Şirabad — İrəvan quberniyasının İrəvan qəzasında, kənd. Adı dəyişdirilərək Parakar qoyulmuşdur.[2]. Yerli tələffüz forması Pərəkər. Şirabad da adlanmışdır[3]
Şirabad | |
---|---|
40°09′50″ şm. e. 44°24′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 880 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Digər | |
parakar.am | |
Vikianbarda əlaqəli mediafayllar |
XVII əsrin ortalarından mə'lumdur[4][5]. Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində, Qars və Çorak bölgələrində yerləşən Parqar dağının (inli bu dağ sistemi Barkal adlanır) adındandır. Erməni mənbələrində Parxar dağı kimi XI əsrdən mə'lumdur[6][7]. Erməni tarixçiləri bu adı ermənicə hesab edirlər, halbuki Orta Asiyada Yuxarı Zərəfşan (Tacikistanda) bir əyalət VIII əsrdə Parqar adlanırdı.[8] XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Pyatiqorsk nahiyəsində Perkal dağı, Kuban əyalətinin Maykop dairəsində Barkal xutoru, Dağıstan əyalətinin Qazıqumuq dairəsində Perkaludaq toponimləri ilə mə'naca eynidir. Qars əyalətinin Oltin qəzasında Paragüldağ və Naxçıvan qəzasında Paradaş toponimləri də bu sıraya aid edilə bilər.[9]
Ararat vilayətinin hakimi Əmirqunə xanın [1605–1625]. Şərqi Anadoludan köçürüb gətirdiyi ermənilərin yerləşdirdiyi kəndlərdəndir[10][11].