İzolyatlar (ing. isolates, isolated) qapalı, bağlı, təcrid olunmuş insan populyasiyaları (ing. isolated, closed human populations) mənasına gəlir.[1] Kiçik insan qrupları mədəni və coğrafi maneələr səbəbindən digər nəsillərdən geri qalırlar.[2][3] İzolyatlarda populyasiyanın çoxalması onların hüdudlarından kənara çıxmır (açıq populyasiyalardan fərqli olaraq), digər populyasiyalardan gen axınına demək olar ki, rast gəlinmir.[4] İzolyatlarda tamamilə təcrid olunmuş qruplar olmur. Əsasən qapalı populyasiyalar təcrid olunmuş hesab olunur.[5]
Elmi yanaşmalarda daha geniş şəkildə baxanda izolyatlar həm də böyük qruplar və ya populyasiya sistemləri hesab olunur. Bu sistemlərdə izolyasiya prosesləri miqrasiya proseslərindən daha üstün hesab olunur. Beləliklə, adi həyatda izolyatlar hesab olunmayan İslandiya əhalisi, Sardiniya və Finlandiya sakinləri ədəbiyyatda izolyat hesab olunurlar. Milyonlarla insanların yaşadığı Sardiniya və Finlandiya "makroizolyat" kimi də qələmə verilir.[6] İzolyasiyanın ən bariz səbəbləri coğrafi maneələrdir. Kiçik bir qurucu qrup çətin əlçatan və əlverişsiz şəraitdə yaşayır və bir neçə nəsil ərzində nəsil artırmağı bacarır. İzolyasiya mədəni və dini səbəblərə görə də baş verə bilir. Bəzən izolyasiya zamanı səbəbləri müəyyən etmək çətin olur. Məsələn, ovçuluq və yığıcılıqla məşğul olan 2 fərqli insan qrupları bir-birinə yaxın yaşasalar da, həm keçmiş coğrafi səbəblərdən, həm də mədəni maneələrdən təsirlənir və müxtəlif genetik qruplara aid olurlar. İzolyatlar çox vaxt ətraf mühit şəraitinin, genetik quruluşun və davranış təcrübələrini əks etdirirlər. İzolyasiya edilmiş populyasiyalar bir neçə yerə "şaxələnə" və müstəqil şəkildə inkişaf edə bilirlər. Coğrafi yaxınlıq və ümumi mənşə eyni proseslər demək deyildir.[7]
İzolyatları təsnif edərkən populyasiyaların sayını, populyasiyada qapalı nikahlar sisteminin inkişaf dərəcəsini, qohum nikahlarını və dərəcəsini müəyyən etmək üçün əhalinin artımı, təcrid vaxtı və gen axını kimi meyarlardan istifadə edilə bilər.[8] Beləliklə, Avropa populyasiyalarının 24-nün müqayisəsi göstərdi ki, populyasiyaları açıq və təcrid olunmuş yerə bölmək faktiki genomik xüsusiyyətləri nəzərə almaya və heterogenliyi gizlətməyə kömək edir.[9]
Geniş tibb ensiklopediyasına görə, izolyatlar "çox az bir qismi nikah immiqrasiyasından ibarət olan kiçik insan populyasiyaları (100–1000 nəfər) " hesab edilir.[10] Onların nikahdan təcrid olunması ən azı 5–10 nəsil ərzində baş verir. Kifayət qədər tam genealoji materialın mövcud olduğu hallarda izolyasiyaları populyasiyada yüksək qohumluq əmsalı (0,03–0,001) ilə müəyyən etmək olur.[11] Bundan əlavə, izolyatların daha dəqiq müəyyən edildiyi təsnifatlar da hazırlanmışdır. Belə ki, bu təsnifatların birində insan sayı 1,5 min nəfərə qədər, qrupdaxili nikahlar 90% -dən çox, xarici genlərin axını 1% -dən az olaraq müəyyən edilmişdir. Başqa bir təsnifatda isə insan sayı 600-dən 1000 nəfərə qədər, qrupdaxili nikahlar 80%-dən çox olaraq təyin edilmişdir.[12] Bəzi müəlliflər heterogen təcridləri daha kiçik mikroizolyatlara və subizolatlara ayırırlar. 1–2 min nəfərlik fərdi populyasiyalardan ibarət qruplar subizolatlar adlanırlar. Mənşəyinə görə izolyatlar şərti olaraq üç qrupa bölünürlər. Bu qruplar bir-birindən çox fərqlənmirlər:
İzolyatlar həmçinin ölçüsünə, yarandığı vaxta, erkən demoqrafik tarixinə (miqrasiyasına görə), daha böyük qruplarla əlaqələrinə (daha qədim tarixə malik olan) görə təsnif edilə bilərlər. Bundan əlavə izolyatlar coğrafi, etnik, mədəni, linqvistik növlərinə görə də fərqləndirilə bilərlər.[14][15] Kiçik izolyatlarda baş verən genetik sürüşmələr bəzi allellərin təsadüfi fiksasiyasına və digərlərinin itirilməsi səbəbindən genofondda dəyişikliklərə səbəb olurlar. İzolyatlardakı fərdlərin az saylı olduğuna görə onlarda nikahlar yaxın qohumlar arasında baş verir və bu populyasiyanın müxtəlifliyini (genetik və fenotipik) azaldır. Fərd sayı çox olan təcridlərdə isə bu prosesin baş vermə ehtimalı daha azdır.[16] Faktorlar izolyatlara müxtəlif cür təsir göstərirlər. 2009-cu ildə bir məqalədə qeyd edilmişdir ki, Dağıstanda olan izolyatlar üçün genetik təcrid və populyasiyalar arasındakı fərqlər çox güman ki, coğrafi səbəblərə görədir. Linqvistik səbəblər burada rol oynamır (daha öncəki tədqiqatlarda bu nəticəni verirdilər). İtalyada mövcud olan izolyatlarda geoqrafik və linqvistik fərqlilik mühüm rol oynayırdı.[17]
İzolyasiyalar populyasiyanın genlərinə çox böyük təsir göstərirlər. Belə ki, izolyasiyalarda nikahlar yaxın qohumlar arasında olur və bu da gen müxtəlifliyini azaldır. Faktorlar vahid bir sistem halında fəaliyyət göstərirlər. Yaxın qohum evlilikləri səbəbindən izolyatlarda müxtəlif gen xəstəliklərinə rast gəlinir.[18] "Qurucular Effekti" – ilk təcrid olunmuş insanlar qrupu olub, əhalinin çox kiçik və təsadüfi olmayan hissəsidir. Az rast gəlinən mutasiyalar böyük və ilkin populyasiyalarda əsasən vacib rol oynamır. Lakin, izolyatların son nümayəndələrinə daha çox təsir göstərə və sağlamlıq üçün təhlükə yarada bilirlər.
"Genetik drift"in nəticəsi. Bəzi allellərin təsadüfi fiksasiyası və digərlərinin itməsi səbəbindən mutasiyalar arta bilir. Yaxın qohum münasibətlərinin təsiri. Qohumarası nikahlar populyasiyada yaxın qohumluğa və resessiv zərərli mutasiyaların baş vermə ehtimalının artmasına səbəb olur.
Nümunələr: Finlər arasında ən çox rast gəlinən Fin irsi xəstəlikləri. "Qurucu effekti" və "Genetik drift" çox güman ki, Aşkenazi yəhudilərinin genetik patologiyalarına gətirib çıxardı. Arizonadakı Pima hindularında 1-ci tip diabetin yüksək yayılması müşahidə edilsə də, 2-ci tip diabet demək olar ki, müəyyən edilməmişdir.[19][20] İzolyasiyanın təsiri orta əsrlərdə cüzam xəstələri üçün karantin yeri kimi istifadə edilən Xorvatiyanın Mljet adasında Mal de Meleda kimi nadir görünən genetik xəstəliyinə səbəb oldu.[21] Həmçinin, 2015-ci ilin tədqiqatlarına görə[22] uzunmüddətli qohumluq əlaqələri populyasiyalarda zərərli mutasiyalara səbəb olmaqla yanaşı, nəslin inkişafına və idrak qabiliyyətlərinə də mənfi[23][24] təsir göstərirlər.[25]
İzolə edilmiş qrupların ən xüsusi özəlliyi ekoloji və mədəni baxımdan eynicinsli olmalarıdır.[21] Populyasiyanın azalmış genetik mürəkkəbliyindən əlavə, onun sakinləri pəhriz, fiziki fəaliyyət səviyyələri və digər mədəni vərdişlər də daxil olmaqla oxşar həyat tərzinə malik olurlar. Onlar oxşar ekoloji və sanitar şəraitə, xəstəliklərə məruz qalırlar. Ətraf mühit icma üzvlərinin fenotipinə təsir göstərə bilir.[26] İqlim, su, qida, sığınacaq və digər resurslar təcriddə sağlamlıq problemlərinə böyük təsir göstərir. İsveç və Finlandiyanın köçəri Sami xalqı əsasən hisə verilmiş qidalarla qidalanırlar və buna görə də, mədə xərçənginə tutulma riskləri yüksəkdir. Afrika və Yaxın Şərqdəki tuareq və bədəvi qəbilələri su qıtlığına, suyun və tez-tez spesifik parazitlər və bakteriyalarla çirklənməsinə uyğunlaşmaq məcburiyyətindədirlər.[27] Asiyadakı şerpalar və Avropadakı alp kəndlərinin sakinləri yüksəklikdə yaşayırlar və qida seçimi onlarda çox azdır. Yaşayış yerinin növü də sağlamlığa çox güclü təsir edir. Belə ki, həddindən artıq sıxlığın olması Cənub-Şərqi Asiyada yağışlı mövsümdə uşaqlarda pnevmoniyadan ölüm hallarını artırır. İzolyasiyalar tarixən bir çox populyasiyaları epidemiyalardan xilas etmiş olsalar da, onlarda immun sisteminin yaranmasına mane olmuş və izolyatları nəsli tükənmək təhlükəsilə üz-üzə qoymuşdurlar. Pasxa adası sakinlərinin, Anqkordakı Kambocalı kxmerlərin, Mərkəzi Amerikadakı Azteklərin yox olmasının başlıca səbəbi də bu səbəb hesab edilir. Ucqar ada sakinlərinin tibbi xidmət və müasir cərrahiyyə imkanlarının olmaması da onların tələf olmasına səbəb olmuşdur.[28] İzolyasiya olunmuş icmalar digər qruplarla eyni mühitdə yaşadıqda belə onlar yaşadığı mühitdəki insanlardan davranışları və şəxsiyyətləri ilə fərqlənirlər. Məsələn, izolyatlardan olan Şapsuqlar evlilik ənənələrini saxlayırlar və çox nadir hallarda Rusiyanın cənubundakı (yeni etnik vəziyyətə zidd olaraq) digər yerli xalqların nümayəndələri ilə evlənirlər.[29] Bəzən izolyatların nümayəndələri suyun qaynadılması ehtiyacında, təhsil və tibbi yardım almaqda böyük fərqliliklər göstərirlər.[30] Zorakılıq və ayrı-seçkilik mədəni fərqlərə görə də yarana bilər. Amerikalı samoalılar qida rasionunu Birləşmiş Ştatlardan qəbul etdikdən diabetin göstəricisi 1-ci tipdən 2-ci tipə qədər yüksəldi.[31] Yaponiyada materikdən fərqlənən pəhriz vərdişləri,[32] ehtimal ki, mədə xərçənginin geniş yayılmasına səəb olmuşdur.[33] Digər tərəfdən Sardiniya izolyatlarında Aralıq dənizi pəhrizinin tətbiq edilməsi uzunömürlülüyə[34] səbəb olmuşdur.[35]
1985-ci ildə çəkilmiş "Şahid" filmində Pensilvaniyada, Nebraskada və ABŞ-də yaşayan amişlər göstərilmişdir. "North Exposure" televiziya serialı Alyaska səhrasındakı bir şəhərin sakinləri haqqındadır. 2018-ci ildə çəkilmiş "Osmi povjerenik[Xorvat]" filmi ucqar bir Xorvatiya adasının sakinlərini təsvir edir.