Şahin Meğriyan

Şahin Zinuvari Meğriyan (erm. Շահեն Մեղրյան; 2 yanvar 1952, Gülüstan, Şaumyan rayonu17 aprel 1993, Gülüstan, Goranboy rayonu) — Ermənistan terrorçusu, siyasətçisi,[1] hərbi komandiri,[2], Qondarma DQR qəhrəmanı (2014).[3] O, Şaumyan qartalı (erm. Շահումյանի արծիվ, translit. Shahumiani Ardziv) ləqəbi ilə tanınırdı.

Şahin Meğriyan
erm. Շահեն Մեղրյան
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1952(1952-01-02)
Doğum yeri
Vəfat tarixi 17 aprel 1993(1993-04-17) (41 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Dağlıq Qarabağ Respublikası
Qoşun növü Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Döyüşlər
Təltifləri Artsax Qəhrəmanı

Şahin Zinuvari Meğriyan 2 yanvar 1952-ci ildə Goranboy rayonunun Gülüstan kəndində bir erməni ailəsində anadan olmuşdur. O, Gülüstan kəndində yerli bir məktəbi bitirdikdən sonra 1969-cu ildə İrəvan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. 1975-ci ildə ali təhsilini başa çatdırdıqdan sonra Meğriyan Goranboy rayonunun manufaktura və istehsal üzrə baş iqtisadiyyatçısı olmuşdur.[4]

Qarabağ müharibəsi

[redaktə | mənbəni redaktə et]

1988-ci ildə birinci Şaumyan müdafiə briqadasını qurmuşdur. O, 1990-cu ildə Daşnaksütun partiyasına qoşulmuşdur. Həmin il Meğriyan və dəstəsi Manaşid kəndi (indiki Mənşəli) yaxınlıqlarında baş verən döyüşlərdə azərbaycanlıları məğlub etmişdir. 1991-ci ildə o Şaumyan müdafiə qüvvələrinin komandiri təyin edilmişdir. Partizan müharibə aparan Meğriyan Ayaz Mütəllibov rəhbərliyindəki hökuməti tərəfindəm "quldur dəstələrinin başçısı" adlandırmışdır.[4] 28 dekabr 1991-ci ildə DQR Milli Məclisinin deputatı seçilmişdir. Şahin Zinuvari Meğriyan 17 aprel 1993-cü ildə helikopterlə İrəvana gedərkən qəzaya uğramış və həlak olmuşdur.[5] 24 oktyabr 2014-cü ildə DQR milli qəhrəmanı adına layiq görülmüşdür.[3]

  1. Tual, Franso. "La crise du Haut Karabakh, une citadelle assiégée ?". 2002. 20 sentyabr 2008 tarixində arxivləşdirilib.
  2. "Мятежный Карабах". armenianhouse.org. 2009-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
  3. 1 2 "Шаген Мегрян стал "Героем Арцаха"". Iragir.am. 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
  4. 1 2 "Карабах: партизаны уходят в горы". Karabakh War Press Archive. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
  5. Alekseyevski, Kirill. Россыпи. Moskva: Ниола-пресс. 2010. səh. 3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]