Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şahzadə Yəhya (1585[1], 1589[2] və ya bilinmir, bilinmir – 1649, Kotor) — 12-ci Osmanlı padşahı III Muradın və Trabzon imperiyasında hakim olmuş Komnenos ailəsinə mənsub Elenanın oğludur.
Şahzadə Yəhya | |
---|---|
osman. شاهزاده يحيى | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | |
Atası | III Murad |
Anası | Elena |
Həyat yoldaşı | Anna Katerina |
Uşaqları | Prins Maurizio, Prins Alessandro, Prinsessa Elena |
Qardaşı III Mehmed taxta çıxdığı gecə 19 qardaşının edamı üçün fətva istədi. Bu səbəbdən elə həmin gecə anasının tərtib etdiyi bir tərtibatla saraydan qaçırıldı. Bugünkü Makedoniya torpaqlarında bir monastıra aparılmış və xristian olaraq xaç suyuna salınmışdır.[3] Böyük qardaşının 1603-cü ildə vəfat etməsinin ardından 13 yaşlı qardaşı oğlu I Əhməd taxta keçdi. Həmin illərdə ən böyük şahzadə olan Şahzadə Yəhya taxtın öz haqqı olduğunu iddia etdi və geri qalan həyatını bunun uğrunda mübarizə ilə keçirdi. 1603-cü ildən sonra Avropada davamlı olaraq iddiasına dəstək axtaran Şahzadə Yəhya Florensiya, Madrid, Roma, Krakov, Antverpen və Praqa başda olmaq üzrə çox sayda şəhəri və ölkəni gəzdi. 1614–1617-ci illər arasında Serbiya Provaslav kilsəsi ilə birlikdə Nobırda və Şar dağlarında müxtəlif qiyam cəhdlərinə qarışmış, sipahi geyimində səfərlərə qatılmışdır. Daha sonra kazakların dəstəyi ilə bir donanma quraraq İstanbula hücuma keçdi. Ancaq bu hücumu müvəffəqiyyət qazanmadı. Sonrakı illərdə Avropa saraylarında özünə tərəfdar toplamağa çalışdı. 1643-cü ildə Nobırdaya geri döndü. 1649-cu ildə Kosovoda çıxan iğtişaşlarda həlak oldu.[4]
1629-cu ildə Skanderbeq ailəsinə mənsub Anna Katerina adlı xanımla evlənmiş, bu evlilikdən 3 övladı olmuşdur.