Həsənov Şəmistan Hüseyn oğlu 13 yanvar 1934-cü il tarixində Qərbi AzərbaycanınBöyük Qarakilsə (Kirovakan) rayonunun Gözəldərə (Xancığaz) kəndində anadan olmuşdur. Bakı Dəniz Limanının keçmiş kapitanıdır. Kapitan vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışmış. 23.02.2020-ci il tarixində (86 yaşında) öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir.
SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 29 iyul 1966-cı il tarixli Qərarı ilə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 28 fevral 1986-cı il tarixli Qərarı ilə "Əmək Veteranı" medalı ilə təltif edilmişdir
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2014-cü il tarixli sərəncamı ilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[1]
"Donanmanın Fəxri İşçisi" döş nişanı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adı verilmişdir.[2][3][4][5]
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" Azərbaycan Respublikasının yubiley medalı təltif edilmişdir.[6]
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2018-ci il tarixli 223 nömrəli sərəncamı ilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.[7][8]