İsrail krallığı (birləşmiş monarxiya)

İsrail Krallığı Tanaxda yazılanlara görə, b.e.ə. təqribən 1050-ci ildən e.ə təxminən 930-cu ilə qədər Yaxın Şərqdə mövcud olmuş vahid teokratik monarxiya.

Tarixi dövlət
İsrail krallığı
təq. e.ə. 1050 — təq. e.ə. 930

Paytaxt Tel-Əviv, Hevron
Dövlət dini İudaizm
İdarəetmə forması mütləq monarxiya, monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
        

İlkin məlumatlar

[redaktə | mənbəni redaktə et]

Tanaxa görə, İsrail övladları birləşmiş krallığın dövründən əvvəl konfederasiya kimi yaşamış on iki qəbilə idi. Təxminən b.e.ə. 1025-ci ildə onlar xarici təhdidlər səbəbindən İsrail krallığını yaratmışlar. Dövrün rəhbərlərindən biri olan Samuel e.ə 1020-ci ildə Bünyamin qəbiləsindən olan Şaul ben Kişi krallığın başına gətirdi. Onun ardınca gələn Kral David (Davud kimi tanınır) dövründə (e.ə 1006) krallıq ən güclü dövrünü yaşayıb.

Davud ölkənin ikinci padşahı oldu (Şauldan sonra gələn müvəqqəti kral İşboşet sayılmazsa) və Yerusəlimi paytaxtı elan etdi. Bundan əvvəl Şaulun dönəmində paytaxt Gibeah, İşboşetin dövründə isə paytaxt Mahanaim idi. Davudun krallığının ilk yeddi ilində Xevron (indiki Əl Xəlil) paytaxt idi.

Şauldan sonra Davud yenidən İsrail tayfalarını birləşdirməyə müvəffəq oldu. O, güclü hərbi birliklər qurub, bölgədəki Fələstin (Philistia) kimi düşmənlərini məğlub etdi və sərhədlərini qorudu. Davudun dövründə birləşmiş İsrail Krallığı hərbidə üstünlük qurub rifah içində yaşayırdı.

B.e.ə 930-cu ildə ölkə iki hissəyə bölünür: şimalda İsrail krallığı və cənubda Yerusəlimin də daxil olduğu Yəhuda krallığı.

Monarxiya və tarixi xronologiya

[redaktə | mənbəni redaktə et]

Birləşmiş monarxiyanın dörd kralı var idi: Şaul ben Kiş, Şaul oğlu İşboşet , Yəhuda qəbiləsindən Davud və Davud oğlu Şelomo Süleyman.

Şaulun dövründə paytaxt Gibeah ikən ardınca gələn İşboşetin İsrailində paytaxt Mahanaim və Davudun dövründə isə paytaxt Xevrondu. Davud krallığı yenidən birləşdirəndə paytaxtı Yerusəlimə köçürdü. Tanaxda isə paytaxtın Şiloh olduğundan bəhs edir; arxeoloji tədqiqatlar nəticəsində Şilohun dini paytaxt kimi götürülməsi ehtimalı vardır.

Vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

Birinci Samuel kitabına əsasən, Tanrıya qarşı çıxdığına görə Şaulun səltənəti düşdü və səltənət başqa bir sülaləyə verildi. Bəzi sənədlərə görə, Şaul yalnız iki il hökm edir. Bəzi əlyazmalara görə isə qırx iki il hökm edir. Müqəddəs Kitaba əsasən, Şaul fələstinlilərlə döyüşdə həyatını itirir.

Davud və Şaul aralarında olan problemlərə görə düşmən oldular. Mənbələrə görə Şaulun oğlu Yonathan və Şaulun qızı Mihal, Davudun Şauldan qaçmasına kömək etdilər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]