Şahlar Nəzərov

Şahlar Yaşar oğlu Nəzərov (25 aprel 1990, Yardımlı25 fevral 2017, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub.

Şahlar Nəzərov
Şahlar Yaşar oğlu Nəzərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yardımlı, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Xocavənd, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Baş leytenant
Döyüşlər Azərbaycan-Ermənistan münaqişələri (2017)
Təltifləri "Şücaətə görə" medalı — 2017 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı — 2013

Həyatı[redaktə | mənbəni redaktə et]

Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Baş leytenant Şahlar Nəzərov 2017-ci ildə Fevral döyüşləri zamanı şəhid oldu. Fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülü. Fevralın 28-i isə Şahlar Nəzərov doğulduğu Yardımlı rayonunun Peştəsər kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Nəzərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Şahlar Nəzərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edildi.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Yeni təsis edilmiş "Şücaətə görə" medalları təqdim edilib". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 08.05.2017. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.05.2017.