Şahzadə Karl Eduard (Saksen-Koburq-Qota hersoqu)

Şahzadə Karl Edvard (alm. Prince Leopold Charles Edward George Albert von Sachsen-Coburg und Gotha‎; 19 iyul 1884[1][2]6 mart 1954[1][2], Koburq, Qərbi Almaniya) — IV və son Saksen-Koburq-Qota hersoqu.

Şahzadə Karl Edvard
alm. Carl Eduard, Herzog von Sachsen-Coburg und Gotha
30 iyul 1900 – 14 noyabr 1918
ƏvvəlkiŞahzadə Alfred
Sonrakımonarxiya ləğv edildi
Şəxsi məlumatlar
Doğum tarixi 19 iyul 1884(1884-07-19)[1][2]
Vəfat tarixi 6 mart 1954(1954-03-06)[1][2] (69 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Ailəsi Saksen-Koburq-Qot sülaləsi
Dini lüteranlıq
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sonrakı illərindən Faşist Almaniyasında bir çox vəzifədə xidmət etdi və Alman hökuməti üçün qeyri-rəsmi diplomat kimi çalışdı. Atası Kraliça ViktoriyaKonsort-şahzadə Albertin dördüncü oğlu Şahzadə Leopolddur və oğlunun doğumundan 4 ay öncə vəfat etdi. 1899-cu ildə əmisi oğlu Şahzadə Alfredin intiharından sonra Saksen-Koburq-Qota taxt-tacının vəliəhdi seçildi. Bu tarixdən etibarən Almaniyaya göndərilən Karl Edvard burada bibisi oğlu olan Alman imperatoru II Vilhelmin rəhbərliyində təlim-tərbiyə edildi. İngilis olmasına baxmayaraq, Birinci Dünya müharibəsində Almaniyanı dəstəklədi. Nəticədə digər alman şahzadələri kimi taxtdan endirildi və İngiltərəyə qarşı döyüşdüyü üçün ata şəcərəsindən gələn bütün ünvanlarını itirdi.

1930-cu illərin əvvəlində Almaniyada yüksələn Nasizm cərəyanına qoşuldu və 1933-cü ildə partiya sıralarına qatıldı. İkinci Dünya müharibəsi illərində Nasist Almaniyası üçün çalışdı. Müharibənin ardından bir müddət həbs edildi və 1954-cü ildə xərçəng xəstəliyi səbəbilə vəfat etdi.

  1. 1 2 3 4 Lundy D. R. Charles Edward George Albert Leopold Saxe-Coburg and Gotha, 2nd Duke of Albany // The Peerage (ing.).
  2. 1 2 3 4 Carl Eduard Herzog von Sachsen-Coburg und Gotha // Munzinger Personen (alm.).
  3. 1 2 Aufstellung derjenigen Parteigenossen, die Angehörige fürstlicher Häuser sind. 1946. 24 s.