direktoru, Azərbaycan Respublikasının əməkdar mühəndisi (2005).

İsrail Bayramov
Digər adı İsrayıl Bayramov
Doğum tarixi (71 yaş)
Doğum yeri Quqark rayonu, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti mühəndis
Mükafatları
"Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2005
3-cü dərəcəli "Əmək" ordeni — 2018 "Tərəqqi" medalı — 2011
"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı — 2019 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalı — 2018

İsrayıl Bayramov 3 may 1953-cü ildə Ermənistan SSR Quqark rayonunda anadan olmuşdur. 1971-ci ildə Qazaxın Muğanlı kənd orta məktəbini bitirmişdir. 1971–1973-cü illərdə Ukraynanın Kirovoqrad şəhərində aviasiya hərbi hissəsində hərbi xidmətdə olmuşdur. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində daxil olmuş, 1980-ci ildə buranı İnşaat Mühəndisləri İnstitutunu məzunu olaraq bitirmişdir. 1985–1989-cu illərdə Odessa Dəniz Mühəndisləri İnstitutunda gəmi mexaniki ixtisası üzrə təhsil almışdır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İsrayıl Bayramov əmək fəaliyyətinə 1974-cü ildə Bakı şəhərində Sov.İKP XXI qurultayı adına gəmi təmiri zavodunda tornaçı şagirdi olaraq başlamışdır. 1976-cı ildə mexanika sexində texnoloq vəzifəsinə keçmiş, 1979-cu ildə tornaçılar sahəsində baş usta işləmişdir.

1990-cı ildə Xəzər Dəniz Neft Donanmasının texniki şöbəsində mühəndis işləməyə başlamışdır. 1995-ci ildən donanmanın texniki istismar xidmətinin rəis müavini olmuş, 1996-cı ildən texniki şöbənin rəisi işləmişdir. 1998-ci ildə ilk dəfə Qazaxıstanda neft çıxarılması üçün süni adanın salınmasında iştirak etmişdir. 1998-ci ilin sonlarında Xəzər Dəniz Neft Donanmasının baş mühəndisi təyin olunmuş, bu vəzifədə 2014-cü ilin fevral ayına qədər bu vəzifədə işləmişdir. 2014-cü ilin fevralından 2017-ci ilin 1 iyun tarixinədək donanmanın rəisi, 1 iyun 2017-ci ildən Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin texniki direktoru işləmişdir. 2020-ci ilin dekabrın 30-da təqaüdə çıxmışdır.

  1. "Azərbaycanın neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 19 sentyabr 2005. 2021-05-10 tarixində arxivləşdirilib.
  2. "Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 20 oktyabr 2018.
  3. "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 19 sentyabr 2011. 2021-05-13 tarixində arxivləşdirilib.
  4. "ASCO-nun Texniki direktoru DSX-nın yubiley medalı ilə təltif olunub". seanews.az. 23 sentyabr 2019. 2021-05-10 tarixində arxivləşdirilib.