Şərəf Taşlıova (d. 10 aprel 1938, Ərdahan – ö. 20 sentyabr 2014, Türkiyə) — Türkiyə aşığı.[1]
Şərəf Taşlıova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərdəhan, Türkiyə |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Ankara, Türkiyə |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Aşıq |
Musiqi aləti | Saz |
Aşıq Şərəf Taşlıova 10 aprel 1938-ci ildə Ərdahanın Çıldır ilçəsinin Gülyüzü kəndində doğulmuşdur.[2] Kiçik yaşlarda atası vəfat etmişdir[3]. Atasını adı Hacı bəy, anasının adı isə Nərgiz xanımdır[4].
10 yaşı olanda Aşıq Şenniyin oğlu Aşıq Qasım onu toyda görmüş, səsini bəyənmiş və beləcə o aşıqlığa başlamışdır[5].
13 sentyabr 2014-cü ildə xəstələnmiş və 20 sentyabr 2014-cü il axşam saat 21:30-da Dışkapı Hastanesində vəfat etmişdir[6].
Qarsda İnönü Prospekti üzərindəki "Aşıklıq heykəlləri"ndə heykəli ucaldılmışdır[7]
Şərəf Taşlıova Türkiyənin məşhur aşığı olmaqla, YUNESCO-nun "Canlı insan xəzinəsi" titulunu qazanmış bir aşıqdır[5].
44 il Konya aşıqlar bayramına qatılmışdır. Konya aşıqlar bayramı Türkiyədə çox geniş yayılıb və çox da böyük faydası olur. 20 ildir ki, Uluslararası İstanbul festivalında iştirak edir. Pakistanda Azərbaycan səfirliyində bir proqramla da çıxış etmişdir[5].
1992-ci ildə Konya Aşıqlar bayramına hazırlıq görülərkən onun məsləhəti ilə böyük Konya aşıqlar bayramına Azərbaycandan da Azərbaycan Aşıqlar Birliyinin sədri Hüseyn Arif, Aydın Çobanoğlu, Aşıq Mahmud Məmmədov və Aşıq Hacı Göyçəli də Türkiyədə olmuşdur[5].