İtkin gəlin (mahnı)

İtkin gəlin — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının əsl adı "Bu dünya" adlanır. 1994-cü ildə Əlibala Hacızadənin "İtkin gəlin" romanı əsasında ekranlaşdırılan "İtkin gəlin" serialının soundtrektidir. Aygün Kazımovanın repertuarındakı ilk lirik mahnısıdır. Aygün Kazımova müsahibələrindən birində qeyd etmişdir ki, mahnını ifa etmək istəməyib, Cavanşir Quliyevin təkidi ilə mahnını ifa etmişdir. Aygün Kazımovanın mahnını ifa etməməsinin səbəbi, mahnının lirik olmasıdır. Mahnını 2005-ci ildə Azərbaycanın xalq artisti Rəmiş gitarada ifa etmişdir. Məşhur Türkiyə müğənnisi Neşe Karaböcekdə mahnını ifa etmişdir. Sənətçi "Bir gözünlə ağla, bir gözünlə gül” adı verdiyi mahnını 1996-cı ildə buraxdığı "Bir tanem” adlı albomuna daxil etmişdir.[1] Neşe xanım albomda bəstəkarı "anonim" yazıb, mahnının sözlərini isə özünün yazdığını qeyd edib.

sinql
İtkin gəlin
İfaçı Aygün Kazımova
Albom Ömrüm-günüm
Yayımlanıb 1994
Janr pop
Dil azərbaycanca
Müddət 05:06
Bəstəkar Cavanşir Quliyev
Sözlərin müəllifi Əlibala Hacızadə

Digər versiyaları[redaktə | mənbəni redaktə et]

Əməkdar artist Lalə Məmmədova mahnını 2020-ci ildə yeni aranjimanda ifa etmiş və "90-Lar" adlı albomuna əlavə etmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-28.
  2. "90-Lar Albom". 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]