Şükrü Sökmensüer

Şükrü Sökmensüer və ya İbrahim Şükrü Sökmensüer (d. Skopye, Osmanlı imperiyası; 1890 - ö. Ankara, Türkiyə; 18 oktyabr 1978) - türkiyəli siyasətçi və köhnə daxili işlər naziri.[1]

Şükrü Sökmensüer
Türkcə:İbrahim Şükrü Sökmensüer
Doğum tarixi
Doğum yeri Skopye, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri Ankara, Türkiyə
Vətəndaşlığı Osmanlı imperiyası
Türkiyə Respublikası
Milliyyəti Türk
Dini İslam
İxtisası Hərbçi
Təhsili Hərb Məktəbi
Fəaliyyəti Hərbçisiyasətçi
Partiyası
Mükafatları "İstiqlal" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1890-cı ildə Osmanlı imperiyasının Balkan bölgəsində yerləşən şəhəri olan Skopyedə dünyaya gəlmiş və Ərkanı Hərbiyyədən məzun olmuşdur.

Hərbi karyerası

[redaktə | mənbəni redaktə et]

Osmanlı ordusundakı xidməti zamanı IV Ordu korpusunun IV Ağır topçu alayının birinci taborunun III batareyasında, Çatalca VIII Topçu alayında, XX Ordu korpusunun baş qərərgahında, II Firqənin V Ordu korpusunun I şöbəsində zabit kimi xidmət etmiş, sonradan XV Firqənin ərkani hərbiyyə rəisliyini etmişdir.

Türkiyə Respublikasındakı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Respublikanın qurulmasından etibarən mühüm vəzifələrdə çalışmışdır. Bu vəzifələr bunlardır: Məskunlaşdırma İdarəsi, Asayiş İdarəsi müdürlüyü, Təhlükəsizlik İşləri müdürünün müavini, Trakya Ümummüfəttişliyinin baş müşavirliyi, Təhlükəsizlik Ümümmüdürlüyünün rəhbəri, Hatay Suverenlik Cəmiyyətinin baş katibliyi, Hatay valiliyi, Ticarət Vəkaləti İaşə vəkilliyi, Türk Hava Qurumu başqanlığı, Uşaq Yetişdirmı Qurumu İdarə Heyyəti üzvlüyü, Köhnə Döyüşçülər Cəmiyyəti Heysiyyət Divanı başqanlığı. SÖkmensüer Hatayın Türkiyəyə birləşdirilməsində mühüm rol oynamış, bu proses zamanı bir neçə vacib vəzifəni yerinə yetirmişdir.[2] Bundan başqa, Sökmensüer bir neçə dəfə TBMM-ə də seçilmişdir. O. VI çağırış (ara dönəm) və VII çağırış Ərzincandan, VIII çağırış Gümüşxanədən TBMM-ə üzv seçilmişdir. Bundan başqa, o, VII Milli Müdaifə Şurasının rəisliyini yerinə yetirmiş və 1946-cı ilin 7 avqustundan 5 sentyabr 1947-ci ilə qədər Rəcəb Pekər hökumət kabinetində Türkiyənin daxili işlər naziri olmuşdur. Nazirliyi dövründə ölkədəki təriqətlərə və dini cərəyanlara qarşı kəskin mübarizə aparılmışdır.[3][4]

Hərb, Gümüş Ləyaqət və qırmızı lentli "İstiqlal" medalı ilə mükafatlandırılmışdır. Evli və üç uşaq atası olmuşdur. 18 oktyabr 1978-ci ildə Ankarada vəfat etmişdir.

  1. "Tek Parti Dönemi'nde bir asker, devlet adamı ve siyasetçi: İbrahim Şükrü Sökmensüer". acikerisim.kku.edu.tr. İstifadə tarixi: 7 sentyabr 2023.
  2. Keskin, 2018. səh. 577-592
  3. "TBMM Albümü" (PDF). TBMM Basın ve Halkla İlişkiler Müdürlüğü. 6 fevral 2016. 10 avqust 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 sentyabr 2023.
  4. "Şükrü Sökmensüer". www.biyografya.com/. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2023.