Şahqulu sultan Ustaclı

Həmzə sultan Qazaq oğlu Şahqulu sultan Ustaclı (?-1568) — qızılbaş sərkərdəsi, əmir əl-üməra, Çuxur Səəd əyalətinin bəylərbəyi (1551-1568).

Şahqulu sultan Ustaclı
Həmzə sultan Qazaq oğlu Şahqulu sultan Ustaclı
1548 – 1550
SonrakıKeçəl Şahverdi
1551 – 1568
ƏvvəlkiHüseyncan sultan Rumlu
SonrakıMəhəmməd xan Ustaclı
Şəxsi məlumatlar
Doğum yeri İrəvan, Səfəvilər dövləti
Vəfat tarixi
Vəfat yeri İrəvan, Səfəvilər dövləti
Atası Həmzə sultan Qazaq
Uşaqları Məhəmməd xan Ustaclı «Toxmaq», Şahəli sultan Ustaclı, Allahqulu bəy, Imamqulu bəy

Həyatı[redaktə | mənbəni redaktə et]

Şahqulu Sultan Ustaclı Çuxur-Səd bəylərbəyi və hakimi təyin edilir.[1] Əbdi bəy Şiraziyə görə isə Həmzə sultan Qazağın oğlu Şahqulu sultan Ustaclı 1551-ci ildə Məşhəd hakimi vəzifəsindən azad olunub, Çuxursəədə bəylərbəyi təyin edilmişdi (28,99; 108, 76). H.974-cü (1567) ildə Sultan Süleymanın vəfatı ilə əlaqədar Şah Təhmasibin başsağlığı vermək, Sultan Səlimin hakimiyyətə keçməsini təbrik etmək üçün vəzir Murad bəy İsfahani və 500 nəfər gənc ilə Çuxur-Səd hakimi Şahqulu sultanı da Osmanlı dövlətinə elçi göndərməsi onun Səfəvilər sarayında yüksək nüfuz sahibi olduğunu göstərir. O, Ədirnədə Sultan Səlimlə görüşmüş və Şahın göndərdiyi məktubu, hədiyyələri ona vermişdir (121, Bn.v.237a, 240b; 118, Bn.v.249a).

Şahqulu sultandan sonra oğlu Toxmaq xan ləqəbi ilə məşhur olan Məhəmməd xan Ustaclı İrəvan hakimi olmuşdu.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İskəndər bəy Türkman, Tarixi-aləm-arayi-Əbbasi, Cild I-II, Tehran, Çapi Gülşən, 1350, I cild 1-605 səh, II cild 605-1235 səh, 75, 76