Şərqi Azərbaycan zəlzələləri (2012)

2012-ci il Şərqi Azərbaycan zəlzələləri[2]İranın şimal-qərb bölgəsində, Şərqi Azərbaycan ostanında 11 avqust tarixində, yerli vaxt ilə saat 16:53 radələrində baş vermiş 6,4 ballı (Əhərdə)[3] və 6.3[4] ballı (Vərziqanda)və saat 17:08 üz verən zəlzələdir. Zəlzələ 9,9 kilometr dərinliyində baş vermişdi. Episentri Əhər, VərziqanHeris şəhərləri idi. bu zəlzələnin əsəri batı Azərbaycan , Ərdəbil və Zəncan əyalətlərindədə hiss edilmişdir[5]

Şərqi Azərbaycanda zəlzələlər
Tarix
Maqnituda 6,4 bal[1]
Hiposentrin dərinliyi 9,9 km
Episentrin yeri
  • 38°19′19″ şm. e. 46°52′48″ ş. u.HGYO
Xəritədə yeri
Şərqi Azərbaycanda zəlzələlər xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılmış Mirzəli Kəndi.
Şərqi Azərbaycan zəlzələlərinin Şiddəti.
Birinci zəlzələ.
Ikinci zəlzələ.
üçünçü (səhər 5) zəlzələsi.

Hətta bu zəlzələ Azərbaycan Cumhuriyyətinin baş şəhəri " BAKI" dada bilinmişdir[6]

Zəlzələ nəticəsində 60 kəndin 60–80% infrastrukturuna zərər yetirilmiş, daha 6 kənd yer üzündən tamamilə silinmişdi.[7] 227 nəfər ölmüş, 1380 nəfərdən artıq insan yaralanmışdı.[8] Xilasedici qruplar ilk növbədə Təbriz və Əhərə göndərilmişdi. Vərziqan və Əhərdə 200 nəfər insan uçuq binaların altından xilas edilmişdi.[9] Təbrizdə enerji çatışmazlığı müşahidə olunurdu; nəqliyyatın hərəkəti pozulmuş, yollarda tıxaclar yaranmışdı. İnsan itkisi olmayıb, lakin bir necə bina zəlzələ nəticəsində zədəyə uğramışdır.[10]

Zəlzələ Ermənistan və Azərbaycanda hiss olunsa da, burada heç bir maddi zərər və ya insan itkisi müşahidə olunmamişdır.[11]. Azərbaycan zəlzələsilə bağlı iran yetkililəri düzgün bilgi verməmişlər İranın " Böhran Durumu müdirlüyü" (رئيس سازمان مديريت بحران)bu zəlzələdə ölənlərin sayını 253 nəfər , Səhiiyə Nazirlyii isə onu 306 nəfər elan etmişdir[12] başqa tərəfdən isə " Qızılaypara" cəmiiyəti, bu zəlzələdə ölənlərə 16 min yas mərasiminin qurulmasından xəbər vermişdir[13] . bu zəlzələdə ən çöx zərər verən " BACABAC" , "GÜRDƏRƏ" və "DİBNU" kəndləri və VƏRZİQAN şəhəri olmuşdur.[14] . Zəlzələdən üç gün sonra Qızılaypara məmurları bir qadını torpaq altından diri çıxarmışlar , bu bir haldadır ki bir gün zəlzələdən sonra İran yetkililəri elan etmişlər ki, avar (inkaz) götürmə tamamiylə bitmişdir və avar altında qalanlar bütünlüklə dışarı çıxarılmışdır.[15]

Xarici aksiyalar

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Prezident İlham Əliyevin tapşırığıyla İrana 25 yük maşınında 40 ton un, 460 çadır və 1000 ədəd yataq dəsti göndərdi.[16][17] Həmçinin İlham Əliyev Azərbaycan Respublikasının prezidenti İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada başsağlığı verib. Başsağlığında deyilir:

"Ölkənizin şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"[18]

  • Yaponiya İrandaki Yaponiya səfiri Kinichi Komano, zəlzələ qurbanları ilə onun dövlət həmdərdliyin ifadə etdi və humanitar yardım təmin etmək üçün Yaponiya hazırlığın elan etdi.[19]
  • Pakistan Pakistan Prezidenti Asif Əli Zərdari və baş naziri Raja Pərviz Əşrəf ayrıca başsağlığı bildirib və İran hökuməti və xalqına yardım etmək istədiklərin bildiriblər.[20]
  1. https://web.archive.org/web/20120813181511/http://earthquake.usgs.gov/earthquakes/recenteqsww/Quakes/usb000bupa.php.
  2. "Bbc.co.uk. "İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən şəkillər"". 2014-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-14.
  3. "Magnitude 6.4 - NORTHWESTERN IRAN". 2012-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-13.
  4. "Arxivlənmiş surət". 2015-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-13.
  5. "Arxivlənmiş surət". 2013-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-06.
  6. "Arxivlənmiş surət". 2013-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-06.
  7. RT. "153 dead and 600 injured after two quakes strike Iran - State news agency". Russia Today. August 11, 2012. August 12, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2012.
  8. "بازسازی مناطق زلزله‌زده از فردا / آمار نهایی قربانیان حادثه". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-13.
  9. "Iran earthquakes kill 153 people". The News - Pakistan. August 11, 2012. February 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2012.
  10. Shirzad Bozorgmehr. "Death toll rises in Iran earthquakes". CNN. August 11, 2012. August 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2012.
  11. RFE/RL. "Iranian Official Says 150 Dead In Earthquake". Azadlıq radiosu. August 11, 2012. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2012.
  12. "Arxivlənmiş surət". 2013-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-06.
  13. "Arxivlənmiş surət". 2013-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-06.
  14. "Arxivlənmiş surət". 2013-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-06.
  15. "Arxivlənmiş surət". 2013-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-06.
  16. "Azerbaijan Sends Humanitarian Aid to Iran". İstifadə tarixi: 13 August 2012.[ölü keçid]
  17. Azərbaycan İrana humanitar yardım göndərdi [ölü keçid]
  18. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejada 12 avqust 2012-ci il tarixli başsağlığı. president.az". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-13.
  19. Japan expresses sympathy with quake survivors [ölü keçid]
  20. "Pakistan offers quake help to Iran". Pak Today. 3 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 August 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]