Cənubi Antil silsiləsi — sualtı silsilə olub Atlantik okeanın cənub hussəsindən keçir.
Silsilə 3500 km məsafədə Odlu Torpaq arxipelaqından başlayaraq Cənubi Sandviç adalarıda daxil olmaqla Antarktidaya qədər uzanır. Silsilənin bəzi hissələrdə hündürlüyü 3000 metrə çatır. Cənubi Georgiya, Cənubi Sandviç adaları, Cənubi Şetland adaları və Cənubi Orkney adaları kimi hissələrdə silsilə səthə çıxır.