Şərq xardal yarpaqyeyəni

Şərq xardal yarpaqyeyəni (lat. Phyllotreta nigripes) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ.

Şərq xardal yarpaqyeyəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Şərq xardal yarpaqyeyəni
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Bu həşəratın üst qanadları qabarıq şəkildə, başı, qabaq kürəyi və üst qanadları göy və ya yaşıl, ayaqlarıbığcıqları isə sarı rəngli olur.

Böcəklərin qışlaması tarla və bostanların kənarındakı bitki qalıqlarının altında başa çatır. Onlar yazda adətən martın sonunda görünürlər. İlk dövrdə müxtəlif kələmkimiləralaq otları ilə qidalanırlar, daha sonra kələm, turp, xardal, şalğam və s. bitkilərə zərər vururlar.

Qidalandıqdan sonra onlarda cütləşmə və yumurtaqoyma prosesi başlayır. Aran rayonlarında kütləvi cütləşmə aprelin sonu, yumurtaqoyma isə may və iyunun başlanğıcında müşahidə edilir. Dişilər yumurtaları çox vaxt səthə yaxın qatlarında olan bitki gövdələrinin əsasına, bəzən isə yarpaqların alt tərəfinə qoyurlar. Yumurtalar topa halında 10-15 ədəd olur. Yumurtanın inkişafı 5 günə qədər vaxt tələb edir. Sürfələr kələmkimilərin yarpaqları ilə qidalanır və iki həftə müddətində inkişaf edirlər. Onlar bəzən yarpaqlar üzərində qrup halında yaşayırlar. Pupun inkişafı 7-8 gün davam edir. Beləliklə həmin zərərvericinin inkişaf tsikli yazda 1 aya qədər davam edir. Iyunun sonunda və ya iyulun əvvəllərində isə, yeni nəslin cavan böcəkləri əmələ gəlir. Nəinki yarpaqları, həm də mədəni kələmkimilərin çiçəklərini də zədələyirlər. Sürfələrin əmələ gətirdiyi zədələnmələr daha təhlükəlidir.

Abşeron, Lənkəran, Quba və Xaçmaz rayonlarında daha geniş yayılmışdır.