Yuxarı Zeyxur

Yuxarı ZeyxurAzərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Qusar rayonunun Yuxarı Zeyxur kəndi Həzrə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Zeyxur kənd Soveti yaradılmışdır.[1]

Yuxarı Zeyxur
41°34′06″ şm. e. 48°22′59″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1790
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.020 nəf.
Rəsmi dili
Xəritəni göstər/gizlə
Yuxarı Zeyxur xəritədə
Yuxarı Zeyxur
Yuxarı Zeyxur

Oykonimin əsasını Zeyxur komponenti təşkil edir. Yerli əhali arasında Qala adlanan xarabalıq (Samurçayın çökəkliyində) keçmiş Zeyxur kəndinin qalıqları sayılır. Zeyxur sözü ləzgi dilindəki tsey (yeni) və xur (kənd) komponentlərindən ibarət olub, "yeni kənd" mənasındadır. Yuxarı sözü kəndin adına onu eyniadlı digər yaşayış məntəqəsindən (Zeyxur) fərqləndirmək və kəndin yerləşdiyi coğrafi mövqeyi bildirmək məqsədilə artırılmışdır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qusar maili düzənliyində yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1020 nəfər əhali yaşayır.[3]

  1. "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 August 2022.
  2. Yuxarı Zeyxur // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]