Mənsur ibn Zeyd Əl Nəhayan (ərəb. خَالِد بن مُحَمَّد بن زَايد آل نَهيَان; 20 noyabr 1970, Əbu-Dabi) — Birləşmiş Ərəb Əmirliklərində siyasi xadim, Əbu-Dabi Əmirliyinin hakim ailəsi olan Əl Nəhayan sülaləsinin üzvü, Vəliəhd Şahzadə, ADUG şirkətinin prezidenti, Mançester Siti futbol klubunun sahibi.[1][2][3] 29 mart 2023-cü ildən BƏƏ-nin vitse-prezidenti. Şeyx Mənsur Dubay hökmdarı Şeyx Məhəmməd Əl Məktumun qızı ilə evlidir.[4]
Mənsur ibn Zeyd Əl Nəhayan | |
---|---|
ərəb. منصور بن زايد آل نهيان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 noyabr 1970 (54 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, bankir[d] |
Atası | Şeyx Zeyd ibn Sultan Əl-Nəhayan |
Ailəsi | Əl Nəhayan sülaləsi[d] |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Şeyx Mənsur ibn Zeyd Əbu-Dabi əmiri Şeyx Zeyd ibn Sultan Əl-Nəhayan həyat yoldaşı Fatimədən olan beşinci oğludur.[3][5][6] Şeyx Mənsur vətənində orta məktəbi bitirmiş və ali təhsil almaq üçün ABŞ-a getmişdir.[7] 1993-cü ildə burada siyasətdən bakalavr dərəcəsinə yiyələnmişdir.[7]
1997-ci ildə o, o zaman atası BƏƏ prezidenti olan Şeyx II Zeyd tərəfindən BƏƏ Prezident Dəftərxanasının müdiri təyin edilib.[8] Atasının ölümündən sonra prezident olan böyük ögey qardaşı II Xəlifə onu Birləşmiş Ərəb Əmirliklərinin ilk Prezident İşləri Naziri təyin etdi (bu vəzifə Prezident Aparatının və Prezident Dəftərxanasının birləşməsi nəticəsində yaranmışdı).[7] Mənsur həmçinin qardaşı vəliəhd şahzadə Məhəmməd ibn Zeyd Əl-Nəhayanı dəstəkləmək üçün Əbu-Dabidə bir sıra vəzifələrdə çalışıb.[9][10]
Mənsur ibn Zeyd Əl Nəhayan Nazirlər Kabineti yanında nazirlik orqanı hesab edilən və dəstək nazirliklərinə rəhbərlik edən bir sıra nazirlərin daxil olduğu Xidmətlər üzrə Nazirlər Şurasının sədri təyin edilib.
Şeyx Mənsur 2000-ci ildən Milli Sənədləşdirmə və Tədqiqat Mərkəzinə rəhbərlik edir.
O, 2005-ci ildə Əbu-Dabi Təhsil Şurasının (Abu Dhabi Education Council, ADEC) sədr müavini, Əmirliklər Fondunun (Emirates Foundation), Əbu-Dabi Qida Nəzarəti Təşkilatının (Abu Dhabi Food Control Authority) və Əbu-Dabi İnkişaf Fondunun (Abu Dhabi Fund for Development) sədri oldu. 2006-cı ildə Əbu-Dabi Məhkəmə Departamentinə rəhbərlik edib (Abu Dhabi Judicial Department).[11][12]
Şeyx Mənsur 2007-ci ildə Xəlifə ibn Zeyd Xeyriyyə Fondunun (Khalifa bin Zayed Charity Foundation) sədri təyin olunub.
Mənsur ibn Zeyd Əl Nəhayan 2006-cı ilə qədər "First Gulf Bank"ın sədri,[13] həmçinin Zeyd Xeyriyyə və Humanitar Fondunun qəyyumlar şurasının üzvü idi. O, BƏƏ tələbələri üçün xaricdə təhsil almaq üçün təqaüd proqramları təsis edib. İdmana olan həvəsinə görə o, "Emirates Horse Racing Authority" (EHRA) sədridir.[14]
Mənsur ibn Zeyd Əl Nəhayanın siyasi və işgüzar təsiri o qədər böyükdür ki, bəzi KİV-lər hətta ABŞ prezidenti Barak Obamanın telefonunda onun nömrəsinin sürətli yığım funksiyasına malik olduğunu yazıblar.[15][16]
Şeyx Mənsur at həvəskarı (konkur idmanı) kimi Yaxın Şərqdə keçirilən Endurance Racing üzrə bir sıra turnirlərin qalibi olub və (Emirates Horse Racing Authority) sədridir.[17]
Onun maliyyəsi sayəsində Əbu-Dabidə illik marafon qaçışı yarışı keçirilir: Zayed Beynəlxalq Yarım Marafonu (Zayed International Half Marathon).[18]
2008-ci ildə Şeyx Mənsur keçmiş sahibi Şinavatradan səhmlərin 90% -ni alaraq "Mançester Siti FK" futbol klubunun sahibinə çevrilib. O bir il sonra qalan 10%-i də satın alaraq klubun tam hüququlu sahibi olub. O, həmçinin "Melburn Siti" və "Nyu-York Siti" futbol klublarının şəhərlərinin 80%-nə sahibdir. Bu futbol klublarından əlavə, o, "Əl Jazeera FC"-nın də sahibidir. Onun şirkəti "Palermo FK" futbol klubuna da sahiblik edir.
1990-cı illərin ortalarında Mənsur ibn Zeyd Əl Nəhayan Əliyə ibn Məhəmməd ibn Butti Əl Hamed ilə evlənib. Onun bu nigahdan Zeyd adlı oğlu var.
Şeyx Mənsur 2005-ci ilin may ayında Dubay hökmdarı Məhəmməd Əl Maktumun qızı, Dubay Qadınlar Təşkilatının prezidenti Manal ibn Məhəmməd ibn Rəşid Əl Məktum ilə ailə qurub. Bu evlilikdən Fatimə (9 iyun 2006-cı il təvəllüdlü) və iki oğlu dünyaya gəlib: Məhəmməd (4 dekabr 2007-ci il təvəllüdlü) və Həmdan (21 iyun 2011-ci il təvəllüdlü).[19]