Otuz birinci simfoniya (Paris Simfoniyası) 22 yaşlı Volfqanq Amadey Motsart tərəfindən 1778-ci ildə Parisdə bəstələnmişdir.
Simfoniya No.31 | |
---|---|
| |
Bəstəkar | Volfqanq Amadey Motsart |
Tonallıq | C major |
Forma | simfoniya |
Opus | 297, 300a |
Yazılma tarixi | 1778 |
Hissələr |
Allegro vivace, Andante, Final: Allegro vivace |
Vikianbarda əlaqəli mediafayllar |
23 mart 1778-ci ildə Motsart və anası Anna Maria Motsart ilə birlikdə Zalsburgdakı işindən ayrıldıqdan iş tapmaq ümidi ilə Almaniyanın Münhen, Ausburq və Mannheim səhərlərinə getdi. Lakin ciddi bir iş tapa bilmədiyinə görə gənc bəstəkar Parisə gəldi. Bu Volfqanq Amadey Motsartın Fransaya üçüncü səfəri idi. Simfoniya Motsartın Parisə uğursuz səfəri zamanı Zalsburqda olduğundan daha yaxşı bir iş tapmaq ümidi ilə bəstələnmişdir. Simfoniyanın premyerası ilk dəfə 12 iyun 1778-ci ildə Spirituel konsertinin direktoru Cozef Le Grosun köməyi ilə səfirin evində təşkil olunan xüsusi konsertdə baş tutmuş, ilk ictimai çıxış isə altı gün sonra Spirituel konsertində olmuşdur. Bu Simfoniya haqqında Londonda nəşr olunan "Courier de l'Europe"nin 26 iyun tarixli nömrəsində dərc olunmuş məqalədə qeyd olunmuşdur ki, "erkən yaşlarından ən böyük musiqiçilər arasında ad çıxarmış bu sənətkar bu gün mövcud olan ən yaxşı bəstəkarlardan biri sayıla bilər".[1]
Simfoniya yenidən 15 avqust 1778-ci ildə Spirituel konsertində ifa olunmuşdur. Bu münasibətlə Motsart ikinci simfoniyanın ikinci hissəsini bir Andante ilə əvəz etdi (ilk variantda Andantino idi). Musiqişünas Otto Erix Deutsch bu dəyişikliyin səbəbini (Andantinonun) tamaşaçı "zövqü üçün kifayət etməməsi" ilə əlaqədar olması kimi qiymətləndirmişdir.[2]
Volfqanq Amadey Motsartın anası 3 iyul 1778-ci ildə vəfat etdi. Motsart atasından Zalsburqun baş yepiskopu Hieronymus von Colloredonun onu daha yaxşı şərtlərlə əvvəliki işinə bərpa etməyə hazır olduğunu eşitdikdən sonra Mannheim və Münhen yolu ilə geriyə - Zalsburqa qayıtdı. Zalsburqa Parisdən atasına yazdığı bir məktubda Motsart bu günə qədər bizə məlum olmayan başqa bir simfoniyasından bəhs etmişdir. Ehtimal olunur ki, bu simfoniya hələ tapılmamışdır, başqa bir ehtimala görə isə bu xəbər Motsart tərəfindən atasına öz uğurlarını daha da şişirtmək məqsədilə soylənilən yalan xəbər də ola bilər. ).
Simfoniya üç hissədən ibarətdir. İfa müddəti 15-20 dəqiqə arasındadır.