Şərqdə neft və qan (roman)

Şərqdə neft və qanMəhəmməd Əsəd bəy tərəfindən 1929-cu ildə almanca yazılan avtobioqrafiya məzmunlu tarixi-publisistik roman.

Şərqdə neft və qan
Öl und Blut im Orient
Romanın 2015-ci il azərbaycanca nəşrinin üz qabığı
Romanın 2015-ci il azərbaycanca nəşrinin üz qabığı
Müəllif Məhəmməd Əsəd bəy
Orijinalın dili Almanca
Ölkələr Almaniya Almaniya
Orijinalın nəşr ili 1929
Tərcüməçi Çərkəz Qurbanlı
Nəşriyyat Nurlan nəşriyyatı (2005)
Bakı Kitab Klubu (2015)
Səhifə 313 (2005)
304 (2015)
Tiraj 100
Sonrakı Qafqazın on iki sirri
ISBN ISBN 978-9952-420-06-3 (2005)
ISBN 978-9952-8210-1-7 (2015)

Əsər Rusiya imperiyasının dağılışını, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılışı və Bolşeviklər tərəfindən ələ keçirilməsini neft maqnatının yeniyetmə oğlunun gözündən oxuculara çatdırır.

Əsərin ilk hissələrində Azərbaycan hələ Rusiya imperiyasının tərkibindədir. Yazıçı neftin Bakını və mərkəzin Bakıya olan münasibətini necə dəyişdirməsindən, Bakıda xaricilərin tələblərinə cavab verə bilmək üçün teatr, kafe, çimərgə, klub və parkların salınmasından söz açır.

Anası ilə atasının necə tanış olmasından bəhs edir.

O, neft işçilərinin ağır vəziyyətindən, onların həyatının necə ucuz tutulmasından aşağıdakı cümlələrlə söz açır:

" Ən çətini, məsələn, neft quyularından tez-tez dartılıb-çıxarılan cəsədi tanımamaq, yaxud onu buruq sahibinin arzusunca tanımaq idi. Neft qaynaqlarındakı cəsədlərlə xüsusi davranış tələb olunurdu. Gündə bir neçə dəfə fəhlələrdən kimsə adi vedrənin içində oturub quyuya enməli olurdu ki, bunun da doxsan faizi ölüm demək idi. Çox vaxt vedrəni qazda boğulub neftə quylanmış fəhləsiz çıxarırdılar. Cəsəd yalnız bir neçə həftə sonra tapılırdı, əksərən isə heç tapılmırdı." "

Fəhlələr, əsasən Azərbaycanlı, Dağıstanlı, FarsRuslardan təşkil olunsa da, sonuncular işçi qüvvəsi kimi yararlı hesab olunmayıb. Kommunist düşüncələrin Rus işçilər arasında daha geniş yayılması qeyd olunur. Dağıstanlıların isə Bakıya gəlməkdə əsas məqsədləri Azərbaycan dilini öyrənmək olub. Onlarla yerli dilə yiyələnmiş Dağıstanda Azərbaycan dili öz asanlığına görə millətlərarası əlaqə dili hesab olunub. Yazıçı neft işçilərinin ağır iş şəraitini katorqa məhbuslarınınkı ilə müqayisə edir və neft işçilərinin daha ağır vəziyyətdə olduğu qənaətinə gəlir. Gənc kommunist Stalinin "Bakı fəhləsi" qəzetini neft mədənlərinin yaxınlığındakı xoralılar, oğru və səfillərin özünə məskən bildiyi qəsəbədə nəşr etməsindən söz açılır. Neft mədənlərində tətillərin aparıcı qüvvəsi kimi Ruslar göstərilir.

Hindistan atəşpərəstlərinin Suraxanıdakı məbədə baş çəkməsi və bu məbədin tarixi barədə də məlumat verir.

Əsərdə neft maqnatlarının da asılı olduğu bir qrupdan — qoçulardan geniş bəhs olunur. Zəngin neft maqnatlarının dəyib-dolaşmasın deyə qoçulara və yeni-yeni qoçuluğa başlamış keçmiş bəylərə xərac ödəmək məcburiyyətində qalmasından, əsasən, bu adamlar arasında Ağa Musa Nağıyevdən söz açılır.

Etnik qruplar haqda da məlumat verən yazıçı,onlar arasında Yasailər, Yəhudilər, Osetinlər və digər Qafqaz xalqlarından söz açır.

Xoralıların qiyamı və Yasailər yazıçıdan başqa heç kimin qələmə almadığı, doğruluğu şübhə altında olan mövzulardır.

Nəşr və tərcümə

[redaktə | mənbəni redaktə et]

Roman ilk dəfə 1929-cu ildə almanca nəşr olunmuşdur.

Əsər daha sonra Çərkəz Qurbanlı tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və Bakıda 2005-ci ildə Nurlan nəşriyyatında 313 səhifədə, 2015-ci ildə isə Bakı Kitab Klubu nəşriyyatı tərəfindən 304 səhifədə nəşr olunmuşdur.[1]

  1. "Şərqdə neft və qan" (az.)). kitabklubu.org. 2017-09-01. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]