Şərafəddin Kılıç

Şərafəddin Kılıç (1959, Aydın ili) — auditor, mühasib və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Şərafəddin Kılıç
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023Antalya
Şəxsi məlumatlar
Doğum tarixi 1959
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili

Şərafəddin Kılıç 1959-cu ildə Aydın ilində anadan olub. Egey Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub.[1]

Uzun illər müstəqil auditor və mühasib olaraq çalıb.[1]

Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Rifah Partiyasında Konağ ilçə şöbəsinin sədri, Fəzilət Partiyasında isə İzmir il şöbəsinin sədri vəzifəsində çalışıb. Səadət Partiyasının qurucu İdarə Heyətinin üzvü olub. Bir müddət Səadət Partiyasında İzmir il şöbəsinin sədri olub. Hazırda Səadət Partiyası İdarə Heyətinin üzvüdür.[1]

2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

İngiliscəərəbcə bilir. Evli və 4 uşaq atasıdır.[1]

  1. 1 2 3 4 5 6 TBMM. "Şerafettin KILIÇ". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.