Şahbaz Şamıoğlu

Şahbaz Şamı oğlu Musayev (20 aprel 1961, Qızılkilsə, Dmanisi rayonu) — Azərbaycan ədəbiyyatşünası, filoloq, jurnalist; AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinin aparıcı elmi işçisi; Bakı Slavyan Universitetinin "Jurnalistika nəzəriyyəsi və təcrübəsi" kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru; Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Şahbaz Şamıoğlu
Şahbaz Şamı oğlu Musayev
Doğum tarixi 20 aprel 1961(1961-04-20) (62 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Elm sahəsi filoloq
Elmi dərəcəsi filologiya üzrə fəlsəfə doktoru
İş yerləri
Üzvlüyü

Həyatı[redaktə | mənbəni redaktə et]

Şahbaz Musayev 20 aprel 1961-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunun Qızılkilsə kəndində ziyalı ailəsində doğulub. Atası orta məktəbdə kimya-biologiya müəllimi, anası laborant olub. 1979-cu ildə Dmanisi rayonu, Qızılkilsə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1983-1990-cı illərdə Qusar rayonunun Yuxarı Zeyxur kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1990-cı ildən Təhsil Nazirliyinin "Ana sözü" jurnalında, "Yurddaş", "Baku Tayms", "Azərbaycan gəncləri", Azərbaycan-Türk Agentliyi, "Hər gün", "Xəzər" qəzetlərində müxbir, redaktor, baş redaktor vəzifələrində çalışıb. Jurnalistika ilə yanaşı elmi fəaliyyətini davam etdirib. AMEA Milli Münasibətlər İnstitutunda (1999-2002) çalışıb. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda işləyir, elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinə qədər yüksəlib. Filologiya üzrə fəlsəfə doktorudur. "M.F.Axundzadənin yeni tipli ədəbiyyat yaradıcılığında mühiti və müasirləri ilə münasibətlərinin rolu" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. 5 monoqrafiyanın, ədəbiyyatşünaslıq, ədəbi əlaqələr, dilçilik, beynəlxalq münasibətlər və jurnalistikaya dair 40-a yaxın elmi, onlarla publisistik məqalənin müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Şahbaz Musayev pedaqoji fəaliyyətini Bakı Slavyan Universitetinin "Jurnalistika nəzəriyyəsi və təcrübəsi" kafedrasının dosenti kimi davam etdirir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Borçalıda etnik proseslər və millətlərarası münasibətlər (XIX-XX əsrlər) (monoqrafiya). Bakı: Azərbaycan, 1997.
  • Borçalıda ədəbiyyat və ədəbi-mədəni həyat (monoqrafiya). Bakı: Gənclik, 2002.
  • "Qızıl dövr"dən sonrakı ədəbiyyat (monoqrafiya). Bakı: Elm və Təhsil, 2009.
  • Gürcüstanda türk yaşayış məntəqələri (monoqrafiya). Bakı: Mütərcim, 2011.
  • Mirzə Fətəli Axundzadənin gürcü müasirləri (monoqrafiya). Bakı: Mütərcim, 2012.
  • Borçalı türk əxlaqı və mədəniyyətinin beşiyidir. Qaytarılan köç karvanı (məqalələr toplusu). Bakı: Azərbaycan Kitab Palatası, 1998, s.7-11.
  • Gürcü mətbuatı Ermənistanın ərazi xülyaları haqqında. Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Ali məktəblərarası tematik məcmuə, 2000, № 3, s.311-313
  • Çağdaş erməni-gürcü münasibətləri. Xəzər Universiteti. "Xəzər Xəbər" jurnalı, 2000, № 88, s.14-15.
  • Bir dərsliyin xətaları. Yaxud "Gürcüstan coğrafiyası" şagirdlərə nə öyrədir? Xəzər Universiteti. "Xəzər Xəbər" jurnalı, 2000, № 95, s.24-25
  • Gürcü tarixi və mədəniyyəti erməni hədəfində. Xəzər Universiteti. "Xəzər Xəbər" jurnalı, 2000, № 93-94, s.26-27.
  • Milli mətbuatımızın tarixi üfüqlərinə bir nəzər. R.Məmmədovun "Gürcüstanda Azərbaycan mətbutaı və ədəbi mühit" monoqrafiyasına ön söz. Xəzər Universiteti. Bakı: 2000, s.5-11.
  • Rus şairi, gürcü yazıçısı, bir də Borçalı qaçağı... "Ədəbiyyat qəzeti", 18 may 2001, № 19.
  • Söhrab Tahir — paralanmış vətənin bütövlük simvolu. "75 yaşın pillələri" kitabında. Bakı: Qartal, 2001, s.249-255
  • Anadoluda Borçalı mühacirət ədəbiyyatı. Xəzər Universiteti. "Xəzər Xəbər" jurnalı, 01.04.2002, № 123; 15.04.2002, № 124, s.18-19.
  • Gürcü mühacirət mətbuatı Azərbaycan haqqında. "Elturan" junalı, 2002-2003, № 1-2 (20-21), № 1-2 (22-23), s.77-79.
  • Borçalıda gürcü-azərbaycanlı münasibətləri. Qərb Universiteti. Yeni Geostrateji Münasibətlərdə Cənubi Qafqaz Regionunun Yeri. Beynəlxalq elmi konfransın işçi materialları. Bakı: 22-23 may, 2003, s.67-69.
  • Ədəbi əlaqələrin inkişafında bədii tərcümənin rolu (gürcü ədəbiyyatından tərcümələr əsasında). AMEA Nizami adına Ədəbiyyat İnstitutu, "Ədəbi əlaqələr" (I) toplusu, 2004, s. 32-35.
  • Azərbaycan dilində yazan gürcü el şairlərinin yaradıcılığının formalaşmasında Borçalı ədəbi mühitinin rolu. «Dil və ədəbiyyat», Beynəlxalq elmi-nəzəri jurnal, B., 2005, № 2 (44), s. 81-82
  • Borçalının «Molla Nəsrəddin»çi şairi – Həsən Məcruh. Azərbaycan Dillər Universiteti. Elmi xəbərlər, 2005, № 2, s. 138-141
  • Qürbətin ədəbiyyatı – ədəbiyyatın qürbəti (Şair Q.R.Təbrizinin yaradıcılığı ilə bağlı V.Sultanlının «Ömrun nicat sahili» əsəri haqqında mülahizələr) resenziya AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Ədəbi əlaqələr (II) toplusu, 2006, s. 39-44
  • Gürcüstan mətbuatında Azərbaycan ədəbiyyatı məsələsi. (Tədqiqatçı Gültəkin Ağacanqızının mövzu ilə bağlı qiymətli monoqrafiyası işıq üzü görüb) resenziya «Xəzər» qəzeti, 3 mart 2007, № 8, 0,1 ç.v.
  • Əliqılınclı Homer. Koroğlu – sərhədlərə sığışmayan qəhrəman və aşıq. «Qarapapaqlar» jurnalı, Tbilisi, 2007, № 5, s. 35-38
  • Borçalı türkləri tarixin səhifələrində. «Qarapapaqlar» jurnalı, Tbilisi, 2007, s.11-14
  • «Bizə dəmir biləkli, tunc ürəkli türk derlər..» (Feyzulla Sacidin yaradıcılığına bir töhfə). «Xəzər» qəzeti, 27 sentyabr 2008, № 37, 0,3 ç.v. (Paşa Əlioğlu – həmmüəllif)
  • Mirzə Fətəli Axundzadənin yeddinci komediyası olubmu? AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Ədəbi əlaqələr (III) toplusu, 2008, s.35-44
  • Nigar Rəfibəylinin ilk mətbu şeiri. AMEA, «Elm» qəzeti, 29 aprel 2009, №13-14, 0,1 ç.v.
  • Ə.Haqverdiyevin bioqrafiyası. Suallarla dolu 1916-1919-cu illər. Bakı: Qızlar Universiteti, Elmi əsərlər, 2010, № 1 (7), s. 80-94
  • Mixeil Cavaxişvili yaradıcılığında Borçalı mövzusu. AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Ədəbi əlaqələr (IV) toplusu, 2010, s. 56-67
  • Abay Dağlının möhtəşəm dönüşü Nikpur Cabbarlının «Abay Dağlının mühacirət dövrü yaradıcılığı» monoqrafiyasına dair. AMEA, Xəbərlər, Humanitar elmlər seriyası, 2010, № 2, s. 88-92
  • Uzaq aydın üfüqlərə doğru (Borçalı ədəbi mühitinin nəsr qolu ilə bağlı düşüncələr). «Qarapapaqlar» jurnalı, Tbilisi, 2010, № 11, s. 30-36
  • Rəsul Rzaya bir dəstə çiçək. Rəşid Faxralının «Tonqal yerində çiçək» poeması üzərində düşüncələr. «525-ci qəzet», 16 mart 2011, 0,1 ç.v.
  • M.F.Axundzadə və A.Bestujev-Marlinskinin yaradıcılıq əlaqələrinə yeni baxış. AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Ədəbi əlaqələr (V) toplusu, 2011, s. 49-64
  • M.F.Axundzadə yaradıcılığında fikir və söz azadlığı problemi. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri, 2011, №10, s. 311-319
  • Akademik Bəkir Nəbiyev və ədəbi əlaqələrin öyrənilməsi məsələsi (Prof. Vaqif Arzumanlının “Dəyərli ustad” monoqrafiyasına dair). Qarapapaqlar” jurnalı, Tbilisi, 2011, №10 (52), s. 48-50
  • “Kavkaz” qəzetində imzasız bir yazı. AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Ədəbi əlaqələr (VI) toplusu, 2012, s. 53-62
  • Gəlimli-gedimli dünyanın ölməz Adamına mənəvi abidə. Qobustan toplusu, 012, № 3, s. 65-68
  • "Qurana and içirəm ki, ..." M.F.Axundzadənin bir məktubunda iki maraqlı məqam. “Azərbaycan” jurnalı, № 6, 2013, s. 176-179
  • M.F.Axundzadə yaradıcılığında Avropaya inteqrasiya məsələsi. AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Ədəbi əlaqələr (VII) toplusu, 2013, s. 41-50
  • M.F.Axundzadə və Q.Orbelianinin yaradıcılıq əlaqələri və yaxud bir daha ədəbiyyatımızın aldadılmış ulduzunun faciəsi haqqında. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri, 2013, №8, s. 348-357

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]