Şahdağ FK

Şahdağ Qusar Futbol Klubu 1950-ci ildə yaranan, Azərbaycan ikinci liqasında çıxış edən, Qusar rayonunu təmsil edən peşəkar futbol klubu.

Şahdağ Qusar FK
Loqonun şəkli
Klubun tam adı Şahdağ Qusar Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan
Rəng(lər) 🔵 göy ⚪️ ağ
Yaranma tarixi 1950
Stadionu Şövkət Orduxanov adına stadion
Prezidenti Azərbaycan Elçin Cananov
Baş məşqçisi Azərbaycan Elnur Abdullayev
Liqa Azərbaycan İkinci Liqası

Şahdağ Qusar Futbol Klubu 1950-ci ildə Qusar şəhərində yaranmışdır. SSRİ dönəmində aşağı dəstələrdə çıxış etmişdir. Bir neçə dəfə ad dəyişikliyinə getmişdir. Əvvəllər "Şahdağ Qusar FK" adını daşıyan klub daha sonralar ad dəyişikliyinə gedərək "Şahdağ Samur" adı altında fəaliyyətinə davam edir. Daha sonra yenidən ad dəyişikliyi etmək qərarına gələn klub, adını dəyişərək "Şahdağ" qoyur. Azərbaycan müstəqillik qazanandan sonra uzun müddət Azərbaycan çempionatlarında oynamışdır. 15-ci Azərbaycan çempionatında 13-cü yer tutaraq aşağı dəstəyə düşmüşdür.

2017-ci ildə maliyyə problemlərinə görə çempionatlarda fəaliyyətini dayandırmışdır. Lakin 2017-2020-ci illər ərzində AFFA region liqasında fəaliyyətini davam etdirmişdir.

2020-ci ildə region liqasında da fəaliyyətini dayandıraraq yalnız uşaq futbol akademiyasındakı çıxışı ilə kifayətlənmişdir. 2020-ci ildə isə, klubun dağıdılması xəbərləri böyük gündəm oldu. Belə ki, klubun əksər aparıcı üzvlərinin klubdan qovulması ilə bağlı xəbərlər yayılırdı. Klub rəsmiləri bunun yalan olduğu ilə bağlı açıqlamalar veriblər.[1]

2023-cü ildən AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, uzun müddət sonra peşəkar klub olaraq yenidən öz fəaliyyətini bərpa etmişdir.[2] Azərbaycan II liqasında iştirak edir. Həmçinin u-13 və u-11 uşaq komandaları şimal zonası üzrə çempionatlarda çıxış edir. Şahdağ Qusar Futbol Klubu sahibi olduğu Şövkət Orduxanov adına stadion təmirə bağlandığı üçün hazırda ev oyunlarını Şamaxı Olimpiya İdman Kompleksinin futbol stadionunda keçirir.[3][4]

Klubun Qusarın üç kəndində — Bədişqala, QuxurobaŞirvanovkada müxtəlif yaş qrupları üzrə bölmələri fəaliyyət göstərir[5].

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində

[redaktə | mənbəni redaktə et]

2010-cu il noyabrın 26-da açıqlanan klublarının 21-ci əsr üçün reytinqində ilk onilliyi 76 xal ilə Azərbaycan klubları arasında 12-ci, dünyada isə 845-ci pillədə başa vurmuşdur[6].

Loqoların anlamı

[redaktə | mənbəni redaktə et]
Loqolar
Şahdağın ilk loqosu
Şahdağ klubunun dörtbucaqlı loqosu
Şahdağ Samur klubunun loqosu
Şahdağ klubunun loqosu
Şahdağ klubunun hazırkı loqosu

Klubun ilk dönəmlər istifadə etdiyi loqo 5 bucaqlı şəklindədir. Mavi rəngdə olan loqonun üstündə üzü aşağı doğru baxan üçbucaq təsvir olunmuşdur. Üst tərəfində futbol topu təsvir edilən loqonun orta hissəsindən alta doğru baxdıqda klubun adını, təmsil etdiyi bölgəni və yaranma tarixini görmək mümkündür.

Daha sonra loqo dəyişikliyinə gedən klubun yeni loqosu dördbucaqlı şəklindədir. Loqonun üst hissəsində klubun və təmsil etdiyi şəhərin adı, həmçinin alt hissəsində "Futbol Klubu" ifadəsi yer alır. Orta hissəsində isə, sarı rəngli dağ, dağın üstündə sarı rəngli qartal təsvir olunmuşdur ki, bu da klubun ləqəbini formalaşdırdı. Qartalın belində isə, qalxana bənzər dairə mövcuddur.

Klub "Şahdağ Samur" adını aldıqdan sonra yenə də loqo dəyişikliyinə getdi. Yeni loqo dairə formasında, ənənəvi rəngə çevrilən mavi rəngdə idi. Üst tərəfində klubun yeni adı, alt tərəfində isə təmsil etdiyi şəhərin adı yazılmışdır. Orta tərəfi isə biraz daha açıq mavi rəngdə idi. Ortada yer alan başqa bir dördbucaqlının içində isə klubun yeni adının baş hərfləri yer alırdı: "ŞS". Dördbucaqlının üstündə futbol klubu anlamını verən "FK" sözü, alt tərəfində isə yeni klubun yaranma tarixi olan 2003 ili yazılmışdır.

Klub tarixən "Şahdağ Samur" adını yenidən dəyişərək "Şahdağ" adını almışdır. Bununla belə loqosunda bu dəfə böyük dəyişikliyə getməyərək, sadəcə oradan "Samur" adını çıxarmışdır.

Hazırda klubun istifadə etdiyi loqo da mavi rəngdədir. Üst tərəfində "Qusar 1950" yazılmaqdadır ki, bu da klubun yaranma tarixini bildirir. Ortada qərb tərəfə baxan bir qartal təsvir olunmuşdur. Qartalın alt hissəsində isə klubun adı verilmişdir.

Azərbaycan Birinci Liqası

Qızıl medal (1) 1997–98
Gümüş medal (1) 2008–09
Bürünc medal (1) 2000–01

Liqa və Kubok mübarizəsi

[redaktə | mənbəni redaktə et]
Mövsüm Liqa Yer O Q H M VQ BQ Xal Kubok
1992 1-ci 12 36 11 17 18 34 54 29 İştirak etməyib
1993 1-ci 18 18 3 3 12 19 38 9 1/4 final
1993–94 1-ci 13 30 11 2 17 40 52 24 1/8 final
1997–98 2-ci 1 1/8 final
1998–99 1-ci 13 32 2 4 20 20 86 10 1/8 final
2000–01 2-ci 3 22 16 3 3 40 15 51 1/4 final
2001–02 1-ci 8 30 11 5 14 34 47 38 1/4 final
2003–04 1-ci 10 26 7 6 13 29 41 27 1/16 final
2004–05 1-ci 14 34 8 8 18 29 51 32 1/16 final
2005–06 1-ci 8 26 10 5 11 26 36 35 1/8 final
2006–07 1st 13 24 1 8 15 15 47 11 1/16 final
2007–08 2-ci 6 26 11 5 10 31 21 38 1/16 final
2008–09 2-ci 2 28 14 9 5 48 29 51 1/16 final
2009–10 2-ci 8 22 8 8 6 33 24 32 1/8 final
2010–11 2-ci 5 26 13 8 5 45 22 47 1/16 final
2011–12 2-ci 4 26 13 6 7 46 33 45 1/16 final
2012–13 2-ci 4 24 12 6 6 40 30 42 İştirak etməyib
2013–14 2-ci 5 30 16 7 7 55 22 55 1/16 final
2014–15 2-ci 7 30 13 8 9 40 29 47 1/8 final
2015–16 2-ci 10 26 8 6 12 31 54 30 1/16 final
2016–17 2-ci 9 26 8 6 12 36 45 30 1/8 final
Azərbaycan ikinci liqası 2023/2024 0 0 0 0 0 0 0 0 0 0
  1. "Arxivlənmiş surət". 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  2. https://report.az/c/e6f17ab/
  3. "Arxivlənmiş surət". 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  4. "Arxivlənmiş surət". 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  5. ""Şahdağ"dan örnək layihə". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.
  6. Reytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? Arxivləşdirilib 2022-02-18 at the Wayback Machine  (az.) apasport.az tarixi:2010.11.27

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]