Şığıyıcı bombardmançı

North American A-36 Apache şığıyıcı bombardmançısı

Şığıyıcı bombardmançı və ya pike bombardmançı — vuruş dərəcəsini artırmaq və zenit atəşindən daha yaxşı qorumaq üçün hədəfinin üzərinə şığıyaraq vuran bir bombardmançıdır.

Hədəfə dalma demək olar ki, düz bir şəkildə baş verir və bomba bu istiqamətdə və yüksək sürətlə atılır. Bu, şığıyıcı bombardmançının hədəfə tam olaraq bomba atmasını və kiçik və/və ya hərəkət edən hədəfləri nisbətən daha yaxşı vurmasına imkan verir. Norden bombardmançı visoru kimi mürəkkəb avadanlıqlara ehtiyac yoxdur. Pike bombardmançıları gəmilər və körpülər kimi yüksək dəyərli hədəflər üçün istifadə olunurdu. Bundan əlavə, dalma şəklində bombalama, zirehinin yandan daha güclü olduğu gəmilər kimi hədəfləri zəif nöqtəsi olan yuxarıdan bombalayaraq vurmaq kimi üstünlüklərə malikdir.

İlk pike bombardman qeydləri, RAF pilotlarının Birinci Dünya müharibəsi əsnasında xüsusi bir həll versiyası hazırlamaları şəklində idi. 19171918-ci illərdə onlar Orford Ness Bombardman bölgəsində texnika üzərində çalışdılar, ancaq dövrün təyyarələri bomba atdıqdan sonra yüksəliş zamanı sovrulma sürətinə tab gətirə bilmirdilər. Bir neçə il sonra ABŞ Hərbi Donanması, HaitiNikaraqua da yeni bir sistem tətbiq etdi.

Təyyarələr dayanıqlıq və yükləmə qabiliyyəti baxımından inkişaf etdikcə tətbiq edilən üsul da daha rahat oldu. 1930-cu illərin əvvəllərində bu texnika, xüsusilə bombardmançıların vurması çətin olan kiçik hədəflərin bombardman edilməsinə qarşı taktiki doktrinanın bir hissəsi halına gəlmiş. ABŞ Silahlı Qüvvələri böyük bombardmançılarla kütləvi bombardmana diqqət yetirərkən, ABŞ Hərbi Dəniz Qüvvələri ilk xüsusi pike bombardmançı olan Curtiss F8C Hell-Diver iki qanadlı təyyarəsinin sifarişini vermişdir. (Tək qanadlı Douglas SBD və ya növbəti SB2C Helldiver ilə qarışdırılmamalıdır.)

1930-cu illərin əvvəllərində Ernst Udet ABŞ-yə səfər etdi və dörd ədəd F8C sifariş edib onları Almaniyaya göndərməyi bacardı. Orada bir az təkamül yolu keçdilər. Pike bombardmançıları, taktiki bir rol olaraq daha kiçik bir Luftwaffeyi təsirli bir şəkildə təmin edəcəkdi və almanları maraqlandıran əsas şeydə məhz bu idi. Çox keçmədən qağayı qanadlı Junkers Ju 87 Stuka (Sturzkampfflugzeug (Pike bombardmançısının qısa adı) ilə öz pike bombardmançı dizaynlarına sahib oldular.[1][2][3]

O gün üçün Stuka dünyanın ən sərfəli pike bombardmançısı idi. Stukadan istifadə Blitzkriq konsepsiyasının əsas problemi olan hava artilleriyası probleminin (qazılmış xəndəklərdə müdafiə mövqelərinə hücum etmək üçün) həlli idi. Normalda çox ləng və asta sürətlə hərəkət edən artilleriya qoşunlarından istifadə olunacaqdı ki, bu da öz növbəsində sürətlə hərəkət edən zirehli qoşunları yavaşlamağa və gözləməyə məcbur edəcəkdi.[4]

Bu, PolşanınBenilüks ölkələrinin işğalındakı müvəffəqiyyət ilə sübut edildi. Kiçik bir nümunə ilə; Oire çayının qərb tərəfində sürətlə irəliləyən Alman zirehli qoşunlarına qarşı qurulan güclü BEF (İngilis Səfərbərlik Qüvvələri) mövqeləri Stuka hücumları ilə çox qısa bir müddətdə məhv edildi və hərbi mühəndislər artilleriya qoşunlarının bölgəyə çatmasından çox əvvəl bir körpü qurmağı bacardılar.

Yeni və daha qabiliyyətli təyyarələrlə əvəzetmə səylərinin uğursuzluğu ilə, Stukalar zaman keçdikcə köhnəldilər. İngiltərə döyüşünün başlaması ilə yararsız hala düşdülər və ümidsizcəsinə RAF pilotlarının əllərinə buraxıldı.

Yaponiyada ABŞ donanması eyni səbəblərə görə (gəmilərə zərbələr vurmaq üçün) pike bombardmançıları üzərində çox çalışdı. Müharibəni ən yaxşı dizaynlardan biri olan Aichi D3A ilə başladılar, amma bu təyyarə də qısa müddətdə köhnəldi. Sonra daha yaxşı bir dizayn olan Yokosuka D4Y Suisei modelini təqdim etdilər, lakin bu yapon sənayesinin heç vaxt istehsal edə bilməyəcəyi bir dövrə təsadüf etmişdir. Digər tərəfdən, Amerika cəbhəsində, Douglas, performans baxımından D3A-ya bənzəyən SBD Dauntless təyyarəsini istehsal etmişdir, lakin daha sonra onları daha sürətli və daha kompleks olan Curtiss SB2C Helldiver ilə əvəz etdi. Hər ikisi də çox miqdarda istehsal edilmişdir.[5][6]

Ən məşhur Pike bombardman hücumlarından biri, 1942-ci ilin iyun ayında Midway döyüşündə Amerikan Danutlesslerin yaponların üç fərqli ön cəbhə aviadaşıyıcısına altı dəqiqəlik bir müddət ərzində vurduğu ölümcül zərbə idi.

Qəribədir ki, Pike bombardmançıları üçün qərar verməyən yeganə həlledici əsas qüvvə ingilislərdir. Kral Dəniz Qüvvələri bir neçə dəfə öz səbəblərini ortaya qoymağı planlaşdırsa da, heç vaxt aydın və dəqiq bir səbəb göstərə bilmədi, hətta bu mövzuda RAF ilə siyasi lağlağıya belə getdi. Yalnız hibrid pike bombardman və qırıcı təyyarəsi olan Blackburn Skua istehsal edildi, ancaq çox qısa müddətə və çox az miqdarda istifadə edildi.

Müharibədən sonra Pike bombardmançıları zenit artilleriyasının sürətli inkişafı səbəbindən tez itdi, çünki sürətli döyüş təyyarələri yavaş dalış sürətinə malik pike bombardmançılarına görə böyük üstünlüklərə sahib idi. Eyni zamanda, müxtəlif bombardman vizorlarına nəzarət keyfiyyətinin artması daha kiçik və hərəkət edən hədəfləri vurmağa imkan verdi və bunlar bütün təyyarələrə (xüsusilə qırıcı təyyarələrə) bərkidildi (yerüstü hədəflərə qarşı istifadə edilən hücum təyyarələri buna sübutdur). Bununla birlikdə, təyyarələr hələ də hədəflərinin üstündə “dalışa” çıxır və eyni təyyarə bir çox fərqli tapşırıqları üzərinə götürə bilirdi və beləliklə pike bombardmançısına artıq çox da ehtiyac qalmırdı.

Bu gün “ağıllı bombalar” ABŞ və bir çox Avropa ölkəsindəki bütün bombardman texnikalarını əvəz etmişdir. Bomba hədəfdən uzaq məsafələrdə və yüksəkliklərdə atılır və bununla da təyyarənin vurulma riski minimuma endirilir. Bomba daha sonra hədəfə doğru özünü idarə edir. Belə sistemlər öz daxillərində lazer işarə sistemləri, gövdədə GPS sistemləri, radar, infraqırmızı, televizor bələdçiliyi və ətalət külək səviyyəsinin nizamlayıcıları kimi bir çox fərqli sistemləri birləşdirir. Bombardman vizorları “atıcı bombardmanlarda” təyyarə öz bombasını buraxdıqdan sonra sürətlə daha hündürə dırmaşdığı zaman əksinə pike sortisindən istifadə edir. Səthi olaraq, idarə olunmayan polad və ya salxım bombalardan istifadə edərkən 45 dərəcə və daha az dərəcələrdə pike bombardmanından istifadə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Angelucci and Matricasrdi p. 142
  2. Casey p. 87
  3. Worth p. 170
  4. Parker, Dana T. Building Victory: Aircraft Manufacturing in the Los Angeles Area in World War II, pp. 28, 34, Cypress, California, 2013. ISBN 978-0-9897906-0-4.
  5. Parker, Dana T. Building Victory: Aircraft Manufacturing in the Los Angeles Area in World War II, pp. 25–28, Cypress, California, 2013. ISBN 978-0-9897906-0-4.
  6. Klein, Maury. A Call to Arms: Mobilizing America for World War II, p. 460, Bloomsbury Press, New York, New York, 2013. ISBN 978-1-59691-607-4.