Şimali Atlantika müqaviləsi — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) hüquqi əsaslarını müəyyən edən müqavilə. "Vaşinqton müqaviləsi" də adlanır. Müqavilə 4 aprel 1949-cu ildə Vaşinqton şəhərində imzalanıb. Vaşinqton müqaviləsinin əsas məqsədi siyasi və hərbi vasitələrdən istifadə etməklə üzv dövlətlərin azadlığını və təhlükəsizliyini təmin etməkdən ibarətdir.[1]
Şimali Atlantika müqaviləsi | |
---|---|
Müqavilənin tipi | Hərbi alyans |
İmzalanma tarixi | 1949 |
İmzalanma yeri | Vaşinqton |
Qüvvəyə minməsi | 24 avqust 1949 |
Tərəflər | 29 |
Dili | çex dili |
Veb-saytı | nato.int/cps/en/natolive… |
Vikianbarda əlaqəli mediafayllar |
Müqavilə 4 aprel 1949-cu ildə Vaşinqton şəhərində ABŞ diplomatı Teodor Axillesin sədrlik etdiyi komitə tərəfindən hazırlanaraq imzalanmaq üçün təqdim edilib. Müqavilə ilə əlaqədar gizli danışıqlar 22 mart və 1 aprel 1948-ci ildə Pentaqonda keçirilmişdir. Bu müzakirələrlə bağlı Axilles qeyd edirdi:
Teodor Axilles
Axillesin qeyd etdiyinə görə müqavilənin digər əsas müəllifi Con Dyui Hikerson idi:
Teodor Axilles
Müqavilə fikrən Sovet İttifaqının Qərbi Avropaya silahlı hücumu ilə əlaqədar yaradılmışdır, lakin Soyuq müharibə dövründə qarşılıqlı özünümüdafiə məsələsi qaldırılmamışdır. Əksinə, bu məsələ ilk dəfə 2001-ci ildə Dünya Ticarət Mərkəzinə və Pentaqona 11 sentyabr 2001-ci il tarixli hücumlara cavab kimi qaldırılmışdır. Həmçinin qeyd etmək lazımdır ki, NATO müqavilənin 5-ci maddəsinə də bütün tarixi ərzində ilk dəfə 2001-ci il hadisələrindən sonra müraciət etmişdir.[3]
Brüssel müqaviləsi Qərbi Avropa İttifaqının təsisolma sənədi olmaqla yanaşı, Şimali Atlantika müqaviləsinin imzalanmasına aparan yolda ilk addım oldu. Adı çəkilən müqavilənin imzalanmasından sonra ABŞ və Kanada ilə vahid Şimali Atlantika İttifaqının yaradılmasına dair danışıqlara başlanıldı. Axillesin də qeyd etdiyi həmin danışıqlarda əsas məsələ kimi Avropa ilə Şimali Amerika arasında təhlükəsizlik və öhdəliklərə əsaslanan təminat məsələləri irəli sürülmüşdür. Brüssel müqaviləsini imzalayan dövlətlər (Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland və Fransa) Danimarka, İslandiya, İtaliya, Norveç və Portuqaliyanı bu prosesdə iştirak etməyə dəvət etdilər. Qeyd olunan danışıqlar Vaşinqton müqaviləsinin imzalanması ilə başa çatdı.[1]
Aşağıdakı on iki dövlət müqaviləni ilk imzalayan dövlətlər olduğuna görə NATO-nun qurucu üzvləri hesab olunurlar. Aşağıdakı liderlər öz dövlətlərinin səlahiyyətli nümayəndələri kimi Vaşinqton şəhərində müqaviləni imzalamışlar:[4][5]
| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} – Xarici işlər naziri Ernest Bevin və səfir Oliver Frenks
Aşağıdakı on yeddi dövlət müqaviləyə sonradan qoşulmuşdur:
|
Cəmi 14 maddədən ibarət olan Şimali Atlantika müqaviləsinin preambula hissəsində qeyd olunur ki, müttəfiq dövlətlərin məqsədi bütün Şimali Atlantika zonasında sülh və dostluq münasibətlərinin inkişaf etdirilməsindən ibarətdir.[1]
Müqaviləyə əsasən üzv dövlətlər fərdi və kollektiv şəkildə müdafiə potensialının saxlanılması üçün məsuliyyət daşıyırlar. Vaşinqton müqaviləsində bloka üzv olan ölkələrin hər hansı birinə təhlükə yarandığı təqdirdə iştirakçı dövlətlər arasında məsləhətləşmələrin aparılması nəzərdə tutulmuşdur.
Müqavilənin 5-ci maddəsində kollektiv özünümüdafiə məsələlərindən bəhs olunur. Həmin müddəa BMT Nizamnaməsində də nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunur ki, NATO-nun bir və ya bir neçə üzvünə silahlı hücum olarsa, buna təşkilatın bütün üzvlərinə yönəlmiş hücum kimi baxılacaqdır.
Müqavilənin 7-ci maddəsində böhranların tənzimlənməsi məsələləri öz əksini tapmışdır.
Müqavilədə qeyd olunur ki, müqavilənin prinsiplərini inkişaf etdirmək qabiliyyətinə malik, Şimali Atlantika regionunun təhlükəsizliyinə öz töhfələrini verə biləcək Avropa ölkələri müqaviləyə qoşulmaq dəvəti ala bilər.
Müqavilədə eyni zamanda müxtəlif ölkələrin beynəlxalq iqtisadi siyasətlərində ortaya çıxa biləcək münaqişələrin həll olunması məsələləri də öz əksini tapmışdır.[1]
13-cü maddəyə görə istənilən iştirakçı dövlət denonsasiya barədə bir il əvvəldən xəbərdar etməklə NATO-nu tərk edə bilər.