İyirmi ikinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1773-cü ildə yazılmışdır. O zaman gənc bəstəkarın 17 yaşı var idi. 1773-cü ilin mart ayından 1774-cü ilin noyabr ayınadək olan dövrdə Volfqanq Amadey Motsart Zalsburqda doqquz simfoniyanı yazmışdır. Bu əsər də həmin simfoniyalardan biridir.[1][2] Motsartın bu simfoniyanı kimin və ya hansı səbəbdən bəstələdiyi məlum deyil. Mümkündür ki, o, italyan himayədarları arzusuna uyğun hərəkət etmişdir və ya tanınmaq məqsədilə özünü Zalsburq zadəganlarına təqdim etmək niyyətində olmuşdur. Simfoniyanın ifa müddəti təxminən 9 dəqiqədir.
İyirmi ikinci simfoniya | |
---|---|
Bəstəkar | |
Opus | 162 |
Simfoniya 4 hissədən ibarətdir.