Şeyx Əhməd Yasin

Əhməd İsmayıl Həsən Yasin (ərəb. الشیخ أحمد إسماعیل حسن یاسین‎; 28 iyun 1929, Jura[d], Fələstin22 mart 2004[1], Qəzzə) — fələstinli din xadimi və Həmasın qurucusu və ilk dini lideri.

Şeyx Əhməd Yasin
ərəb. أحمد إسماعيل ياسين
Doğum tarixi 28 iyun 1929(1929-06-28)
Doğum yeri
Vəfat tarixi 22 mart 2004(2004-03-22)[1] (74 yaşında)
Vəfat yeri
Uşağı 11
Təhsili
Fəaliyyəti aktivist, siyasətçi, klirik[d], müəllim, vaiz[d]
Partiyası
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Yasın gəncliyində Qahirə Universitetinin ingilis dili fakültəsinin tələbəsi olub.

Ə. Yasin əvvəlcə 1967-ci ildə Altı Günlük Müharibədən sonra İsrailin işğal etdiyi İordan çayının qərb sahili və Qəzza zolağında yalnız tədris və xeyriyyəçiliklə məşğul olub.

Keçən əsrin 80-ci illərində fəal şəkildə İsrailə qarşı çıxan ən böyük Fələstin təşkilatlarından biri, nüfuzu ilə hətta fələstinlilərin özləri arasında heç də gözə çarpmayan Fələstin Azadlıq Təşkilatı (FAT) olub. Bəzilərini onun səmərəliliyinin aşağı olması, digərlərini — dindarlığının yetərsizliyi qane etmirdi, bir hissəsini də liderlərinin daima korrupsiyada ittiham edilməsi qəzəbləndirirdi.

Həmas isə onun tam əksi kimi görünürdü — əsasən ona görə ki, o, İslamı birinci yerə qoyurdu: Fələstin ərazilərinin azad edilməsi əhalinin islamlaşmasının nəticəsində olmalı idi.

1987-ci ildə Həmas-ı quran Yasin demişdi ki, Altı günlük müharibədən keçən 20 ildə vəziyyət dəyişib və "ilahi iradəsi"nin nəticəsi olan yeni reallıqlar meydana gəlib, odur ki, mənəvi təmizliyi və başqaları üçün qayğını birləşdirən xüsusi mübarizə növü tələb olunur ki, "təkcə vətən azad edilməsin, həm də ruh öz nicatını tapsın".[2]

Əhməd Yasin 2004-cü il martın 22-də İsrailin hava hücumu nəticəsində öldürülüb. Səhər saatlarında namazdan qayıdarkən İsrail helikopteri Yasin və onun iki mühafizəçisinə raket zərbəsi endirib. Yasin və mühafizəçiləri yoldan keçən 9 nəfərlə birlikdə hadisə yerində dünyasını dəyişib. İddialara görə, hücumda Yasinin iki oğlu da daxil olmaqla ondan çox adam yaralanıb. Əbdüləziz Əl Rantisi Qəzza zolağında HƏMAS-ın yeni lideri olaraq Yasini əvəz etdi, lakin Rantisi də 2004-cü il aprelin 17-də İsrail tərəfindən öldürüldü.

  1. 1 2 Sheikh. Ahmed Yassin // Encyclopædia Britannica (ing.).
  2. "Həmas necə yaranıb?". 2023-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]