Zülfü Rəhim oğlu Qədimov (16 iyun 1988, Ağdam – 25 fevral 2017, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub.
Zülfü Qədimov | |
---|---|
Zülfü Rəhim oğlu Qədimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Xocavənd, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Baş çavuş |
Döyüşlər | Azərbaycan-Ermənistan münaqişələri (2017) |
Təltifləri |
Zülfü Qədimov 1988-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Zülfü Qədimov 2012-ci il 19 fevralda ailə həyatı qurub.
Baş çavuş Zülfü Qədimov 2017-ci ildə, Fevral döyüşləri zamanı şəhid oldu. Fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülü. Fevralın 28-i isə Zülfü Qədimov Beyləqan rayonunun Bolsulu kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş çavuş Qədimov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Zülfü Qədimov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edildi.