Berdi Kerbabayev

Berdi Kerbabayev (туркм. Berdy Myradowiç Kerbabaýew; 15 (27) mart 189423 iyul 1974[1], Aşqabad) — sovet türkmən yazıçısı[2], dramaturqu, Türkmənistan SSR xalq yazıçısı (1967), Türkmənistan SSR Elmlər Akademiyasının akademiki (1951), "Sosialist Əməyi Qəhrəmanı" (1969), iki "Stalin" mükafatı laureatı (1948, 1951)[3].

Berdi Kerbabayev
Doğum tarixi 15 (27) mart 1894
Vəfat tarixi 23 iyul 1974(1974-07-23)[1] (80 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı, şair
Fəaliyyət illəri 1923-cü ildən
Əsərlərinin dili türkmən dili
Janr roman
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Berdi Muradoviç Kerbabayev 1894-cü il martın 3-də Türküstan vilayətinin , indiki Türkmenistanın Əhal vilayətinə daxil olan Təcən qezasının Qovgözərən kəndində anadan olmuşdur. Uşaq ikən Amanşa-Kapan kəndində mollanın nəzdindəki məktəbdə oxuyub. O, Təcən və Kaahk şəhərlərində mədrəsələrdə, sonra Buxarada ərəbfars dillərini öyrənib. Vətəndaş müharibəsi başlayanda, 1918-ci ilin iyun ayından Əziz xanın basmaçı dəstəsində kargüzar idi. 1918-ci ilin sonunda bolşeviklərlə əlaqədə şübhəli bilinərək ağqvardiyaçılar tərəfindən həbs edildi, lakin səhraya qaçdı və orada uzaq köçərilərdə gizləndi[4]. 1919-cu ilin mayında Qızıl Ordunun Zakaspiysk cəbhəsində siyasi şöbəsinə daxil olur. 1919-cu ilin sonunda ordudan tərxis olundu, Təcənə qayıtdı, vilayət və volost xalq maarif şöbələrində təlimatçı işlədi, təhsil kursları açıb, özü dərs keçirdi. O, Təcən volostunun icraiyyə komitəsinin sədri olub, sonra "Türkmənistan şuraları" qəzetində işləyib. 1924-cü ildən Aşqabadda yaşamış, "Türkmənistan" qəzetinin şöbə müdiri vəzifəsində çalışmış, "Tokmak" satirik jurnalının redaktorları ilə əməkdaşlıq etmiş "Türkmən mədəniyyəti", "Gənc kommunist" və başqa qəzetlərdə yazıları çap olunmuşdur. 1924–1926-cı illərdə o, böyük türkmən şairi Maqtimqulunun şeirlərinin ilk nəşrini hazırlamışdır. Berdi Kerbabayev 1927-ci ildə Leninqrad Şərqşünaslıq İnstitutuna daxil olmuşdur, lakin Leninqradın iqlimi onun səhhətinə mənfi təsir etdiyi üçün bir ildən sonra ve Aşqabada dönərək "Tokmak" jurnalında ədəbiyyat şöbəsində müdiri olaraq işləməyə başlamıştır[5]. 1960-cı illərdə türkmən dilinə, 40-dan çox kitabı, o cümlədən A. S. PuşkininMusa Cəlilin şeirlərini, İ. A. Krılovun təmsillərini, L. N. Tolstoyun "Hacı Murad" və "Anna Karenina" əsərlərini, A. S. Qriboyedovun "Ağıldan bəla" dramını, M. Qorkinin "Ana", M. A. Şoloxovun "Oyanmış torpaq" romanlarını tərcümə etmiş. Həmçinin ömrünün son illərində yenidən lirik şeir janrına qayıdır. Berdi Kerbabayev ali təhsil ala bilməsə də, öz üzərində çalışmaqla, mütaliə yolu ilə savadını artıra bilmişdir.[6]Türkmənistan respublika qəzet və jurnallarında, eləcə də Türkmənistan SSR Dövlət Nəşriyyatında fəaliyyətini davam etdirmişdir. 1934–1936-cı illərdə Türkmənistan SSR Xalq Maarif Komissarlığında elm şöbəsinin müdiri vəzifəsində çalışıb. O, iki dəfə repressiyaya məruz qalıb, 1932–1933 və 1937–1938-ci illərdə əsassız ittihamlarla həbs edilib. Berdi Kerbabayev 23 iyul 1974-cü ildə Aşqabadda vəfat etmişdir[7].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Gəncliyindən türkmən klassik ədəbiyyatı; Nəvai, Füzuli, Nizami, türkmən xalq ədəbiyyatı kimi ustadların əsərlərini maraqla oxuyan müəllif ədəbi həyatına şeir yazmaqla başlayıb. 1923-cü ildə "Türkmənistan" qəzetində dərc olunan "İç Yenə-də İç Yenə" adlı ilk şeirinin ardınca "İstibdad Zamanda", "Köne Durmuşumuza İgenç", "Okasan", "Muğalım" kimi şeirlər yazıb. Müəllif 1920-ci illərdə yazdığı bu şeirlərində təhsil, qadın hüquqları, köhnə adət-ənənələr, din kimi mövzulardan bəhs etmiş, ictimaiyyəti yazıb-oxumağı öyrənməyə təşviq etmiş, gənc nəslin maarifləndirilməsini qarşısına məqsəd qoymuşdur. O, bu illərdə qələmə aldığı "Qızlar dünyası", "Adət Qurbanı", "Yaz Mövsümində bir gözəl", "Quru dodaqlar" adlı şeirlərində də qadın hüquqları məsələsinə diqqət yetirib[8]. Kerbabayev bu şeirlərdən başqa, "Aylar romanı", "Gizli Depede", "Amu derya", "Bahar tarlasında" kimi şeirlər də yazıb. 1926-cı ildə o, "Teryakeş və Təbib" adlı ilk pyesini yazır. İlk essehekayələr toplusu "Həqiqət" 1931-ci ildə nəşr olundu. Böyük Vətən Müharibəsi illərində "Qurban Durdi" povestini (1942, Sovet İttifaqı qəhrəmanı haqqında), "Aylar" poemasını (1943) yazmış, "Abadan" müasir mövzusunda ilk türkmən operasının librettosunu yaratmışdır (1941), "Vətən məhəbbəti" pyesi (1941), "Qardaşlar" (1943), "Kim sevir?" komediyası (1942) — sovet əsgərlərinin cəbhədə göstərdiyi şücaətlər və arxa cəbhədə türkmən kolxozçularının əməyi haqqında yazmışdır. Türkmən ədəbiyyatında "Məhtimqulu" povesti tarixi dramı böyük yer tutur[9]. 1930-cu ildə o, Oktyabr inqilabından əvvəl və vətəndaş müharibəsi illərində Türkmənistanın həyatının geniş mənzərəsini əks etdirən "Həlledici addım" adlı irimiqyaslı tarixi-inqilabi romanı üzərində işləməyə başladı. Romanın birinci hissəsi 1940-cı ildə, daha sonra ikinci və üçüncü hissələri nəşr olundu. İ. V. Stalinin ölümündən sonra yazıçı romanın yeni nəşrini hazırlamalı oldu. Roman nəhayət 1955-ci ildə nəşr olundu[10]. Yazıçı özü də bu romanı həyatının əsas əsəri hesab edirdi[11]. Romanın süjeti əsasında teatr üçün dram yazıb (1957), roman əsasında bədii filmin çəkilişində də iştirak edib (1965). Müharibədən sonrakı dövrdə o, daha iki dəfə Türkmənistan Yazıçılar İttifaqının idarə heyətinin sədri (1960–1962 və 1966–1971) seçilib, idarə heyətinin katibi, "Stalin" Mükafatı Komitəsinin üzvü, 1948-ci ildən Ümumittifaq Kommunist Partiyasının üzvü olub. Bu dövrün əsas əsərləri: kolxoz kəndi salınmasından bəhs edən "Ağ qızıllar diyarından Aysoltan" (1949), türkmən neftçilərinin həyatından bəhs edən "Nebitdağ" (1957) romanı, uşaqlar üçün şeir "Sehrli təpə" (1952), görkəmli türkmən inqilabçısı və dövlət xadimindən bəhs edən "Qayğısız Atabəy" (1964) romanı, Qaraqum kanalının tikintisindən bəhs edən "Bir damcı su qızıl dənəsidir" (1972) romanı, çoxlu sayda hekayə və esselərin müəllifidir[12]. O, sağlığında müasir türkmən ədəbiyyatının banisi sayılırdı[13]. Berdi Kerbabayev 1948, 1954-cü illərdə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. O, 1951-ci ildə Türkmənistan Elmlər Akademiyasının akademiki seçilmiş, 1967-ci ildə Türkmənistanın xalq yazıçısı fəxri adı verilmişdir. Ona 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.[6]

SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 mart 1969-cu il tarixli fərmanı ilə sovet ədəbiyyatının inkişafında müstəsna xidmətlərinə və səmərəli ictimai fəaliyyətinə görə Berdi Muradoviç Kerbabayev ordeni ilə təltif edilərək Sosialist Əməyi Qəhrəmanı adına, Lenin və "Oraq və Çəkic" qızıl medalına layiq görülmüşdür. Türkmənistan SSR Elmlər Akademiki (1951). Üç "Lenin" ordeni (28.01.1950; 28.10.1955; 14.03.1969), "Oktyabr İnqilabı" ordeni (18.03.1974), üç "Qırmızı əmək bayrağı" ordeni (13.12.1944; 14.02.1957; 28.03.1964), daha iki orden, medallar ilə təltif edilmişdir.. İki dəfə "Stalin" mükafatı laureatı (1948, 1951), Türkmənistan SSRİ-nin əməkdar incəsənət xadimi (1943), Türkmənistan SSR xalq yazıçısı (1967), Məhtimqulu adına Türkmənistan SSRİ Dövlət Mükafatı (1970). Aşqabadda İlham xiyabanında qəhrəmanın büstü qoyulub. 1970-ci illərdən Berdi Kerbabayevin ev muzeyi Aşqabadda fəaliyyət göstərib, müstəqil Türkmənistanın prezidenti S. Niyazovun dövründə bağlanıb, sonra dağıdılıb. Sonra adı B. M. Kerbabayevin Türkmənistanda adı praktiki olaraq çəkilməyib. S. Niyazovun vəfatından sonra yazıçının əsərləri çap olunmağa başladı, pyesləri yenidən türkmən teatrlarında tamaşaya qoyuldu[14].

Poemaları: "Qızlar dünyası", "Dayanma", "Yaz mövsümündə bir gözəl", "Quru dodaqlar", "Amu derya", "İki Müqayisə","Aylar". Hekayə və oçerklər: "Müdür", "Adət deyilmi?", "Aslan", "Aşqabad", "Həqiqət", "Komissar Geldiyev", "Mollamurt", "İki məktəb". Povestlər: "Qarşıdakı kürəkən", "Bayramdır", "Mübahisə yoxdur", "Nəhayət", "Aysoltan". Romanlar: "Həlledici addım", "Qayğısız Atabəy", "Nebitdağ", "Bir damcı su, bir qızıl dənəsi", "Ötən günlər". Pyeslər: "Bunu götürəcəm", "Azad Hemra", "Qardaşlar", "Məhtumqulu".

  1. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. Cumayev, K. “Berdi Kerbabayev” (türk). Ankara: Ankara: Kültür Bakanlığı Yayınları. 1998. 72–86.
  3. От Ашхабада до Берлина. "От Ашхабада до Берлина". Дата обращения: 30 сентября 2015. Архивировано 1 октября 2015 года.[ölü keçid]
  4. Прохоров, А. М. Кербабаев Берды Мурадович / Каррыев К. М. // Большая советская энциклопедия (rus). Москва: Советская энциклопедия. 1969—1978.
  5. Memmedov, A. "Berdi Kerbabayev", Türk Dünyası Edebiyyatçıları Ansiklopedisi (türk). Ankara: Atatürk Kültür Merkezi Yayınları. 2004. 451–452.
  6. 1 2 Pənah Xəlilov. SSRİ xalqları ədəbiyyatı (II hissə). Bakı, 1977. (az.)
  7. Yusupov, Yusupova, N. C. Türkmen Dili ve Edebiyatı (türk). Aşqabad: Dessur Kiçi Kerhanası. 1992.
  8. Durdıyev, Kakacan, Beğmırat Veyisov. Türk Dünyası Edebiyyatı II (türk). Ankara: Tika Yayınları. 2002.
  9. Sarıkaya, Yakup. Berdi Kerbabayevin Ayğıtılı Edim Romanı (İnceleme- Metin- Sözlük) (türk). Ankara: Gazi Universitesi. 2003.
  10. Афонников Г., Г. Гуманизм. Б. Кербабаева : (По романам о рабочем классе) (rus). Ашхабад. 1976. 39 с. — 500 экз.
  11. Sarıkaya, Yakup. Kararlı adım Tarihi Türkmen Romanı (türk). Konya: Çizgi Kitapevi. 2009.
  12. Ашыров, Г. Проблема интернационализма в романах Берды Кербабаева : Автореф. дис. … канд. филол. наук (rus). Ашхабад. 1978. 26.
  13. Кербабаева, А. «Жизнь — как дом: фундамент её надо закладывать глубоко и прочно!» (rus). Великороссъ : литературно-исторический журнал. 2012. 120–136. ISBN 2227-4413.
  14. Каррыев, К. М. Кербабаев, Берды//Краткая литературная энциклопедия (rus). 1966.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]