İyirmi üçüncü simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1773-cü ildə yazılmışdır.[1] O zaman müəllif on yeddi yaşında idi. Bu əsər İtalyan simfoniya tipinə (uvertüra növü) uyğundur.
Bu əsər Motsart tərəfindən 1773-cü ilin mart ayından 1774-cü ilədək olan dövrdə Zalsburqda yazılmış doqquz simfoniyadan biridir. Simfoniyanın əlyazması Vyanada şəxsi kolleksiyada saxlanılır. Bu simfoniya Volfqanq Amadey Motsartın vəfatından sonra Hamburqda Avqust Kranz tərəfindən nəşr olunmuşdu.
Musiqişünas Volkerin[1] tədqiqatlarına əsasən (2005) bu simfoniyada Mannheim məktəbinin təsiri aydın şəkildə özünü göstərir. "Motsartın Mannheim üslubunun xarakterik üsusiyyətləri; məsələn, dar, şıltaq forte-fortepiano dəyişiklikləri və ya "Presto assai"nin birinci və ikinci skripkaları arasındakı dialoq hissələri kimi alətlərin işlənməsinin təfərrüatları qeyd edilə bilər".
Simfoniya üç hissədən ibarətdir.