Otuz yeddinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən yalnız giriş hissəsi yazılan, qalan hissələri digər Avstriya bəstəkarı İohann Mixail Qaydnıya məxsus, 1783-cü ilə aid edilən musiqi əsəridir.
Otuz yeddinci simfoniya | |
---|---|
Bəstəkar | |
Tonallıq | G major[1] |
Opus | 444 |
Volfqanq Amadey Motsartın ölümündən sonra, onun sənədləri arasında köhnə Motsart nəşrində 37 nömrəli Simfoniya olaraq xatırlanan Köxel kataloqunda 444 nömrəsi ilə qeydə alınan bir simfoniya tapılmışdı.
Otuz yeddinci simfoniya uzun müddət Motsartın əsəri hesab olunurdu, lakin Lotar Perger 1907-ci ildə sübut etdi ki, Motsart bu simfoniyanın yalnız giriş hissəsini (Adagio maestoso) bəstələmişdi; qalan hissələr isə İohann Mixail Qaydn tərəfindən 1783-cü ilin may ayında Salsburq şəhərindəki Mixaelbeuern monastrına yeni abbatın vəzifəyə təyin olunması ilə əlaqədar bəstələnmiş 25 nömrəli simfoniyadır.[2] Musiqişünasların fikrincə, 3-cı və 37-ci simfoniyalar arasındakı ziddiyyət belə deməyə əsas verir ki, Mosart otuz yeddinci simfoniyanın əsl və yeganə bəstəkarı olsaydı, bu simfoniya, ehtimal ki, 1783-cü ildən xeyli əvvəlki tarixə aid olmalı idi.
1780-ci illərin əvvəllərində Volfqanq Amadey Motsart çoxsaylı Vyana konsertləri üçün həm özünün, həm də digər bəstəkarların yeni və köhnə əsərlərindən istifadəyə ehtiyac duymuşdu.[3] Mənbələrə görə Motsart 4 noyabr 1783-cü ildə, atası Leopolda yazdığı bir məktubda "Əlimdə simfoniya yoxdur, buna görə tələsməli və bəstələməliyəm" deyir. Bəzi tədqiqatçılar iddia edirlər ki, əslində Volfqanq Amadey Motsart uzun müddət M. Qaydnın yaxın dostu idi və 1783-cü ildə, M. Qaydn xəstələnəndə və arxiyepiskop Koloredonun tələb etdiyi kompozisiya əsərini tamamlamaq üçün bu əsəri dostundan satın almışdı.
Digər musiqişünasların fikrincə isə, vaxt çatışmazlığına görə Motsart İohann Mixail Qaydnın 25-ci simfoniyasının surətini çıxarmış, amma bu əsərə Adagio maestoso tempində yeni bir giriş yazmışdı. [4]
Motsartın təqdimatı ilə simfoniyanın ifası təxminən 15 dəqiqədir.